Bazar günü günü, 13 sentyabr 2026
     

Azərbaycanla sülh müqaviləsinin ləngiməsi Ermənistana daha çox ziyan vurmağa başlayıb

Image


“Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir”. Bu fikri prezident İlham Əliyev Qazaxıstandan olan həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında deyib.

Bununla yanaşı, dövlət başçısı Azərbaycanın sülh və normallaşma prosesində maraqlı olduğunu bir daha vurğulayıb: “Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur”. Bundan əlavə, prezident İlham Əliyev qeyd edib ki, hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır: “Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”. Beləliklə, Azərbaycan bir daha ən yüksək səviyyədə Ermənistanla sülh müqaviləsi, sərhədlərin müəyən edilməsinə hazır olduğunu bildirir. Lakin proses Ermənistanın mövqeyi üzündən uzanır. Bunun elə Ermənistanın özünə zərər vurması artıq qarşı tərəfdə də etiraf olunur. Məsələn, erməni politoloq Vigen Akopyan qeyd edir ki, İrəvanın prosesi uzatmasına baxmayaraq, Ermənistan-Azərbaycan sərhədinin faktiki demarkasiyası işləri gedir: “Bu prosesin, yəni Bakının bəzi mövqelərdə irəliləməsi qeydə alınır və Ermənistanda bununla bağlı olaraq, təbii ki, təbliğat səviyyəsində hələ də müəyyən səs-küy qaldırılır. Lakin 2020-ci ilin noyabrında hərbi əməliyyatlar başa çatdıqdan sonra baş verənlər sərhədin faktiki demarkasiyasıdır. Tex (Dağ) kəndi yaxınlığında yaranmış vəziyyət məhz bu faktiki demarkasiyanın nəticəsidir. Ermənistanın ərazi güzəştləri barədə Bakı ilə konkret razılaşmaları istisna deyil. Azərbaycan yeni taktika seçib. Əgər əvvəllər ərazilər hərbi əməliyyat yolu ilə götürülürdüsə, indi Azərbaycan hiss olunmadan 100-300 metr irəliləyərək hərəkət etməyə üstünlük verir. Hər dəfə Ermənistanın “suveren ərazisinə” 100, 200, 300 metr dərinliyə gedəndə Azərbaycan orada möhkəmlənir və daha bu ərazini tərk etmir. Beləliklə, yüksəklikləri ələ keçirməklə onlar taktiki üstünlük əldə edirlər”.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko da qeyd edir ki, sülh, sərhədlərin müəyyən edilməsi prosesinin uzanması ermənilər üçün əlavə problemlər yaratmaqdan başqa heç nəyə xidmət etmir: “Azərbaycan səbr taktikasını seçib, hər şeyin necə bitəcəyini gözləyir. Əgər Ermənistan danışıqları pozarsa, o zaman Bakının əli sərbəst olacaq. Çünki Azərbaycanın səbri bizə göstərir ki, bu gün danışıqlara əks gedən məhz İrəvandır. Gördüyümüz odur ki, Ermənistan təxribat aparır, Azərbaycan ehtiyatla reaksiya verir. Bunu sözün əsl mənasında hər prosesdə görmək olar. Ermənistan Zəngəzur dəhlizini açmaq istəmir. Buna cavab olaraq Azərbaycan da öz tərəfindən dəhliz qurur. Və hər bir halda dəhlizin olacağını bəyan edir. Məsələn, ötən il Ermənistan əvvəllər işğal etdiyi Laçın şəhərini Azərbaycana qaytarmaq istəməyib. Azərbaycan elə etdi ki, Laçın tez bir zamanda onun nəzarətinə qayıtdı. Bunun üçün Ermənistan tərəfinə alternativ yol çəkdi. Başqa bir misal: Ermənistan daha ağıllı olduğunu düşünərək, “Qoy Bakı özü Qarabağ erməniləri ilə danışıqlar aparsın” dedi. İrəvan bildirdi ki, bu danışıqlar status barədə olacaq. Amma Azərbaycan Qarabağın erməni əhalisini götürür və ölkəsinə inteqrasiya ilə bağlı danışıqlar aparır, onları Bakıya dəvət edir. Ermənistan Laçın yolu ilə Qarabağa hərbi yükləri və hərbçiləri daşıyırdı. Azərbaycan buna cavab olaraq nə etdi? Bəli, sadəcə yolu bağladı. Çatdırılmalar dayandı. Bir neçə ay keçir və ermənilər eyni yükü Laçın yolu ətrafından daşımağa başlayırlar. Azərbaycan artıq burada da yollara, yüksəkliklərə nəzarət edir. Bakı İrəvanın təxribatlarına diqqətlə reaksiya verir. Amma nəzərə alsaq ki, Ermənistan getdikcə aqressivliyini artırır, mən istisna etmirəm ki, Azərbaycandan daha sərt addımlar gözlənilə bilər”. Fenenko qeyd edib ki, İrəvan Bakı ilə erməni separatçıları arasında danışıqların getməsi ideyasını fəal şəkildə təbliğ edirdi: “Rəsmi Bakı bu mövqeyi öz xeyrinə üstlənib: Qarabağın erməni icması ilə danışıqlara başladı və onlarla dialoq mümkün oldu. Bakı Azərbaycan Konstitusiyası çərçivəsində Qarabağ ermənilərinə digər vətəndaşları kimi normal yaşayış şəraiti təmin edir. Bəs onlar İrəvandan nə ala bilərlər? Yalnız yeni müharibə. Onların buna ehtiyacı varmı? Azərbaycan konkret iqtisadi layihələr təklif edir, Ermənistan isə ancaq hay-küy salır və danışıqları pozur”. Bu arada Ermənistanın “Past” nəşri öz mənbələrinə istinadən maraqlı bir məlumat yayıb. Burada qeyd edilir ki, Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın ikinci yarısında baş tutmalı olan növbəti görüş, böyük ehtimalla, Vaşinqtonda keçiriləcək. Qəzetin Xarici İşlər Nazirliyindəki adını açıqlamayan mənbəsi bildirir ki, Vaşinqton platformasında danışıqların gələcəyi ilə bağlı tərəflərin yanaşmaları üst-üstə düşür. Qeyd olunur ki, görüşün təşəbbüskarı ABŞ-ın dövlət katibi Entoni Blinkendir. Nəşrin məlumatına görə, eyni zamanda Avropa dairələri də görüşün keçirilməsində fəaldır. Avropa Şurasının rəhbəri Şarl Mişel bu yaxınlarda Paşinyan və Əliyevlə iki ölkə arasındakı münasibətlər və danışıqlar prosesinin vəziyyəti ilə bağlı bir neçə telefon danışığı aparıb. Qəzetin diplomatik mənbəsinin bildirdiyinə görə, avropalılar qarşıdan gələn Ermənistan-Azərbaycan sammitinin onların himayəsi altında - yaxın həftələrdə Brüsseldə keçirilməsi üçün əllərindən gələni edirlər. Məsələnin maraq doğuran tərəfi odur ki, Qərb Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin onun təklifi əsasında imzalanmasında maraqlıdır. Bu variantda Azərbaycanın ərazi bütövlüyü təsbit edildiyindən, ölkəmiz onun imzalanmasında heç bir problem görmür.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"

11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...

11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"

11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu

11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb" - Hikmət Hacıyev

11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir

11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu… - VİDEO

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ