Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçında - azad ərazilərdə üçüncü hava limanının açılışı olacaq…

Azərbaycanın işğaldan azad etdiyi torpaqlarda inşa etdiyi üçüncü hava limanı olan Laçın Beynəlxalq Hava Limanı sabah keçiriləcək mərasimlə istifadəyə veriləcək.
“TRT Haber” yazır ki, mərasimdə Prezident İlham Əliyevlə yanaşı Türkiyə prezidenti Ərdoğan və Pakistanın baş naziri Şərif də iştirak edəcək.
1800 metr yüksəklikdə yerləşən hava limanı dağlıq ərazidə qayaların oyulması və ərazinin hamarlanması yolu ilə tikilib. Laçın Beynəlxalq Hava Limanı Azərbaycanın ən hündür hava limanıdır.
Təməli 2021-ci ildə qoyulan hava limanı Laçın şəhər mərkəzindən 30 kilometr, Şuşadan 70 kilometr, Kəlbəcərdən 60 kilometr məsafədə yerləşir.
TAHİR