çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İran təhdidi fonunda Qərbin Azərbaycana dəstəyi güclənir

Image


Ermənistan və İranın Azərbaycana qarşı vahid cəbhədə yer alması, ölkəmizlə açıq düşmənçilik siyasəti yürütməsi fonunda bu iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətlər üzrə daha da dərinləşməsi müşahidə olunur.

Bu vəziyyətdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının lideri Artur Vanetsyan qeyd edir ki, ölkəsi və İran Türkiyə-Azərbaycan planlarından qaynaqlanan ümumi çağırış və “təhdidlərə” qarşı birləşə bilər: “Zəngəzur planları, yəni dəhliz açmaq təkcə Ermənistan üçün deyil, həm də İran üçün birbaşa təhlükədir. Regional sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyini dəfələrlə bəyan edən Tehranın hərəkətləri və ritorikasının səbəbi budur. Bəyanatlar bir yana qalsın, İran ordusu vaxtaşırı təlimlər keçirərək, boş oturmayacağını açıq şəkildə ortaya qoyur. Tehran bu davranışı ilə Azərbaycan və Türkiyə “təhlükəsi” fonunda Ermənistanın ərazi bütövlüyünü qorumağa çalışır. Dost və qardaş İranın bu səylərini yüksək qiymətləndiririk”.

Lakin “Foreign Affairs” nəşri yazır ki, İran və Ermənistan Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla regional inkişafı ləngidir: “Azərbaycanın iki hissəsini - Naxçıvan Muxtar Respublikası və ölkənin qalan hissəsini quru yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılması İranı Ermənistan ilə ümumi sərhəddən məhrum edə bilər. Ermənistanı Avrasiya ilə əlaqələndirici vasitə kimi nəzərdən keçirən İran regionun beynəlxalq səviyyədə tanınmış sərhədlərində istənilən dəyişikliyə qarşı hərbi güc tətbiq etməklə hədələyib. Ötən ilin iyulunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı İranın Ali dini lideri Ayətullah Əli Xamenei “minilliklər boyu mövcud olan” yolu bağlamaqla İran və Ermənistan arasında maneə yaratmaqdan çəkinməyə çağırmışdı. İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar yaradıb. Şiə din xadimləri tərəfindən idarə olunan İran uzun müddətdir əsas himayədarı Rusiya olan və xristianların çoxluq təşkil etdiyi Ermənistana iqtisadi dəstək verib. Bu arada İsrail və sünni əhalinin üstünlük təşkil etdiyi Türkiyə əsasən şiə əhalinin yaşadığı Azərbaycan ilə strateji ittifaq bağlayıb”. Məqalədə qeyd olunur ki, Azərbaycanla İran arasında münasibətlər çox gərgindir. Xüsusilə İran Azərbaycanın İsrail ilə münasibətlərinin yaxşılaşmasından çox narahatdır: “Son illərdə İran Tehrana qarşı ortaq düşmənçiliyin İsraillə Fars körfəzində yerləşən ərəb ölkələrini yaxınlaşdırmasını müşahidə edib. İranlılar indi İsrail ilə əsasən türklərin yaşadığı iki ölkə - Türkiyə və Azərbaycan arasında oxşar dinamikanın yaranacağından ehtiyat edirlər. Öz növbəsində İran ilə Azərbaycan arasında münasibətlər getdikcə gərginləşir. Son iki ildə İran ordusu və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Azərbaycanla sərhəddə Ermənistanla birgə irimiqyaslı hərbi təlimlər keçirib. Yanvar ayında silahlı şəxsin Azərbaycanın Tehrandakı səfirliyinə hücum etməsi nəticəsində səfirliyin təhlükəsizlik xidmətinin rəisinin qətlə yetirilməsi və iki nəfərin yaralanması vəziyyəti daha da gərginləşdirib. Rəsmi Bakı bunu terror aktı adlandırıb və səfirliyi təxliyə edib, İran rəsmiləri isə hücum edən şəxsin siyasi deyil, şəxsi motivlərinin olmasında israr ediblər. Bundan başqa, martın 28-də tez-tez İran əleyhinə çıxışlar edən azərbaycanlı deputata qarşı sui-qəsd olub. Bundan sonra Azərbaycan İrana işləyən bir qrup şəxsi aşkar edib, həmçinin İranın Bakıdakı səfirliyinin 4 əməkdaşını “persona-non-qrata” elan edib”. ABŞ-ın keçmiş Sovet İttifaqında milli məsələlər üzrə keçmiş müşaviri və Avrasiyada etnik və dini məsələlər üzrə ekspert Pol Qobl da  İranın son vaxtlar Azərbaycana qarşı aqressiv ritorikasını artırdığını vurğulayır: “İki ölkə arasında uzun müddətdir ki, gərginlik yaşanır. Hər iki tərəf hərbi manevrlər keçirib. İran son 12-18 ay ərzində bir neçə təlim keçirib və Azərbaycan buna cavab verib. Bu kimi vəziyyətlərdə kiminsə səhv edə biləcəyi və bunun qarşıdurmaya gətirib çıxara biləcəyi risqi varmı? Mənim fikrimcə, var. Bunun genişmiqyaslı müharibəyə səbəb olacağı ehtimalı varmı? Yəqin ki, yox. Hər iki ölkə nə qədər qəzəbli olduqları barədə mesajlar vermək istəsə də, işlərin bu istiqamətdə getdiyini görmək istəməmək üçün onların keçərli səbəbləri var. Təbii ki, baş verə biləcəklər üçün ciddi nəticələri olan hazırda iki hadisə var - bir tərəfdən, azərbaycanlı millət vəkilinə qarşı bir çoxlarının bunun İran tərəfindən edildiyini düşündüyü və bir şəkildə buna cavab verilməsini istədiyi dövlət səviyyəsində terror aktı kimi qiymətləndirilən hücum. Eyni zamanda, Azərbaycanın İsraildə səfirliyini açması. Azərbaycanın İsraillə uzun illər diplomatik əlaqələri var, amma əslində müsəlman ölkəsi üçün səfirlik açmaq çox böyük hadisədir. Azərbaycanın İsrailyönlü mövqeyi, yəhudi dövləti ilə çox sıx əməkdaşlığının uzun tarixi var. İranlılar bundan məmnun deyillər. Beləliklə, indi gərginlik bir müddət əvvəl olduğundan daha yüksəkdirmi? Bəli. İki tərəf arasında genişmiqyaslı müharibə görəcəyimiz ehtimalı varmı? Mən belə düşünmürəm. Mən hesab edirəm ki, hər iki tərəfin öz maraqlarını müdafiə etmək qabiliyyətinə malik olduğunu nümayiş etdirməsini görəcəyik. Fikrimcə, Tehran mediasının İsraildə səfirlik haqqında dediklərini çox diqqətlə izləməliyik. Hesab edirəm ki, Azərbaycan hökumətinin də azərbaycanlı deputata qarşı hücumu necə araşdıracağını eyni şəkildə yaxından izləməliyik. İndi hər iki tərəf temperaturu bir qədər yüksəltməkdən çox məmnun olsa da, əslində tammiqyaslı müharibəyə səbəb ola biləcək geri dönüşü olmayan hərəkətlər etməyəcək. Hər iki tərəf üçün tərs gedə biləcək çox şey var. Bunu Bakı da, Tehran da bilir”.

Ekspert qeyd edir ki, Azərbaycan müsəlman ölkəsi olaraq qonşuluqda çox qəti, çox cəsarətli bir xətt tutub: “Həmişə özünü müsəlmanların çoxluq təşkil etdiyi dünyəvi dövlət kimi təqdim edib. Buna görə də özünə uyğun şəkildə davranır. Lakin bir çox ölkələr özlərini onlara uyğun şəkildə aparmır. Ona görə də Bakı hökumətini bu işi sona çatdırdığına görə görə yalnız tərifləmək olar. Bu çox vaxt apardı. Aydındır ki, Azərbaycan bu işdə tələsmək istəməyib. Yəqin ki, bunu çox tez etsə, iranlıların nəyə isə cəhd edə biləcəyi və Azərbaycanda bəzilərinin səfirliyin fəaliyyətinin dayandırılmasına qərar verə biləcəyindən ehtiyat ediblər. Fikrimcə, bunun vaxtı diqqətlə planlaşdırılıb. Düşünürəm ki, bu, azərbaycanlı millət vəkilinə qarşı hücumu daha da şübhəli edir, çünki bu barədə əvvəlcədən elan olunmayıb, ən azı mən heç yerdə görməmişəm. Buna görə də iranlıların qəzəbli olduğunu düşünürəm. Yəni onlar yəhudi dövlətini məhv etmək istəyirlər. Bunu gizlətmirlər. Həmçinin çox aydın şəkildə bildiriblər ki, onların fikrincə, Azərbaycanın İsrailyönlü mövqeyi İran üçün ümumi təhlükənin bir hissəsini təşkil edir ki, əgər İsrail nə vaxtsa İrana hücum etsə, Azərbaycan ərazisindən İranın hədəflərinə qarşı dronlar və hətta təyyarələr buraxmaq üçün istifadə edəcək. Beləliklə, səfirliyin açılması irəliyə doğru atılmış böyük bir addımdır. Bunun olduqca böyük əhəmiyyəti var və mənim kimi bir amerikalı tərəfindən bu xüsusilə vurğulanmalıdır. Bu, bir çox cəhətdən Azərbaycanın iki mühüm müttəfiqi olan ABŞ və Böyük Britaniya kimi ölkələrdə Azərbaycan üçün pozitiv xəbərlər gətirəcək. Buna görə də bunun Bakıya böyük köməyi olacaq”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ