Moskva Kiyevlə danışıqlar üçün beş ölkəni nəzərdən keçirir...

Rusiya Ukrayna ilə birbaşa danışıqlar üçün Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər və Omanı nəzərdən keçirir. Bu barədə məlumat yayan “Reuters” xəbər verir ki, Rusiya Vatikanı Ukrayna ilə birbaşa danışıqlar üçün "ciddi platforma" hesab etmir.
Qeyd edilir ki ki, Rusiya prezidenti Putin ərəb dövlətləri və Türkiyəyə Ukrayna ilə münaqişənin həllində vasitəçi kimi çıxış etməyə hazır olduqlarına görə dəfələrlə təşəkkür edib.
Mənbələrin sözlərinə görə, Rusiya Vatikanı NATO və Avropa İttifaqına üzv İtaliyanın əhatəsində olunduğundan danışıqlar üçün uyğun görmür. Qərbin sanksiyalarına görə, bir çox Rusiya rəsmisinin Vatikana gedə bilməyəcəyi də qeyd edilir: “Vatikan, şübhəsiz ki, Rusiya tərəfindən belə mürəkkəb münaqişəni həll edə biləcək ciddi bir güc kimi görünmür”.
Agentliyə danışan digər mənbələr bu seçimdə Rusiya və Ukraynanın əsasən pravoslav xristian ölkələri olmasının da rol oynadığını bildirib.
TAHİR