Bazar ertəsi günü, 26 oktyabr 2026
     

ABŞ Paşinyanın üzünə baxmır, Avropa dəstək verə bilmir, Rusiya olduqca qəzəblidir

Image


Dünyada yaşanan mövcud geosiyasi dəyişikliklər bir çox ölkələrə təsirsiz ötüşməyəcək. Amma onlardan bəzilərinin olduqca zəif durumda olması bu dəyişikliklərdən daha çox təsirlənəcəklərini göstərir. Məsələn, Ermənistan belə dəyişikliklərə olduqca həssas hesab olunur. Elə bu səbəbdəndir ki, Ermənistan hakimiyyəti özünə yeni sığınacaq axtarır. Baş nazir Nikol Paşinyanın ABŞ, Almaniya və Fransaya səfərləri də məhz bu niyyətə xidmət edir.

Hazırda görünən odur ki, Paşinyan ABŞ tərəfindən rədd olunur. Erməni siyasi şərhçi Avetis Babacanyan bunu təsadüf hesab etmir. O vurğulayır ki, ABŞ-da iqtidarın və siyasətin kökündən dəyişməsindən sonra Nikol Paşinyan ABŞ-dan dəstək ala bilməyəcəyini anlayır, üstəlik, Rusiya ilə münasibətləri də korlayıb, indi onun yeganə ümidi köhnə liberal faşist elitaların liderlik missiyasını öz üzərinə götürdüyü Avropadır. O bildirib ki, Paşinyanın Münhenə səfəri, parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Sarkis Xandanyanın isə Ukraynada görünməsi və Ali Radanın sədri Ruslan Stefançuka “cəsarətli fəaliyyətinə” görə dəstək verməsi sübut edir ki, Paşinyan indi antiamerikan olacaq: “Avropada “Antiamerika ittifaqı”na ehtiyac ABŞ-ın vitse-prezidenti Vensin Münhendəki məşhur çıxışından sonra yarandı. O, açıq şəkildə dedi ki, Avropa ölkələrinin hökumətləri demokratiyadan uzaqlaşıb, demokratiya haqqında yanlış təsəvvür yaradıb; demokratiyadan danışırlar, amma reallıqda diktatordurlar; antifeministlər təqib edilir, Britaniyada namaz qılmaq artıq insanların qınandığı cinayətə bərabər tutulur. Bütün bunlar demokratiyadan danışaraq, müxtəlif qanunsuz üsullarla seçkilərin nəticələrini ləğv edən, vətəndaşların səsverməsini təhrif edən Ermənistanın indiki avtoritar administrasiyasına da aiddir. Amma məsələ ondadır ki, avropalıların antiamerikan ittifaqı real ola bilməz. Əksər Avropa ölkələri öz təhlükəsizliyini və iqtisadi imkanlarını Amerikanın gücü və dəstəyi ilə təmin edirsə, avropalılar nə qədər birləşsə də, Rusiyaya qarşı mübarizə apara bilməzlər”. Məhz belə durum Paşinyanı çıxılmaz vəziyyət salıb. Əslində, o, Avropada da istədiyi dəstəyi əldə edə bilmir. “Past” qəzeti yazır ki, hətta Avropadakı erməni diasporu da Paşinyandan imtin edir. Nəşr vurğulayır ki, bu səbəbdən Nikol Paşinyan Almaniyadakı səfir Viktor Yengibaryanı geri çağıra bilər. Buna səbəb kimi Münhendə təşkil olunan görüşdə diaspor nümayəndələrinin demək olar ki, iştirak etməməsi göstərilir. Baş nazir Viktor Yengibaryanın görüşü düzgün təşkil edə bilməməsindən son dərəcə narazı qalıb. Nəşr qeyd edir ki, əgər Paşinyanın ABŞ-da erməni icması ilə görüşü sadəcə uğursuz olubsa, Münhendə bu, “biabırçı” vəziyyətlə yadda qalıb.

Qəzet Ermənistan-Almaniya Mərkəzi Şurasının rəhbəri Conatan Şpanqenberqin iclasda ÜAK yeparxiyasının, 16 kilsə ittifaqının, Erməni-Alman Şurasının və digər iri icma təşkilatlarının nümayəndələrinin iştirak etmədiyi barədə bəyanatına əsaslanır. Üstəlik, Münhen Erməni İttifaqının yeni seçilmiş rəhbərliyinin bir nümayəndəsi istisna olmaqla, qonaqlar arasında az-çox tanınmış heç kim görünməyib.

Paşinyan mövcud vəziyyətdən son dərəcə narazı idi və səfiri görüşü lazımi səviyyədə təşkil edə bilmədiyinə görə kəskin tənqid atəşinə tutub. Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə “Past” qəzetinə bildirib ki, Yengibaryanın geri çağırılması məsələsinə həqiqətən də baxılır. Xatırladaq ki, fevralın 14-dən 16-dək Nikol Paşinyan Almaniyada olub və orada Münhen Təhlükəsizlik Konfransında iştirak edib. Belə vəziyyətdə Paşinyan Rusiya ilə münasibətləri də düzəltməyə can atmağa başlayıb. Ermənistanın “İravnuk” nəşri yazır ki, Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyan vasitəsilə Rusiya rəhbərliyi ilə əlaqə saxlamağa və müəyyən mesajlar göndərməyə çalışır: “Hakimiyyət daxilində nə dəyişib? Məlumatlı mənbələr onunla izah edirlər ki, problem var, bu, ruslarla amerikalılar arasında intensiv danışıqlar başlamazdan əvvəl Ermənistan hakimiyyətinin ən azı rəsmi Moskvaya loyal olduğunu göstərməkdir. Lakin Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanında, amerikalılarla danışıqlarla məşğul olduğundan məsələ diplomatik kanallarla həll olunmur.

Ona görə də Nikol Paşinyanın bəzi məsələləri Rusiyadakı erməni maqnatları vasitəsilə həll etməkdən başqa çarəsi yoxdur və onu Kreml qarşısında “Ladimir Ladimiriç, mən daha bunu etməyəcəyəm” kimi fikirlər səsləndirməyə vadar edir. Məhz buna görə iqtidar deputatları da bir-birinin ardınca təkid edirlər ki, Avropa İttifaqına üzvlük prosesinin başlanması layihəsinin lehinə səs vermək hakim gücün Ermənistanı Aİ üzvlüyünə aparmağa hazır olması demək deyil”. Ermənistan Respublikaçılar Partiyasının üzvü David Sirunyan qeyd edir ki, ölkəsi son geosiyasi dəyişikliklər fonund həqiqətən də çətin durumdadır: “ABŞ-ın yeni administrasiyası ilə Avropa arasında hər hansı bir gərginlik olmaya bilməzdi, çünki bu, ABŞ tarixində iki fərqli administrasiya arasında yanaşmalarda ən dramatik dəyişiklik idi”. Onun sözlərıinə görə, Bayden administrasiyası daha liberal siyasət yürüdür, məsələlərə daha qlobal yanaşdırdı və xarici problemləri özününkü kimi qəbul edirdi: “Əvvəlki administrasiyanın Ukraynaya yardımı artırmasını və Ukraynanı dəstəkləmək üçün Avropaya dəstəyini artırmasını bununla izah edə bilərik. Tramp administrasiyası bütün bunların əksidir”. Sirinyan bildirib ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens sosial şəbəkələrdə çox aktivdir, lakin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü barədə heç bir məlumat dərc etməyib: “Bütün bunları sübut edən yeganə media faylı telefonla çəkilmiş bir fotoşəkildir. Bu, artıq xaricdə Paşinyana olan münasibəti göstərir. Həmin görüşü uzun müddət təşkil etməyə çalışıblar, bu, Paşinyanın Vaşinqtonda görüşdüyü sektalar tərəfindən dəstəklənib və nəticədə maksimum 10 dəqiqə davam edən şəxsi söhbət olub. Paşinyan ilk dəfə deyil ki, yalan danışır. Paşinyanın, xarici qüvvələr bir yana qalsın, daxildə də dəstəyi yoxdur”.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ