"Qafqazın ən gözəl şəhərlərindən biri Zirvə toplantısına ev sahibliyi edir" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Laçınla bağlı paylaşım edib.
O, qeyd edib:
“Gözəlliyi ilə valeh edən, bir vaxtlar 30 illik işğal və vandalizmindən zərər çəkən, indisə Prezident İlham Əliyevin rəhbərliyi ilə bərpa edilən, Qafqazın ən gözəl şəhərlərindən birinə çevrilən Laçın bu gün Azərbaycanın Müstəqillik Günündə - üç qardaş xalqın: Azərbaycan, Pakistan və Türkiyənin Zirvə toplantısına ev sahibliyi edir!”
ZÜMRÜD