Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ankara-Bakı-İslamabad birliyinə qarşı Hindistan-Ermənistan-Yunanıstan hərbi əməkdaşlığı...

Image


Hindistanın baş naziri Narendra Modi Cənubi Afrika paytaxtı Yohannesburqdakı BRİCS sammitindən sonra, avqustun 25-də Yunanıstana yollanacaq. O, son 40 ildə Yunanıstana səfər edən Hindistanın ilk hökumət rəhbəri olacaq.

Qeyd edək ki, Hindistan və Yunanıstan baş nazirlərinin sonuncu ikitərəfli görüşü 2019-cu ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində baş tutub. Avqustun 25-də isə baş tutacaq bir günlük səfər artıq rəsmi səciyyə daşıyır. Səfərdən əvvəl Narendra Modi deyib: “Mən 40 il sonra Yunanıstana səfər edən ilk Hindistan baş naziri olmaq şərəfinə nail oldum”. “Hindustan Times” qəzeti yazır ki, səfər zamanı müdafiə, enerji, kənd təsərrüfatı və digər sahələr üzrə bir sıra sənədlərin imzalanması gözlənilir. Hindistanın Financialexpress nəşri isə “Ermənistandan Yunanıstana: Hindistanın geosiyasəti Türkiyə-Azərbaycan-Pakistan üçlüyünü narahat edir” başlığı ilə yayımladığı təhlilində yazır ki, Hindistanın Ermənistana silah satmaq və Yunanıstanla strateji tərəfdaşlığını möhkəmlətmək qərarı bu ölkələrə birbaşa çağırış kimi qiymətləndirilir: “Ermənistan Rusiyanın ənənəvi müttəfiqi, Yunanıstan isə NATO-nun üzvüdür. Hindistan bu ölkələrlə əlaqələrini gücləndirməklə Türkiyənin başçılıq etdiyi qeyri-rəsmi üçlüyə güclü mesaj verir”. Yunanıstanın “greekcitytimes.com” saytı yazır ki, Hindistanın Yunanıstanla strateji tərəfdaşlığı Türkiyəyə açıq mesaj göndərir, Cammu və Kəşmirlə Yunanıstan-Türkiyə mübahisəsi kimi kritik məsələlərdə dəstəyi vurğulayır. Hərbi əməkdaşlıq mövzusu Yunanıstanın “pentapostagma.gr” saytında da təhlil olunur: “NATO üzvü olan Yunanıstan Hindistan Hərbi Hava Qüvvələrinə böyük taktiki yardım göstərə bilər, çünki bizim Hərbi Hava Qüvvələrimiz təkcə Hindistanın Fransadan aldığı “Rafale” deyil, həm də ABŞ-ın F-16 təyyarələrini istifadə edir”.

Yunanıstanın “onalert.gr” saytında ölkələrin konkret hərbi əməkdaşlıq misalları sadalanır. Qeyd olunur ki, Hindistan qırıcıları “HNIOHOS 2023” təlimində iştirak edib və Yunanıstan-Hindistan donanmalarının keçən ilin iyulunda birgə “PASSEX” təlimləri baş tutub. Beləliklə, Hindistan Yunanıstan və Ermənistanla hərbi əçəkdaşlığını möhkəmləndirməkdə qərarlı tərəfdir. “Eurasianet” dərgisi də hesab edir ki, Yeni Dehli Ermənistana silah tədarük etməklə hesab edir ki, müvafiq strateji maraqlarını müdafiə edir: “Hindistan və Pakistan arasındakı rəqabət ən çox Kəşmirdə alovlanan münaqişə ilə əlaqəlidir. İki ölkənin Qarabağ münaqişəsində iştirakının dərinləşməsi barədə daha az məlumat var. Qarabağ Kəşmir münaqişəsinin davamına çevrilir və indi onlar döyüşən tərəflərə – Ermənistan və Azərbaycana silah göndərirlər. Pakistan uzun müddət Azərbaycanın tərəfində olsa da, Hindistan İkinci Qarabağ müharibəsində İrəvanın məğlubiyyətindən sonra Ermənistana silah tədarükçüsü oldu.

Pakistanın Azərbaycana dəstəyi İslamabadın Türkiyə ilə sıx strateji münasibətlərilə də əlaqədardır. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycanın müstəqilliyini Türkiyədən sonra tanıyan Pakistan hökuməti olub və İslamabad heç vaxt Ermənistanın müstəqilliyini tanımayıb. Pakistan və Azərbaycan hərbçiləri 2016-cı ildən birgə təlimlər keçirirlər və təhlükəsizlik sahəsində geniş strateji əlaqələr qururlar. Bəzi müşahidəçilər hesab edirlər ki, İslamabad Azərbaycana Pakistan-Çin istehsalı olan JF-17 qırıcılarını sata bilər. 2022-ci ilin payızında Hindistan Ermənistana dəstəyi gücləndirib,  245 milyon dollarlıq artilleriya sistemləri, tank əleyhinə raketlər və döyüş sursatları verib. Mayda  İrəvan Yeni Dehlidəki səfirliyinə hərbi attaşenin təyin olunduğunu elan edib, ona ikitərəfli hərbi əməkdaşlığı dərinləşdirmək həvalə edilib. Hindistan tərəfindən dəstəyin gücləndirilməsi Ermənistan üçün vacibdir. İrəvanın ənənəvi strateji tərəfdaşı olan Rusiya Ukraynaya fəlakətli hücumun içində batıb və indi görünür ki, onun davamlı Qarabağ nizamlanmasına yardım etməkdə mühüm rol oynamaq üçün resursları və iradəsi yoxdur. İrəvanda ümid edirlər ki, Hindistanın yardımı Ermənistana Azərbaycanın Türkiyə, Pakistan və İsraildən aldığı dəstəyi kompensasiya etməyə kömək edəcək. Hindistanın Qarabağ münaqişəsinə müdaxilə etmək qərarı iki amildən irəli gəlir: strateji və iqtisadi. 2020-ci ildə Azərbaycanın qələbəsi Yeni Dehlidə həyəcana səbəb olub. Türk-müsəlman təsirinin artmasından ehtiyat edən hindistanlı liderlər yenidən regional qüvvəyə çevriləcəyinə ümid etdikləri Ermənistanla əməkdaşlığı möhkəmləndirməyi lazım biliblər. Yerli qarşıdurmada qeyri-müsəlman tərəfdə olmaq tendensiyası Hindistanın İsrail, Serbiya və Myanmaya dəstəyində də özünü göstərir. Yeni Dehlidə ən çox ehtiyat edirlər ki, Azərbaycan Qarabağda öz strateji məqsədlərinə nail olarsa, Ankara-Bakı-İslamabad qruplaşması öz səylərini Kəşmirdə cəmləşdirə bilər. Hindistanın Qarabağ münaqişəsində iştirakı həm də Yeni Dehli və İran arasında daha sıx əlaqələrin qurulmasına kömək edir, onun da Ermənistanla güclü əlaqələri var və bu, Türkiyə və Azərbaycanın Xəzər hövzəsində təsirini azaltmaq istəyinə əsaslanır. Yeni Dehli ümid edir ki,  Rusiyanın Ermənistanı silahlandırma qabiliyyətini itirməsindən istifadə edərək silah tədarükçüsü kimi iqtisadi cəhətdən faydalana bilər. Lakin Hindistan özü Rusiya silahlarının əsas idxalçısıdır: onun hərbi texnikasının təxminən dörddə üçü Rusiyadan daxil olur ki, o da Ukraynadakı müharibə səbəbindən ixrac sifarişlərini yerinə yetirməkdə çətinlik çəkir. Bundan əlavə, Hindistan təbliğat müharibəsinə cəlb edilmiş olur. Belə ki, iyunda Azərbaycanın xəbər agentliklərindən biri məlumat yayıb ki, hindistanlılar Qarabağda hərbi əməliyyatlarda muzdlu kimi iştiraka cəlb olunurlar. Pakistan və Hindistanın artan iştirakının Qarabağda hadisələrin sonrakı inkişafına necə təsir edəcəyini söyləmək hələ tez olsa da, yeni geosiyasi konfiqurasiya ATƏT, NATO və KTMT kimi ənənəvi vasitəçilərin təsirinin zəiflədiyindən xəbər verir”.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ