Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Paşinyan Avropa Birliyinə üzvlük prosesini birtərəfli qaydada təxirə saldı - maraqlı vəziyyət var...

Image


Abutalıb Səmədov: “Ermənistan hakimiyyəti çox ciddi şəkildə narahatdır”

“Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsinin ikinci və yekun oxunuşunun müzakirəsinin təxirə salınması qərara alınıb.

Erməni mətbuatının verdiyi məlumata görə, müvafiq qərar martın 3-də Parlamentdə Avropaya inteqrasiya üzrə Daimi Parlament Komissiyasının iclasında qəbul edilib.

Komissiyanın rəhbəri, hakim “Mülki müqavilə” partiyasından olan deputat Arman Yeqoyanın sözlərinə görə, qanun layihəsinin ciddi texniki təkmilləşdirmələrə ehtiyacı var. “Bu gün həyata keçirilməsi nəzərdə tutulmuşdu, lakin o qədər iş var idi ki, mütəxəssislər və deputatlar sadəcə olaraq verilən vaxtı yetişdirə bilmədilər”.

Bu səbəbdən Yeqoyan Respublika Partiyasının nümayəndəsi Artak Zeynalyandan görüşməyi xahiş edib. “O razılaşdı, lakin bir şərtlə ki, layihə parlamentin növbəti dörd günlük iclasında təqdim edilsin” - deyə Yeqoyan bildirib.

Zeynalyanın sözlərinə görə, sadəcə olaraq, müzakirənin iki aya (mövcud qanunvericiliyə uyğun olaraq son tarixdir) təxirə salınmasından söhbət gedə bilməz.

Komissiyanın iclasında yaşanan fikir ayrılıqları və qalmaqal nəticəsində Ermənistan parlamentinin Avropaya inteqrasiya daimi komissiyasının martın 3-də keçirilən iclası yarım saatlıq fasilə verib. Eyni zamanda, bir saatdan çox müddətdə onun sədri Arman Yeqoyanın kabinetində müzakirə aparılıb. “Çox güman, müəyyən məsələlər var ki, onlar üzrə razılığa gəlmək mümkün deyil”. Bunu Parlament katibliyinin rəhbəri Tatul Soqomonyan deyib.

Erməni mediası yazır ki, bu məsələ parlamentin martın 4-də keçirilən növbəti iclasının gündəliyinə salınmalı idi, amma komissiyanın iclasında buna nail olunmayıb. “Əslində, hazırda qərar qəbul olunmayıb və elə məsələlər var ki, onların ətrafında aydınlığa nail olmaq mümkün deyil”-deyə Soqomonyan bildirib.

Ermənistanın Avropa Birliyinə üzvlüyü haqqında qanunun parlamentdə ikinci oxunuşunun təxirə salınma səbəbinin izah olunan məsələlərlə bağlı olmadığı şübhəsizdir. Amma bunun adını belə qoyurlar ki, guya bu hansısa texniki məsələlərlə bağlıdır.

Avropa Birliyinə üzvlüklə bağlı müzakirənin dayandırılmasından danışarkən deyə bilərik ki, komissiyanın iclası o qədər dava-dalaşla keçib ki, yarım saat fasilə verilib. Sonra parlament spikerinin yanında müzakirələr gedib, parlamentin daxilində çox gərgin bir mühit yaranıb. Razılığa gələ bilməyiblər. Martın 3-də bu məsələ komissiyada müzakirə olunub, martın 4-də parlamentin ümumi iclasına çıxarılmalı imiş. Amma çıxarılmayıb. Məlumdur ki, Avropada yaranmış vəziyyət, Rusiya ilə ABŞ arasında gedən proses, ABŞ-ın Ermənistana münasibətinin zəifləməsi, soyuması, Avropanın başının qarışması və Ermənistana lazımı dəstək verə bilməməsi, rusların ermənilərdən incikliyi və sair Ermənistanı qorxudub və bu qərar qəbul edilməyib. Ermənistan prosesi məqsədli şəkildə dayandırır ki, vəziyyət bir az durulsun. Düşünürlər ki, Avropaya yaxınlaşmaq üçün bir addım atarlar, sonra vəziyyət istədikləri kimi olmaz, heç nə əldə edə bilməzlər sonra rusların əlində qalarlar. Əslində ona görə Paşinyan geri çəkildi. Yoxsa vəziyyət aydın olsaydı irəliyə addım atardılar.

Ermənistan indi ortada qalıb, hələ bilmir ki, Avropaya qoşulsun, ya qoşulmasın. Bu, Avropaya qoşulmaqda yaranmış tərəddüdün bir əlamətidir. Ona görə qəsdən bu müzakirəni dayandırıblar. Bu versiya nə dərəcədə uyğundur?

“Görünür, Avropa Birliyinə üzvlük məsələsində yaranan tərəddüdlər də bu amillə bağlıdır”

“Alyans” Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Trampın prezident seçilməsi və son dövrdəki fəaliyyəti həm Avropaya, həm də Qərbə münasibətdə çox ciddi tərəddüdlər yaradıb: “Ukraynanın düşdüyü vəziyyət, Trampın Ukraynaya münasibətdə söylədiyi sözlər, sərgilədiyi davranış hamını narahat edir və düşündürür. Yeri gəlmişkən, Trampın seçilməsindən sonra ABŞ-a səfər edən Ermənistanın baş naziri orda arzuladığı münasibəti görmədi, yüksək səviyyəli görüşlər keçirə bilmədi və təbiidir ki, bu onu kifayət qədər narahat etdi. Ondan sonra ABŞ-ın Rusiya-Ukrayna müharibəsinə münasibətdə tutduğu mövqenin kəskin şəkildə dəyişməsi ilk növbədə Ermənistanı düşündürməlidir. Qərbə yaxınlaşmaq ona hansı faciələri gətirə bilər? Gözünün qabağında Ukrayna var. BMT Baş Assambleyasının son toplantısında əvvəllər Belarus, Nikaraquara və bir sıra Afrika ölkələri ilə birlikdə eyni mövqedən çıxış edən Rusiya Ukrayna məsələsi ilə bağlı səsvermədə ABŞ-la eyni mövqedən çıxış etdi. ABŞ Rusiyanın yanında oldu və eyni cür səs verdilər. Bu da Ermənistanı düşündürən məsələdir ki, Qərbə nə qədər güvənmək olar? Dünən bir mövqe tutanlar bu gün tamamilə kəskin şəkildə dəyişib başqa cür bəyanatlar verirlər. Zelinski Vaşinqtonda çox böyük hörmətsiziliklə üzləşir və onu Ağ Evdən qovurlar. Təbiidir, Ermənistan hakimiyyəti çox ciddi şəkildə narahatdır”.

A.Səmədovun sözlərinə görə, Ermənistan əvvəllər Rusiyadan uzaqlaşmanın ona gətirəcəyi problemləri düşünürdü, nəzərə alırdı, ancaq ümid edirdi ki, tərəzinin o biri gözündə ABŞ kimi strateji tərəfdaş var, onu istənilən vaxt qoruyacaq nəhəng dövlət, eyni zamanda Avropa Birliyi var. “Ermənistan da Avropa Birliyinə üzv olmaq istəyirdi. Ancaq indi ABŞ daha çox Rusiyanın yanındadır. Avropa çıxılmaz durumda dalbadal müzakirələr keçirir. Vəziyyətdən nə cür çıxaq? Bundan sonra nə edək? NATO-nun, Avropa Birliyinin bundan sonra qalması da ciddi sual altındadır. Belə vəziyyətdə ağlı başında olan dövlət lideri Qərbə yaxınlaşarmı? Hələ Qərb özü bir bir-birinə yaxınlaşsın, özü özü üçün müəyyən etsin ki, onun müttəfiqləri kimdir. Ümumiyyətlə, Qərb deyiləndə ABŞ Avropa Birliyinin yanındadır, yoxsa yox? Əgər yanında deyilsə, iqtisadi maraqlar önə çəkilibsə və burda Rusiya daha çox şey təklif edirsə onda Ermənistan ciddi şəkildə düşünməlidir. Görünür, Avropa Birliyinə üzvlük məsələsində yaranan tərəddüdlər də bu amillə bağlıdır. Ermənistan Rusiyadan çox asılıdır”.

A.Səmədov qeyd etdi ki, Ermənistan Rusiyadan ucuz qaz alır. Rusiyanın Ermənistanın ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayan A.Səmədovun sölzərinə görə, Ermənistan Rusiyanın hesabına yüksək dərəcədə iqtisadi inkişaf göstərici göstərir, burda həlledici rolu Rusiya oynayır. Ermənistanda Rusiyanın hərbi bazasının, sərhədçilərinin, mülkiyyətinin olduğunu deyən A.Səmədov bildirdi ki, Ermənistanın Rusiyadan bu dərəcədə asılı olduğu bir məqamda, üstəlik Rusiyada işləyən ermənilərin hər il öz vətənlərinə hardasa orta hesabla 3 milyard dollar vəsait göndərməsi kimi məsələlərdən imtina etmək Ermənistan üçün çox ciddi probelmlər yarada bilər. “Ermənistan Avropa Birliyinə yaxınlaşmaq xətti tutsa bunlardan imtina etmək məcburiyyətindədir. Qarşılığında nə ala bilər? Bunu ermənilər düşünmək məcburiyyətindədirlər. Hesab edirəm ki, Ermənistan hökuməti bu prosesi ləngitmək üçün əlindən gələni edəcək, yaxud etməlidir, başqa çarə yoxdur. Əvvəlki sürətlə Avropa Birliyinə yaxınlaşmaq xətti götürmək Ermənistanın daha böyük fəlakətlərlə üzləşməsinə gətirib çıxa bilər. Bu mütləq nəzərə alınmalıdır. Hesab edirəm ki, hətta ermənilər də, siyasətdə o qədər bacarığı və təcrübəsi olmayan Paşinyan da bu məsələləri dərk etmək səviyyəsindədir” - deyə A.Səmədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ