çərşənbə axşamı günü, 27 oktyabr 2026
     

Rusiyanın xatirinə Türkiyənin də üstünə gedirdilər - həmin deputatların(?) səsi çıxmır...

Image


Əli Orucov: "... Moskvanın müttəfiqlik sazişi ilə gizlətməyə çalışdığı əsl yırtıcı siması üzə çıxdı"

Görəsən indiyə qədər Rusiyanı özünə doğma sayan, Moskvanın dirijor çubuğu ilə danışan deputatlar, nazirlər, "ictimai xadimlər" və siyasi fəallar nədən susqundurlar? Bəlkə onlara Rusiya Azərbaycan dövlətindən daha yaxın və doğmadı? Deyəsən, bəzi dindarlarımız İranın, bir çox siyasilərimiz isə Rusiyanın quluna çevrilib.

Ortada bir dəstə vətəninə və dövlətinə sadiq olan vətənpərvər qalıb, bu gün Rusiyanın "ayı pəncəli" informasiya savaşına yalnız önlar sinə gərir.

Rusiya ilə münasibətlər gərginləşəndən, hətta keçmiş nazirlərdən ibarət şəbəkə adamları ifşa ediləndən sonra hələ də bir çox ictimai siyasi fəallar, eləcə də deputatlar var ki, Rusiyaya qəti münasibət bildirməyiblər. Sabiqləri bəlkə də başa düşmək olar, Rusiyanı ağsaqqalı sayan deputatlar nə fikirdədir? Bəlkə biz də onları Rusiyaya deport edək? Vaxtilə "NATO ilə əlaqələri kəsib Rusiya ilə sıx yaxınlaşmalıyıq", "Türkiyə ilə yaxınlaşsaq Rusiya bizdən inciyər" deyən, ölkənin strateji obyektlərini Moskvaya icarəyə verməyi təklif edən, rusları hələ də özünə "böyük qardaş" sayan deputatların nədənsə səsi çıxmır. Bu saat Azərbaycan Rusiya ilə müharibə aparmır. Yəqin ki, bu gərgilyin də bir sonu olacaq, çunki nə biz, nə də Rusiya qonşuluqdan köçən deyilik. Ancaq heç olmasa dövlətimizin prinsipial mənafeləri tələb edən məqamlarda xarici dövlətlərin təəssübkeşliyi, lobbiçiliyi yerə qoyulmalıdır. Əks mövqe tutanların adları bu gün "Rusiya şəbəkəsi", "beşinci kalon" kimi hallanan adamlardan daha nə fərqi qalır ki?!.

Ölkənin ictimai-siyasi həyatında aktiv mövqeyə malik olan, lakin hər vəchlə Rusiyanı müdafiə edən siyasi personalar niyə susur? Bəlkə bu hərəkət də politologiya nəzəriyyəsinə uyğun bir gedişdir?

“Bakı-Xəbər” qəzetinin sualını cavablandıran politoloq Əli Orucov bildirdi ki, Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsini hər iki dövlət üçün ziyanlı hesab edir: “Rusiya ilə Azərbaycan qonşudu və hər iki tərəfi bir birinə sıx bağlayan tarixi, mədəni, siyasi, iqtisadi, ticari, humanitar və digər əlaqələr mövcuddur. Moskva ilə Bakının indiki qlobal təhlükəsizliyin və hüququn pozulduğu, həmçinin kəskin regional rəqabət dönəmdə ehtiyatlı və həssas davranış göstərməli olduğunu düşünürəm. İranla, Azərbaycanın bütün xoşməramlı cəhdlərinə baxmayaraq, münasibətləri dostlaşdırmaq mümkün olmayıb, olmayacaq da. Ermənistan ABŞ və Qərbin timsalında özünə strateji müttəfiqlər tapıb və sürətlə silahlanmaqdadır. Gürcüstanla Qərb qarşıdurması gedir. Bakıya Qərbin davamlı haqsız təzyiqləri fonunda Rusiya ilə Azərbaycanın bir-birinə qarşı yeni bir cəbhə açması tərəflərin heç birinə sərfəli deyil. Onsuz da Rusiyanın tarixən ambisiyalı və davakar siyasət yürütməsi, imzaladığı sənədlərə kağız parçası kimi yanaşması həmişə mövcud olub. 2022-ci ildə bağlanan müttəfiqlik sazişinin də aqibətinin əvvəlki sənədlər kimi eyni olacağı gözlənilən idi. AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya səmasında həmin dövlətin HHM-i tərəfindən vurulması nəticəsində yaşanan faciə prosesləri qabaqladı və Moskvanın müttəfiqlik sazişi ilə gizlətməyə çalışdığı əsl yırtıcı siması üzə çıxdı. Törətdiyi ağır cinayətə görə üzr istəmək, cinayətkarları cəzalandırmaq və kompensasiya ödəmək əvəzinə haray-həşir saldı. "Ən yaxşı müdafiə hücumdur" taktikasına əl ataraq, Rusiya arsenalında olan bəzi qüvvələri açıb meydana buraxdı. Həmin boşboğazlar və Azərbaycana qarşı patoloji nifrəti olanlar da küfr püskürməkdədir. Putin avantürist və qorxaq siyasətçidir, ancaq zənn etmirəm ki, o, Azərbaycanla münasibətlərin qopma nöqtəsinədək gedib çıxmasına imkan verəcək. Bu, Rusiya üçün böyük və ağır itki olar. Bakı Rusiyanın qərəzli və haqsız hücumlarına lazımı cavab verir, hətta deyərdim ki, bu çox yaxşı da effekt verir. Moskvanın Bakı qarşısında uzun müddət duruş gətirə biləcəyini düşünmürəm və tezliklə geri çəkiləcəyini proqnozlaşdırıram. Təəssüf doğuran odur ki, belə vacib məqamlarda söz deməli və etiraz bildirməli olan dövlət yetkililəri, parlament üzvləri Azərbaycanın maraqlarının qorunmasından yayınır, susqunluq nümayiş etdirirlər. Yeri gəlmişkən, Azərbaycanda Rusiyanın kadrları və hakim dairələrin təsirində olan, onların təlimat və əmrlərini icra edən şəxslər ən müxtəlif yüksək hakimiyyət orqanlarında təmsil olunurlar və çoxluq təşkil edirlər. Həmin vəzifəli şəxslər çox böyük və real təhlükədirlər. Əllərində böyük iqtisadi, maliyyə resursları və hakimiyyət var. Onlar artıq ölkədə siyasi elita formalaşdırıblar. Bu dağıdıcı qüvvəni zərərsizləşdirmək mümkünsüz hala gəlib və başağrısına çevrilib.

Onlar üçün vətən, millət və dövlətçilik məfhumları yaddır və öz marginal maraqları hər şeydən üstündür. Siz baxın, Rusiya bütün arsenalını işə salıb, ancaq Azərbaycanda buna qarşılıq verilməsində dövlət yetkililəri, deputatlar səs çıxarmır. Hadisələrin axarını gözləyirlər. Onlara qalsa, Azərbaycanı qeyd-şərtsiz Rusiyanın ixtiyarına verərlər. İndi siz dövlət başçısı İ.Əliyevin hansı çətinliklərlə Azərbaycanın maraqlarını və təhlükəsizliyini qoruya bildiyini təsəvvür edin. Dəfələrlə sübut olunub ki, həlledici məqamlarda, dövlətin və millətin məsələsi müzakirə ediləndə mütərəqqi qüvvələr prezidentin yanında olub. İndi də belədir

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 22:05
Misir də husilərə qarşı müharibəyə qoşulur - qərar verildi…

26.10.2026 / 21:56
Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - FOTO

26.10.2026 / 21:50
Şamaxının Göylər kəndində körpələr evi-uşaq bağçası istifadəyə verildi - FOTO

26.10.2026 / 21:46
Naxçıvanın büdcəsi 13 milyon kəsildi - maraqlı səbəblərdən danışılır...

26.10.2026 / 21:30
Ermənistanla bağlı qeyri-müəyyənlik KTMT rəhbərliyini çaşdırıb...

26.10.2026 / 21:15
Putin-Si-Tramp dünyada hamı üçün ziyanlı ssenari hazırlayır...

26.10.2026 / 20:57
Dövlət Agentliyində inanılmaz nöqsanlar aşkarlanıb...

26.10.2026 / 20:38
Rusiya Ermənistanla bağlı növbəti qərarı verdi...

26.10.2026 / 20:21
Bakıdan Tehrana sərt cavab: İranda bircə Azərbaycan məktəbi də yoxdur

26.10.2026 / 20:07
Evlənənlərin yarıdan çoxu boşanır - Bu insanlara nə olub?

26.10.2026 / 19:50
Hindistan Ermənistana hərbi dəstəyini dayandırmaq ərəfəsindədir...

26.10.2026 / 19:34
Ermənistanın sərhəd xidmətinə ilk Amerika avtomobilləri və avadanlıqlar gəldi...

26.10.2026 / 19:16
Tramp Ərdoğandan istədiyi hər şeyi ala biləcəyinə əmindir - Niyə?...

26.10.2026 / 19:02
“Ab-Hava” restoranında qətllə bağlı daha iki nəfər həbs edildi...

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 18:05
Şagirdlərin illik təhsil xərcləri müəyyənləşdi - Əli Əsədov qərar imzaladı...

26.10.2026 / 17:50
Baş Prokurorluq "WhatsApp" hesabları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 17:24
Sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə Bakıda müzakirə olundu

26.10.2026 / 17:10
Azərbaycana yapon turistlərin gəlişi daha da artacaq...

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 16:47
Prezidentin köməkçisi: "Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik"

26.10.2026 / 16:42
"Azərbaycan süni intellekt sahəsində beynəlxalq əməkdaşlığa açıqdır" - Prezidentin köməkçisi

26.10.2026 / 16:35
Hikmət Hacıyev: "Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq"

26.10.2026 / 16:30
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev

26.10.2026 / 16:17
Hikmət Hacıyev: "Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq"

26.10.2026 / 16:08
"Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir" - Hikmət Hacıyev

26.10.2026 / 15:55
Prezidentin köməkçisi: "Azərbaycan revanş almaq niyyətində deyil"

26.10.2026 / 15:38
"Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb" - Hikmət Hacıyev

26.10.2026 / 14:44
Azərbaycan QHT-lərindən Pezeşkiana AÇIQ MƏKTUB - İranda yaşayan milyonlarla azərbaycanlının öz ana dilində təhsil amasının vaxtı çatıb...

26.10.2026 / 14:25
Ceyhun Bayramov Ermənistana səsləndi - son nöqtəni qoymağa hazırıq...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:55
"!Ermənistan cəmiyyəti dərk etməlidir ki, sülh hər iki xalqın maraqlarına xidmət edir" - Ceyhun Bayramov

26.10.2026 / 13:50
Niderlandın xarici işlər naziri Azərbaycana təşəkkür etdi

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 13:15
Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları Şuşa və Füzuliyə gedəcək

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ