Bazar ertəsi günü, 26 oktyabr 2026
     

ABŞ Dövlət katibi “Çin strategiyasını” niyə bu qədər çılpaq açıqladı... Dərin qatlarda başqa hədəf var?..

Image


Elşən Manafov: “Putinin belə bir gediş edəcəyi və buna gedəcəyi inandırıcı deyil”

ABŞ dövlət katibi Marko Rubio verdiyi müsahibədə prezident Donald Tramp və onun administrasiyasının Rusiyanı Çindən ayırmaq istiqamətində ciddi səylər göstərdiyini bildirib.

Rubio bu strategiyanı "soyuq müharibə" dövründə prezident Riçard Niksonun Çin və Sovet İttifaqını ayırmaq siyasətinə bənzədib: “Onları çinlilərlə əlaqələrdən tamamilə ayıra biləcəyimizə əmin deyiləm. Lakin Çin və Rusiyanın bir-birinə bu qədər yaxın olması qlobal sabitlik üçün yaxşı deyil, çünki hər iki ölkə nüvə dövlətidir. Hazırda rusların getdikcə çinlilərdən daha çox asılı vəziyyətə düşdüyünü görürük və bu da arzuolunan nəticə deyil”.

Rubio onu da bildirib ki, ABŞ-Çin münasibətləri bu əsrin əsas müəyyənedici faktorlarından biri olacaq. Buna görə də, həm ruslar, həm də amerikalılar üçün ən yaxşı nəticə Rusiyanın Çindən “kiçik tərəfdaş” rolunda asılı qalmaması olacaq.

Maraqlıdır, Rusiya təkcə Ukraynanın qurban verilməsi müqabilində buna gedəcəkmi? Bunun üçün digər postsovet ölkələrinin onun nüfuz dairəsinə keçməsini istəməyəcəkmi?

“Çünki bu halda onun qələbəsi taktiki anlamda olacaq, strateji konteksdə isə belə bir gediş Trampı qane edəcək”

Sözügedən məsələyə aydınlıq gətirən politoloq Elşən Manafov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, Çinin iqtisadi inkişaf göstəriciləri ABŞ-ı ciddi şəkildə düşündürən və narahat edən amillərdəndir. İstehsal proseslərinin təmərküzləşməsi, Çinin qlobal masştabda investisiya göstəriciləri, burada ucuz işçi qüvvəsinin hesabına əmək məhsuldarlığının yüksəlişi bu ölkənin üstünlüyünü təmin edir. İnnovasiya və texnologiyalar sahəsində Çinin uğurları Ümumdünya Daxili Məhsulunun təxminən 35 faizinin bu ölkənin payına düşməsini təmin edib. Maraqlıdır ki, Çin ABŞ-ın qonşuluğunda, məsələn Kanadada belə investisiyaların həcminə görə ABŞ-ı qabaqlayır. Tramp Çinin bu yüksəlişini narahatlıqla izləyir və proseslərə təsir etmək uçun bu ölkə ilə ticarət müharibəsi aparmağa, onun ixrac etdiyi məhsullara gömrük rüsumlarını 10% yüksəltməyə, eyni zamanda Çinin ABŞ iqtisadiyyatının müxtəlif sahələrinə investisiya imkanlarını məhdudlaşdırmağa çalışır. Eyni zamanda ABŞ Çinə hərbi xərcləri azaltmağı təklif edib, lakin rəsmi Pekin tərəfindən bu şərtlər qəbul edilməyib. ABŞ-ın bir qayda olaraq Tayvan məsələsinə görə rəsmi Pekinə təzyiq etməsi, Cənub Şərqi Asiyada Yaponiya və Cənubi Koreya ilə Çin maraqlarını təhdid edən siyasət sərgiləməsi rəsmi Pekini Moskva ilə hərbi ittifaqın möhkəmləndirilməsi istiqamətində siyasəti genişləndirməyə sövq edir. NATO tərəfindən olan təhdid Rusiya və Çini Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS kimi təşkilatlarda əməkdaşlığa sövq edir. Sonuncu təşkilat dolların ümumdünya valyutası kimi məzənnə kursunu aşağı salmaq, onu adekvat valyuta ilə əvəz etmək üçün müəyyən danışıqlar da aparır. Rusiyanın hərbi imkanları və xüsusilə hərbi gücü ABŞ-a Çinlə münasibətləri hərbi müstəvi üzərində həll etməyə imkan vermir. Rusiya-Çin ittifaqı ABŞ-ın nəinki Mərkəzi Asiyaya aktiv müdaxiləsinin qarşısını alır, həm də çoxqütblü dünyanın formalaşdırılması uğrunda aparılan mübarizənin təməlini təşkil edir. Çin ABŞ və Avropa şirkətlərinin Rusiya bazarlarını tərk etməsindən məharətlə istifadə edib. Nəticədə Çin məhsullarının Rusiya istehlak bazarına uğurla çıxmasını təmin edə bilib. Rusiya isə Çin vasitəsilə ona qarşı tətbiq edilən sanksiyalardan yayınmağa nail olub, Pekinlə enerji təhlükəsizliyi sahəsində qarşılıqlı faydalı əməkdaşlığı genişlındirə bilib”.

Politoloqun fikrincə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə iqtisadi baxımdan onu zəif salır və perspektivdə onun Çindən asılılığının artması üçün şərait yaradır: “Bunu Rusiya da gözəl başa düşür. ABŞ-a gəlincə, Rusiya-Çin ittifaqında çatın yaranması onun qlobal masştabda həyati maraqlarına cavab verir. Bu məqsədlə tarixi təcrübəyə müraciət də edilə bilər. Zamanında belə bir gedişi ABŞ-ın sabiq prezidenti Riçard Niksonun milli təhlükəsizlik məsələləri üzrə müşaviri Kissencer edib. Keçən əsrin 60-cı illərinin sonunda SSRİ-Çin münasibətlərindəki gərginlikdən ABŞ rəsmi Pekinə bir sıra güzəştlər etməklə məharətlə istifadə edə bildi. Kommunist Mao rejiminin legitimliyini uzun müddət tanımayan ABŞ BMT-də Çinin qanuni təmsilçisi kimi homindançıların sığındığı Tayvanı qəbul edirdi. Kissencerin Pekinlə apardığı danışıqlardan sonra Mao rejiminin Moskva ilə münasibətləri daha da kəskinləşdi. Hazırkı şəraitdə ABŞ Moskvaya Ukraynada, habelə MDB məkanında onun nüfuz dairəsinin tanınması müqabilində Pekinlə münasibətlərdən çəkinməyi təklif edə bilər. Lakin Putinin belə bir gediş edəcəyi və buna gedəcəyi inandırıcı deyil. Çünki bu halda onun qələbəsi taktiki anlamda olacaq, strateji konteksdə isə belə bir gediş Trampı qane edəcək. Buna görə Putinin qələbəsi daha çox "Pirr qələbəsi" təsiri bağışlayacaq. Tramp proqnozlaşdırılması çətin olan siyasətçi olduğundan, onun gözlənilməz gedişlərindən sığortalanmaq istəyi Putin və Si Zinpini geosiyasi reallıqlara adekvat addımlar atmaq məcburiyyəti qarşısında qoyacaq. Onların hər ikisi strateji anlamda cox ciddi uğura imza atıb, artıq NATO-nun parçalanacağı, Avropa Birliyinin isə ABŞ-ın təsir orbitindən çıxmaq üçün səylərini gücləndirəcəyi birmənalıdır”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ