Putin Vatikana getsə, ingilislər təyyarəsini vuracaq - Rusiya deputatından şok iddia...

Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik Britaniyanın Rusiya prezidenti Vladimir Putinə sui-qəsd edə biləcəyini iddia edib.
Kolesnik bildirib ki, London Moskvaya qarşı həmişə “xain planlar” qurmağa hazırdır. Parlamentari Putinin Vatikana və ya İtaliyaya getməsinin təhlükəli olduğunu və bu ölkələrin dost olmadığını deyib.
"İngilislərə heç vaxt etibar etmək olmaz, çünki onlar Moskvanı dəfələrlə aldadıblar" - deyən Kolesnik ingilislərin Putinin təyyarəsini çox asanlıqla vura biləcəyini iddia edib.
TAHİR