çərşənbə axşamı günü, 08 sentyabr 2026
     

Ermənilərə dərs - həll yolunu beynəlxalq təşkilatlarda yox, ərazidə axtarın...

Image


Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün iclas keçirdi. Ermənilər bu iclasdan çox şey gözləsələr də, istəkləri gözlərində qaldı, bu dəfə də əliboş qayıtdılar. Əvvəlcədən deyək ki, bu iclasda heç bir sənəd qəbul olunmadı və bu da, şübhəsiz, Azərbaycan diplomatiyasının qələbəsidir.

BMT-də Qarabağ məsələsi müzakirə olundu, iclas yekunlaşdı, heç bir qətnamə, qərar, bəyanat qəbul edilmədi, heç bir açıqlama verilmədi. Amma məsələnin bu cür yekunlaşması, təbii, Ermənistan diplomatiyasının məğlubiyyətidir. Gərək  bunu əvvəldən nəzərə alaydılar və bu absurd məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmayaydılar. Amma məsələnin bu cür sonlanmasından belə qənaətə gəlmək olarmı ki, BMT bütün dünyaya, o cümlədən də Ermənistana mesaj verdi ki, müharibədən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını hansısa beynəlxalq müstəvilərdə, beynəlxalq təşkilatların kabinetlərində, dəhlizlərində axtarmağa dəyməz, müharibədən sonrakı qalan məsələləri ərazidə, sahənin üstündə iki dövlətin nümayəndələri vasitəçilərin köməyi ilə müzakirə və həll etməlidir?

BMT-də məsələlərin belə yekunlaşması dünyaya belə bir mesajın verilməsi üçün əsas sayıla bilərmi? Yəni ermənilər, ora-bura vurnuxmayın, məsələni yerində həll edin?

  • “Erməni separatçılarının son ümidlərinin də məhv olduğu, yoxa çıxdığı bir iclas oldu”

Məsələ ilə basğlı “Alyans” strateji araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov “Bakı-Xəbər”ə şərhində “BMT Təhlükəsizlik Şurasının ermənilərin təşəbbüsü ilə keçirilən iclası dünyadakı mövcud reallığı bir daha ortaya qoydu. O reallığı ki, ermənilər təkidlə anlamaq, qəbul etmək istəmirdilər və müxtəlif beynəlxalq təşkilatlara, nüfuzlu dövlətlərə məktublar göndərməkdən, müraciətlər  etməkdən yorulmurdular. BMT Təhlükəsizlik Şurasının iclasında həm Təhlükəszlik Şurasının daimi üzvlərinin, həm də daimi olmayan üzvlərinin mövqeləri açıq şəkildə ortaya qoyuldu. Burdan da göründü ki, ermənilərin hər hansı ciddi sənəd qəbul etdirmək cəhdləri tamamilə əsassızdır, tamamilə reallıqlardan uzaqdır. İclasda çıxış edən əksər dövlətlər Ağdam-Xankəndi yolundan istifadənin zəruriliyini qeyd etdilər”-deyə bildirdi.

A.Səmədovun sözlərinə görə, bu çıxışlar göstərdi ki, ermənilər artıq haray-həşir qoparmaqla dünyanın çaşdıra bilmirlər, şoular yaratmaqla, şoular quraşdırmaqla həqiqətləri təhrif edə bilmirlər. A.Səmədovun fikrincə, Fransanın, Yaponyanın və bir sıra başqa dövlətlərin nümayəndələrinin çıxışları göstərdi ki, hələ ki, bu təbliğatın təsiri altında olanlar var: “Ancaq bütövlükdə  götürəndə hamı gördü ki, dünya artıq həqiqətləri bilir. Dünya  anlayır ki, ermənilər humanitar məsələləri siyasiləşdirirlər, humanitar məsələləri böyütməklə özlərinin siyasi məqsədlərinə nail olmağa çalışırlar. Demək olar ki, iclasda çıxış edən əksər nümayəndələr hümanitar məsələlərin siyasiləşdirilməsinin yolverilməz olduğunu xüsusi qeyd etdilər. İkinci mühüm məqam, şübhəsiz ki, Ağdam-Xankəndi yolunun açılması və bu yoldan istifadə olunması ilə bağlı səslənən təkliflər idi ki, bu da təbii, ermənilər üçün tamamilə gözlənilməz oldu. 16 avqust iclası göstərdi ki, artıq nəinki ciddi bir qətnamənin qəbul olunması, hətta Təhlükəsizlik Şurası rəhbərliyinin bəyanat verməsi ehtimalı da sıfıra yaxındır. Hər hansı bir müraciət qəbul olunsaydı, şübhəsiz ki, ermənilər bunu da çox böyük uğur sayardılar, ancaq buna da heç bir ehtimal yoxdur. Azərbaycanın BMT yanındakı daimi nümayəndəsinin çıxışı çox hərtərəfli oldu, çox inandırıcı oldu və ermənilərin, Ermənistan xarici işlər nazirinin gətirdiyi “arqumentlər” nünayəndəmiz tərəfindən darmadağın olundu. Həm ABŞ-ın daimi nümayəndəsinin, həm Rusiyanın təmsilçisinin tutduqları mövqe, təbiidir ki, ermənilərin qətiyyən gözləmədikləri bir mövqe idi. Bu çıxışlardan artıq onlar anladılar ki, dekabrda keçirilən müzakirələrdə heç bir nəticə olmadığı kimi, bu müzakirələr də nəticəsiz qalacaq və Qarabağda yaşayan ermənilərin reallıqları qəbul etmək, Azərbaycana reinteqrasiya olunmaqdan başqa heç bir yolu yoxdur. Bu səbəbdən, hesab edirəm ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasında bu məsələni qaldırması daha çox Azərbaycanın xeyrinə oldu, maraqlarına cavab verdi. Bundan sonra daha qəti, daha çevik addımlar atılmalıdır və Ermənistanı sülhə məcbur etmək, onu sülh sazişini imzalamağa vadar etmək istiqamətində daha qəti addımlar atılmalıdır. Artıq dünya da çox şeyi anlayır, çox şeyi başa düşür və ən əsası həqiqətləri ermənilərin üzünə deməkdən çəkinmirlər. Burada nə erməni lobbisi, nə ermənipərəst dövlətlər yardıma gələ bilir, gözlənilən köməyi göstərə bilirlər. TŞ-nin iclası erməni separatçılarının son ümidlərinin də məhv olduğu, yoxa çıxdığı bir iclas oldu və hesab edirəm ki, bu tarixi iclas ermənilərin yaddaşından hələ uzun müddət çıxmayacaq”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

Səfərbərlik rəisi İbrahimovdan super dürüst mövqe - Həqiqi oxuyana, işləyənə güzəşt olacaq...

Putin 102-ci bazanı da Ermənistandan çıxara biləcəyini açıq dedi - tam aydınlıq içində müəmma...

SON XƏBƏRLƏR

08.09.2026 / 11:02
"Artıq iqlim dəyişikliyini müşahidə etmirik, onu birbaşa yaşayırıq" - Muxtar Babayev

08.09.2026 / 10:43
BMT nümayəndəsi xəbərdarlıq etdi - Xəzərdə dramatik dəyişikliklər baş verə bilər...

08.09.2026 / 10:33
Mərkəzi Bank valyuta bazarına müdaxilə edib

08.09.2026 / 09:37
Balakəndə saxlanan şəxsdən külli miqdarda narkotik aşkarlandı

08.09.2026 / 09:18
Mənzil almaq adı ilə 15 min manat dələduzluq edən şəxs yaxalandı

08.09.2026 / 08:03
Tramp Kanada, Meksika, Kuba və Qrenlandiyanı Amerika bayrağının rənglərinə boyadı.

08.09.2026 / 07:45
ABŞ COVİD-19-un yaranmasında mərkəzi rol oynayıb - İlon Mask

07.09.2026 / 22:28
Trampın elçisi Uitkoff 8-ci dəfə Putinin ayağına gəldi - sülh perspektivi hələ görünmür...

07.09.2026 / 22:10
Paşinyan demişdi sentyabrda başlayacağıq, daha 4 ay uzatdı...

07.09.2026 / 22:01
İran yenə “Tramp yolu”na ilişdi - ya erməni silahlı qüvvələri qorusun, ya da…

07.09.2026 / 21:54
Putin və Paşinyan Moskvada Ermənistanda referendum keçirilməsini müzakirə edəcəklər...

07.09.2026 / 21:46
İran qadınları ABŞ-ın toyda öldürdüyü şəxsləri qəribə geyimdə dəfn edir...

07.09.2026 / 21:40
Medvedyev Fon der Leyeni “başdanxarab ginekoloq” adlandırdı - almanlar onun yumor hissini bəyəndi…

07.09.2026 / 21:30
Zelenski Rusiyanın hava limanları ilə bağlı yeni strategiyanı işə saldı...

07.09.2026 / 21:17
Trampın sülh missiyası alınmır - ABŞ elçilərinin Moskvaya və Kiyevə səfəri yenə nəticə vermədi

07.09.2026 / 20:55
Kremlə bağlı “Sputnik Armenia” Azərbaycanla aranı yenə qarışdırmağa çalışır...

07.09.2026 / 20:40
Yaxın Şərq Pekin və Vaşinqton arasında - Çin regionu pulla ələ keçirir

07.09.2026 / 20:38
Xətai və Yasamalda motosiklet qaçıran və oğurluq edənlər saxlandı

07.09.2026 / 20:21
Ermənistanın düşmənçilik bitdi, qlobal media şirkərlərinin Azərbaycala düşmənçiliyi bitmir... Niyə?...

07.09.2026 / 20:06
Prokuror katolikosun məhkəməsindən qaçdı, Paşinyan baş keşişi mühakimə etməyə hakim tapa bilmir

07.09.2026 / 19:52
100 il əvvəl Bakını işğal etməyə gəlmiş ingilis əsgərlərinə niyə xatirə kompleksi olsun?!...

07.09.2026 / 19:29
Rusiya DİN-də “yanacaq əməliyyatı” – aralarında generalın da olduğu bir neçə yüksək vəzifəli şəxs həbs edildi…

07.09.2026 / 19:15
Rusiya Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunun fəaliyyətini dayandırdı…

07.09.2026 / 18:48
Paşinyan yeni inqilaba hazırlaşır... Azərbaycana münasibət nəzərdə tutulur (?)

07.09.2026 / 18:43
İrəvandan Moskvaya növbəti zərbə - Ermənistan və Rusiya arasında viza rejimi tətbiq olunur

07.09.2026 / 18:42
Hindistan da Ermənistanda Rusiyanı sıxışdırır

07.09.2026 / 18:37
Kvotadan artıq benzin işlədənlər üçün qiymətlər qaldırılır

07.09.2026 / 18:12
Sabirabad seçiciləri deputat Əhliman Əmiraslanova təşəkkür etdilər - FOTO

07.09.2026 / 17:54
Vergiyə görə büdcə gəliri 10 faiz artdı, ancaq iqtisadiyyatımız böyümür... Qəribəlik...

07.09.2026 / 17:27
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb

07.09.2026 / 16:26
Azərbaycana qarşı kampaniyanın dəyişən ssenarisi

07.09.2026 / 16:10
"44" bədii filminin premyerasının vaxtı məlum oldu - FOTO

07.09.2026 / 15:57
8 min müsəlmanın qatilini bu qədər qəhrəmanlaşdırmaq? - Serb Vuçiç dünyanı heyrətləndirir...

07.09.2026 / 15:47
Tramp Britaniya ilə Argentinanı da müharibə vəziyyətinə gətirdi - "onlar İran müharibəsində məni müdafiə etmədi"...

07.09.2026 / 14:58
"QHT işi"nd' ittiham olunan Əhməd Məmmədzadə şərti iş aldı

07.09.2026 / 14:45
Peskov "Rusiyanın sülh təşəbbüsləri olubmu" sualından yayındı...

07.09.2026 / 13:58
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu

07.09.2026 / 13:57
Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun sədri vəzifəsindən azad edildi

07.09.2026 / 13:56
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edildi

07.09.2026 / 13:52
1700 Ukrayna əsgəri Xarkov bölgəsində rusların mühasirəsinə düşdü…

07.09.2026 / 13:37
İndoneziyanın müxtəlif yerlərində eyni vaxtda altı vulkan püskürdü...

07.09.2026 / 13:14
Putin Prezident İlham Əliyevə zəng etdi - ticarət, iqtisadi və humanitar əməkdaşlıq məsələləri müzakirə edildi...

07.09.2026 / 12:53
Litva və Latviyadan Rusiya iqtisadiyyatına ağır zərbə - Baltikdən taxıl tranziti dayandırılır...

07.09.2026 / 12:34
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1300 nəfəri keçdi...

07.09.2026 / 12:18
Tərtərdə 52 yaşlı kişi hər iki ayağından da güllələndi...

07.09.2026 / 11:56
Azərbaycan və İranın həyata keçirdiyi birgə layihələrin icra vəziyyəti müzakirə edildi

07.09.2026 / 11:37
Tramp bu gün Putin və Zelenski ilə telefonla danışacağı gözlənilir…

07.09.2026 / 11:15
İran yeni raketini ABŞ təyyarədaşıyan gəmisi üzərində sınaqdan keçirdi...

07.09.2026 / 11:02
DİN yeni tədris ili ilə bağlı valideyn və tələbələrə müraciət etdi

07.09.2026 / 10:46
İrandan Hörmüzdə güc balansını dəyişdirə biləcək addım - "boğaz yalnız bu halda açıq qala bilər"...

07.09.2026 / 10:29
Kartof və tərəvəz sahələrinə hər hektara 600 manat subsidiya veriləcək

07.09.2026 / 10:17
Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir...

07.09.2026 / 10:05
Tramp Hörmüz boğazını ABŞ-ın yeni ərazisi elan etdi…

07.09.2026 / 09:47
Berlin və Avropa şokda - AfD rekord səslə qalib gəldi...

07.09.2026 / 09:32
Paşinyan Moskvaya gedir – Kreml açıqladı…

07.09.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna ordusu üçün hərbi yük daşıyan gəmini vurdu…

07.09.2026 / 07:47
Yəhudilər İsraildəki “erməni ziyarətgahı”na tüpürmədən keçmir - polis də çarəsiz qaldı

06.09.2026 / 22:45
Overçuk Aİ-nin Ermənistana yardımını Rusiya bazarı ilə müqayisədə heç saydı - bizi əvəz edə bilmədilər...

06.09.2026 / 22:07
Netanyahu söz verdi - "İran rejimini devirəcəyik, sonu yaxındır"...

06.09.2026 / 21:35
Kuşner Putinlə danışıqların təfərrüatlarını açıqladı – üçtərəfli görüş keçirilə bilər…

06.09.2026 / 21:10
Kiyevdə Zelenski-Uitkoff-Kuşner danışıqlarına üç Aİ ölkəsi də qoşuldu – təfərrüatlar açıqlandı…

06.09.2026 / 20:28
ABŞ-ın İranla müharibəsi "əbədi müharibəyə" çevrilə bilər - Pentaqonun keçmiş rəhbərindən Trampa xəbərdarlıq...

06.09.2026 / 20:05
Kremldən III Dünya Müharibəsi xəbərdarlığı… Lavrov Berlinin addımlarını Nasist Almaniyası ilə müqayisə etdi - bizə müharibə elan edəcəklər…

06.09.2026 / 19:31
Prezidentin sosial şəbəkə hesablarında HDQ qərargahını ziyarəti ilə bağlı paylaşım edilib

06.09.2026 / 18:15
Sahibə Qafarovanın ABŞ-a səfəri başladı...

06.09.2026 / 17:22
Ruslar Trampın elçilərinin Kiyevə təyyarə ilə getməsinə imkan vermədilər…

06.09.2026 / 16:38
İran Hörmüz boğazına girməyə çalışan ABŞ pilotsuz qayığını vurdu…

06.09.2026 / 16:10
Trampın nümayəndələri ilk dəfə Kiyevdə…. Zelenski Uitkoff və Kuşnerlə görüşdü…

06.09.2026 / 15:15
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar - FOTO

06.09.2026 / 14:12
Rusiya Ukraynadakı ÜST anbarlarını da bombalayır – ancaq təşkilat təcavüzkarın adını çəkməkdən yayınır…

06.09.2026 / 13:40
“Rusiya və Ukrayna iqtisadiyyatı məhv olacaq, müharibəni dayandırmalıyıq” - Zelenskinin müşaviri xəbərdarlıq etdi…

06.09.2026 / 12:14
Ukrayna Ryazanda neft emalı zavodunu vurdu…

06.09.2026 / 11:36
"Azərbaycan-Esvatini münasibətlərinin inkişaf etdirilməsi üçün yaxşı şərait formalaşıb" - Prezident

06.09.2026 / 11:33
Prezident İlham Əliyev Esvatininin Kralına təbrik məktubu ünvanlayıb

06.09.2026 / 11:22
İran Hörmüz boğazından icazəsiz keçməyə çalışan gəmiləri vurmaqla hədələdi...

06.09.2026 / 11:04
Trampın elçilərinin Moskva danışıqlarının bəzi detalları açıqlandı...

06.09.2026 / 10:23
Qarabağda əbədiləşmiş şəhid ruhları, həvəskar "xəttatların” yad əməlləri... - Aydın QULİYEV yazır

06.09.2026 / 10:11
Ağdamda traktor minaya düşdü, sürücü yaralandı - YENİLƏNDİ

06.09.2026 / 09:36
İran ABŞ-ın nəhəng təyyarədaşıyan gəmisini vurdu…

06.09.2026 / 00:26
Kremldə üç saatdan çox davam edən Putin-Uitkoff-Kuşner danışıqları başa çatdı... - YENİLƏNDİ

05.09.2026 / 22:12
Everest buzlaqlarını əridən… alpinistlərin sidiyi imiş… İlginc…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ