Bazar ertəsi günü, 26 oktyabr 2026
     

ABŞ və Rusiya yaxınlaşır, arada Ermənistan əzilir...

Image


ABŞ prezidenti Donald Tramp ötən həftə Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə qızğın mübahisədən sonra bu ölkəyə hərbi yardımı dayandırıb. “Reuters” agentliyi Ağ Ev rəsmisinə istinadla qeyd edir ki, Birləşmiş Ştatlar Ukraynaya yardıma fasilə verir və onun həllə töhfə verməsindən əmin olmaq üçün təkrar nəzərdən keçirir.

“Bloomberg” in yazdığına görə, fasilə o vaxtadək davam edəcək ki, Tramp Ukrayna liderlərinin sülhə xoşməramlı sədaqət sərgilədiyini görsün.

Bu xəbərlərdən öncə Birləşmiş Ştatlar Zelenskiyə Vaşinqtonun Ukraynada müharibəni bitirmək üçün əldə etməyə çalışdığı razılaşmaya uyğunlaşması üçün təzyiqi artırıb. Avropa liderləri isə Zelenskinin Ağ Evə uğursuz səfərindən sonra daha güclü rol oynamağa cəhd edirlər. Tramp bu durumda səbrinin tükəndiyini yazıb, Zelenskinin konkret təhlükəsizlik qarantiyaları olmadan tələsik atəşkəsə dirənişini tənqid edib. ABŞ-dən silah axınının istənilən formada pozulması Ukraynanın Rusiya işğalını dəf etmək şansını sürətlə zəiflədəcək. Həm də təkcə hazırda Ukraynada olan deyil, təyyarə, yaxud gəmilərlə daşınan, Polşada tranzit ərazilərdə gözləyən silahların göndərilməsi də dayandırılıb. Qadağanın təsir göstərəcəyi hərbi yardımın dəqiq həcmi aydın deyil, ancaq Ağ Ev Bayden administrasiya dövründə Konqresin təsdiqlədiyi 3.85 milyard dollarlıq silahın transferini gerçəkləşdirməyib. Tramp yanvarda vəzifəyə başlayandan yeni hərbi yardım ayrılmayıb. Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəyə 2022-ci ilin fevralında başlayıb. O vaxtdan ABŞ Konqresi Ukraynaya 180 milyard dollarlıq yardım ayırıb, bunun da üçdə ikisi hərbi yardım olub. Ukraynalı deputat Oleksiy Qonçarenko bildirir: “ABŞ yardımının dayandırılması hər şeydən öncə havadan müdafiə raketlərinə, HIMARS üçün sursata və artilleriyaya təsir göstərəcək”. Birləşmiş Ştatlar HIMARS və ATACMS sistemlərinin yeganə istehsalçısıdır, onlar tükənərsə, Ukraynanın Rusiyanın mövqelərindən uzağı vurması, özünün arxa mövqelərini qoruması çətinləşəcək. Bütün bunlardan sonra özəlliklə Avropada mümkün sülh sazişi, yaxud atəşkəslə bağlı dərin şübhələr yaranıb. Onlar Kiyevi və qitənin qalan hissəsini Rusiyanın yenilənə biləcək təcavüzü qarşısında zəif duruma salmayacaq bir saziş istəyirlər. Avropa liderləri Ukrayna və Rusiya arasında potensial sülh danışıqlarına daha çox nəzarət edə bilmək üçün hərəkətə keçiblər. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib ki, Avropa liderləri Zelenskiyə müharibənin əbədi davam edə bilməyəcəyini deməlidirlər. Onun sözlərinə görə, onlar bunu öz aralarında etiraf edirlər, amma ictimaiyyət arasında Zelenskini şişirdirlər. Bütün gərginliklərə baxmayaraq, Avropa liderləri yeni ABŞ administrasiyası ilə işləməyi prioritet sayırlar. Hadisələrin bu səpkidə inkiaşfı Rusiyada məmnunluqla qarşılanır.

Hazırda Rusiya və ABŞ arasında münasibətlərin yenilənməsi prosesi gedir. Belə ki, Donald Tramp Moskva ilə əlaqələri bərpa etməyə və Ukraynada müharibəyə son qoymağa çalışdığı bir vaxtda ABŞ Rusiyaya qarşı sanksiyaları potensial olaraq yumşaltmaq üçün plan hazırlayır. Ağ Ev Dövlət Departamentinə və Maliyyə Nazirliyinə yumşaldılması mümkün olan sanksiyaların siyahısını hazırlamağı tapşırıb. Bildirilir ki, məhdudiyyətlərin yumşaldılması ABŞ administrasiyası ilə Moskva arasında diplomatik və iqtisadi münasibətlərin yaxşılaşdırılmasına dair daha geniş danışıqlar zamanı müzakirə oluna bilər. Baş verənlər maraqlıdır ki, Ermənistanda böyük qorxuya səbəb olub. Rusiyalı politoloq Aleksey Naumov bunun səbəblərini belə izah edib: “Rusiya ilə ABŞ arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək. Düzdür, Rusiya ilə ABŞ arasındakı münasibətlərdə xeyli sayda problem var, onların böyük əksəriyyəti məhz ABŞ-ın postsovet məkanını, o cümlədən Cənubi Qafqazı tənzimləmək və bölgəyə təsir etmək istəyi ilə bağlıdır. Bu baş verməsə, o zaman Cənubi Qafqazda vəziyyət daha sakit olacaq. Moskva ilə Vaşinqton arasında münasibətlər yaxşılaşdıqca, Rusiya və Azərbaycanın müdafiə etdiyi fikrin – regionun suverenliyinin təntənəsini görəcəyik, yəni region ölkələri öz müqəddəratlarını təyin etsin, hansısa hərbi bloklara, məsələn, Aİ kimi regiona aidiyyəti olmayan dövlətlərarası assosiasiyalara çəkilməsini. Düşünürəm ki, zaman keçdikcə Ermənistanın daha çox qərbyönlü mövqeyindən uzaqlaşdığını görəcəyik. O zaman Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamağa daha tez razılıq verməsi şansı var”. Naumovun sözlərinə görə, Azərbaycan və Gürcüstan Rusiya ilə ABŞ arasında potensial normallaşmanı müsbət qəbul edir: “Çünki bu, regionda sabitliyə töhfə verəcək. Artıq Gürcüstan baş nazirinin Zelenski ilə bağlı qalmaqallı vəziyyətdə Trampı necə dəstəklədiyini görmüşük. Bakı və Tiflis regionun Rusiya ilə Qərb arasında maraqların toqquşması meydanına çevrilməsini istəmir. Azərbaycan və Gürcüstan paralel idxalın azalması səbəbindən Rusiya-ABŞ böhranının həllində cüzi itkilərə məruz qala bilər, lakin ümumilikdə bu, onlar üçün ağrılı olmayacaq. Ermənistan paralel idxalın azaldılmasından xeyli itirəcək. Üstəlik, AB, NATO Ermənistanı öz içinə çəkmək cəhdlərindən əl çəkməyə məcbur olsa, Nikol Paşinyanın yeni Qərb himayədarları tapmaq kursu iflasa uğrayacaq. İrəvanın Azərbaycan, Türkiyə və Rusiya ilə barışmağı, kənar qüvvələrin bölgəyə sürüklənməsinə son qoymağı prioritet hesab etməsi Ermənistanın maraqlarından, erməni xalqının maraqlarından çıxış edərək, suverenlik əldə etmək, erməni xalqı və bütövlükdə ölkə üçün yaxşı olardı”.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ