Bazar ertəsi günü, 09 noyabr 2026
     

Ermənistan bölgə üçün 5 avqust sülh şansını necə pozdu? - Diplomatik sirlər açılır...

Image


Bütün dünyaya “blokada” şousu göstərən ermənilər onları idarə edənlərin təhriki ilə Azərbaycanın təklif etdiyi yollardan yararlanmaq istəmirlər. Halbuki, Azərbaycan  erməni vətəndaşlarımızın problemlərinin  həlli üçün addımlar atır, onlara alternativ yol kimi Ağdam-Xankəndi yolunu təklif edir ki, rahatlıqla bu yoldan istifadə edib, hər cür ehtiyaclarını qarşılasınlar.

Hətta avqustun 5-də razılaşma əldə olunub ki, Qarabağdakı erməni sakinlərə humanitar yüklər Ağdam-Xankəndi-Füzuli-Şuşa yolu ilə daşınsın, onun ardınca Yevlaxda görüş keçirilsin və 24 saat sonrakı müddətdə Laçın-Xankəndi yolu açılsın, amma ermənilər bunu pozdu. Bu, ermənilərin çox böyük pozuculuğuna bir işarədir, bu, ermənilərin boynunda ağır bir yük, ləkə kimi qalacaq ki, onlar bu şansı buraxdılar.

Qeyd edək ki, 5 avqust razılaşması ilə bağlı bir neçə gün əvvəl Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatların Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında məlumat verib: “...Bu artıq diplomatik sirr deyil və mən açıq şəkildə deyə bilərəm ki, Xarici İşlər Nazirliyinin bəyanatında da biz qeyd etmişdik. 5 avqustda razılıq əldə olunub ki, BQXK humanitar yükləri bu yol vasitəsilə Xankəndinə çatdıracaq. Bunun davamı olaraq razılaşdıq ki, 24 saat sonra Azərbaycanın sərhəd və gömrük rejiminə riayət etməklə , qanunlara əməl etməklə Laçın – Xankəndi yolu da açılır. Bu anlaşmanın tərkib hissəsi kimi Yevlax şəhərində Azərbaycanın müəyyən etdiyi nümayəndə ilə Qarabağ ermənilərinin nümayəndəsi arasında görüşün keçirilməsi nəzərdə tutulurdu ki, burada biz bütün reinteqrasiya, eləcə də sosial infrastruktur layihələrini müzakirə etməyə hazır idik. Biz bu yolu istifadəyə bəyan edəndən sonra, gördüyünüz kimi növbəti məntəqə Rusiya sülhməramlılarının postudur, onun arxasında ermənilərin hərbi postu görünür və ermənilər həmin yola gətirib bloklar qoymağa, beton sədlər qoymağa başladılar. Sonra da başladılar Azərbaycanı ittiham etməyə. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumda beynəlxalq jurnalistlərə dediyi kimi, indi baxın kim kimi bloklayır. Ermənistan yolları bloklayır, Azərbaycan sadəcə olaraq yolları açır və yolla tikir, təkcə quru yollarını yox, eyni zamanda dəmiryolu xətlərini də açır...”

Bu barədə eyni zamanda avqustun 16-da BMT Təhlükəsizlik Şurasının ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhran”ın müzakirəsi üçün təcili iclasdakı çıxışında  Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev də danışıb. “...Birinci halda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin genişləndirilməsi nəzərdə tutulurdu. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bu razılığın praktiki olaraq bir saat ərzində həyata keçirilməsinə başlamağa hazır idi.

İkinci halda mərkəzi hakimiyyət nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün Azərbaycanın yaxınlıqdakı Yevlax şəhərində keçirilməsi razılaşdırılmışdı.

Təəssüflər olsun ki, on gün əvvəl - avqustun 5-də Ermənistan qanunsuz qurulan rejimi vasitəsilə siyasi motivli və qeyri-qanuni ilkin şərtlər və müxtəlif bəhanələr irəli sürməklə hər iki razılaşmadan son anda geri çəkildi. Şübhə yoxdur ki, vəziyyətdən çıxış yollarını tapmaq üçün Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Ermənistan diplomatik səylərə qəsdən maneçilik törədir.

Bunun yalnız bir izahı var: Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırır. Avqustun 5-də  BQXK vasitəsilə humanitar yüklərin çatdırılmasına dair razılaşmanın pozulması yeganə maneə deyil. Əslində bu, Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaqla və yerli etnik erməni sakinlərinin reinteqrasiyasına mane olmaqla bu humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməsinin, eləcə də humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etmək cəhdinin davamıdır”-deyə Y.Əliyev qeyd edib.

Ekspertlər hesab edirlər ki, ermənilər 5 avqust razılığını pozmaqla böyük bir şans itirib və özlərini daha çətin vəziyyətə salıblar. 5 avqust razılaşmasının ermənilərə böyük imkanlar qazandıracağını qeyd edən ekspertlərə görə, amma onlar son anda geri çəkiliblər, bununla da mahiyyətlərini, niyyətlərini ortaya qoyublar.

  • “Ermənilərin belə bir mövqe nümayiş etdirməsi, əvvəl razılaşıb sonra bu razılaşmanı pozması ondan xəbər verir ki...”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli “Bakı-Xəbər”ə şərhində “Əlbəttə, ermənilərin belə bir mövqe nümayiş etdirməsi, əvvəl razılaşıb sonra bu razılaşmanı pozması ondan xəbər verir ki, Ermənistan və Ermənistanın Qarabağda uzantısı olan qondarma rejimin, erməni diaspor qruplarının, ermənilərə yaxın dairələrin əsas dərdi Qarabağda yaşayan ermənilərin humanitar vəziyyəti deyil. Yəni onlar bu vəziyyəti siyasiləşdirirlər və ölkəmizə qarşı istifadə etməyə çalışırlar. Bir şou yaradıblar ki, guya Azərbaycan Qarabağda yaşayan erməniləri “blokada”ya alıb, onların humanitar vəziyyəti “acınacaqlıdır”. Azərbaycan heç bir halda oranı blokadaya almayıb, Qarabağda yaşayan ermənilərin humanitar vəziyyətini yaxşılaşdırmaq üçün bugünə kimi müxtəlif təkliflər verib”-deyə bildirdi.

M.Məmmədli qeyd etdi ki, təkliflər içində Ağdam-Xankəndi yolu və digər alternativ variantlar olub. O vurğuladı ki, həmçinin bugünə qədər minlərlə maşın Qarabağdan Ermənistana, Ermənistandan Qarabağa BQXC-nın vasitəçiliyi ilə məhz Xankəndi-Laçın yolu ilə gedib-gəlib. “Bu da təsdiqləyir ki, Azərbaycan heç bir halda Qarabağda yaşayan erməniləri blokadaya almayıb və blokadaya almaq niyyəti də yoxdur. Əksinə, Ermənistan və bir qrup Ermənistana bağlı dairələr yaranmış vəziyyətdən ölkəmizə qarşı istifadə ediblər, bunu bir kampaniyaya çeviriblər. Bütün bunlarda da yekun məqsəd ondan ibarətdir ki, iki ölkə arasında davam edən sülh danışıqları ləngisin. Bu ondan xəbər verir ki, çox təəssüf, Ermənistan hələ də Azərbaycanlıa sülhə hazır deyil”-deyə M.Məmmədli qeyd etdi.

M.Məmmədlinin fikrincə, ermənilər 5 avqust razılaşmasını pozmaqla əslində özlərinə ziyan etdilər və bununla  göstərdilər ki, sözlərini tutmağa qadir deyillər: “Əlbəttə ki, Qarabağdakı ermənilər, onları təmsil edənlər bu şansı itirməklə özlərinə çox böyük zərbə vurdular. Onların problemlərinin həlli ilk növbədə Bakı ilə danışıqlardan keçir. Təəssüf ki, onlar hələ də bu realllığı görmürlər, düşünüb dərk edə bilmirlər, hələ də yaranmış vəziyyətə ağılla, məntiqlə, rosional deyil, emosional yanaşırlar. Nəticədə də belə bir vəziyyət yaranır. Qarabağ dünyanın bütün dövlətləri, beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq Azərbaycan ərazisi kimi qəbul edilir. Son zamanlar artıq Ermənistan  hökuməti də Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını açıq bəyan edir. Qarabağda yaşayan ermənilər yalnız rəsmi Bakı ilə dialoqda öz problemlərini həll edə bilərlər. Yalnız yenidən Azərbaycan cəmiyyətinə reinteqrasiya etməklə Qarabağda öz yaşayışlarını, mövcudluqlarını, inkişaflarını təmin edə bilərlər”-deyə M.Məmmədli vurğuladı.

O qeyd etdi ki, öz ərazisi olan Qarabağda Azərbaycanın suverenliyi bərpa edilməlidir və heç də uzaq olmayan bir dövrdə Azərbaycan orada öz suverenliyini tam bərqərar edəcək.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ