çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistan futbol topuna çevrilib, gələn də təpik vurur, gedən də...

Image


“ABŞ-ın təşkil etdiyi “Defender 23” hərbi təlimlərində iştirakdan imtina etməklə Ermənistan təzyiqlərə boyun əydi”. Bunu erməni politoloq Styopa Səfəryan deyib.

Səfəryan Qərbin Ermənistanın qərarına anlayışla yanaşdığını istisna etmir: “Qərbdə belə bir anlayış var ki, Ermənistan hələ də girov statusundadır. Əgər Ermənistan hakimiyyəti əlavə qiymət ödəməli olduqlarını düşünürsə, o zaman niyə silahlı qüvvələrdə islahatlar ləngiyir? Təəssüf edirəm ki, rəsmi İrəvan təzyiq altında mühüm hərbi təlimi ləğv edə bilər”. Erməni politoloqun sözlərinə görə, Ermənistana qarşı hibrid müharibə olduğu, təzyiqlər edildiyi açıq-aşkar görünür: “Rusiya Qərbin Cənubi Qafqaza müdaxiləsinə aqressiv yanaşır”.  Xatırladaq ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyi Avropanın on ölkəsində aprelin 22-dən başlayaraq “Defender 23” adlı hərbi təlimlərin keçirilməsi ilə bağlı məlumat yayıb. Hərbi təlimlərdə iştirak edən ölkələr siyahısına Ermənistan da daxil edilib, lakin bir neçə saat sonra məlumatın yenilənmiş variantında Ermənistanın adı iştirakçı ölkələr siyahısından çıxarılıb. Bu fonda Ermənistanın özünün Rusiya qorxusundan təlimlərdən imtina etdiyinə dair məlumatlar yayılıb. Lakin elə bunun ardınca Ermənistan Müdafiə Nazirliyi iddia edib ki, ölkənin Silahlı Qüvvələri bu il ABŞ-ın rəhbərliyi altında Avropada keçiriləcək iki təlimdə iştirak edəcək. Nazirliyin sözçüsü Aram Torosyanın verdiyi məlumata görə, Ermənistan hərbçiləri KFOR (Kosovo Qüvvələri) və “Saber Junction” manevrlərində iştirak etməyi planlaşdırıb. Təlimi ABŞ Ordusunun Avropa Komandanlığı həyata keçirəcək. Ermənistan parlamentinin deputatı Andranik Tevanyan isə bunu da inandırıcı hesab etməyərək gülməli hal adlandırıb: “Ermənistanın Rusiyaya qarşı ABŞ-ın rəhbərlik etdiyi “Defender 23” hərbi təlimində iştirak edəcəyi xəbəri yayıldı, sonra da təkzib edildi. Ermənistan Müdafiə Nazirliyi Ermənistanın anti-Rusiya hərbi təliminin iştirakçıları siyahısında necə yer aldığını və sonradan onun necə çıxarıldığını açıqlamadan bu mövzu ilə bağlı “izahat” verib. Müdafiə Nazirliyi yalnız yaxın vaxtlarda iki belə tədbirdə iştirak edəcəklərini bildirib. Bu deməkdir ki, rəsmi İrəvan həm Rusiya Federasiyasından, həm də ABŞ-dan zərbələr alıb və alacaq. Qərb-Rusiya qlobal qarşıdurmasının qızğın vaxtında Paşinyanın hər iki tərəfə “hə” demək siyasəti Ermənistanı münaqişə arenasına çevirir. Bu, Ermənistanın xarici siyasətinin nə qədər avantürist olduğunu göstərir. Nikol Paşinyan ölkəmizi futbol topuna çevirib. Kim çatır zərbə endirir və bu topla rəqibə qol vurmağa çalışır”. Erməni ekspert Azat Arşakyan isə bildirir ki, ABŞ hərbi təlimlərində iştirak etməmək Rusiyanı qəzəbləndirməmək üçün əyalət hiyləsidir. Onun sözlərinə görə, Ermənistan Rusiyanı qəzəbləndirməmək üçün hərbi təlimlərdən və təhsildən imtina edib: “Biz müasir silahlarla döyüşmək üçün təlim proqramından qaçdıq. Bizi döyüşməyi öyrənməyə dəvət edirlər ki, 11 min fərari olmasın. Amma biz imtina edirik. Özümüzü gözdən salırıq, guya iddialıyıq, torpağı necə qorumaq lazım olduğunu bilmirik. Biz Hindistandan “fil” sifariş edirik, amma orduya təhsil verməkdən imtina edirik”.

Bu vəziyyətdə Ermənistanda diqqət ona yönəldilir ki, Kremlin İrəvana təzyiqləri artır. Ermənistan parlamentinin deputatı Tiqran Abramyan bu fonda diqqəti ona yönəldir ki, ruslar KTMT müşahidəçilərini Ermənistan ərazisində Azərbaycanla sərhəd ərazilərə göndərməyə çalışırlar: “Amma Ermənistan hakimiyyəti Rusiyanın KTMT müşahidəçilərinin sərhəddə yerləşdirilməsi ilə bağlı təklifinə cavab vermir. Rusiyanın Ermənistanın KTMT müşahidəçiləri və ya sülhməramlılarının sərhəddə yerləşdirilməsi təklifi və yeni hərbi-texniki əməkdaşlıq paketi diqqətçəkən situasiya yaradıb. Tərəflərdən heç biri KTMT-nin hərbi-texniki dəstək proqramının necə olduğu barədə bir söz demir. İkincisi, anlamaq lazımdır ki, KTMT müşahidəçilərinin və ya sülhməramlılarının yerləşdirilməsi ilə bağlı Ermənistan hakimiyyətinə hansı təklif verilib, onların mandatı, funksiyaları və mümkün yerləşdirmələri barədə təfərrüatlar varmı? Bunu başa düşmək son dərəcə vacibdir, çünki bu, özü ilə çoxlu suallar gətirəcək”. Abramyan əlavə edib ki, Rusiyanın bütün səylərinə baxmayaraq, bu məsələ Ermənistan hakimiyyəti üçün müzakirə mövzusu deyil: “Son günlər Rusiyadan aktiv açıqlamalar verildi, amma Ermənistan hökuməti qəribə şəkildə susur. Ermənistan hökuməti nəyi gözləyir, Rusiya niyə tələsir?”. Erməni politoloq Yervand Bozoyan qeyd edir ki, Ermənistanın Qərb və Rusiya arasında sıxışıb qaldığı bir vaxtda Azərbaycan bundan məharətlə istifadə edir: “Azərbaycan Ermənistandakı hakimiyyətlə heç nədə razılaşmır, çünki Bakı istənilən prosesin onun göstərişi ilə baş verəcəyini çox gözəl başa düşür. Bakı anlayır ki, İrəvan hakimiyyətinin Azərbaycana müqavimət göstərmək şansı yoxdur. Hətta Rusiya və İran Ermənistana etibar etmir. Qərb də öz növbəsində Paşinyanı alətə çevirdi.  Bu halda  Azərbaycan Ermənistana addım-addım təzyiq göstərir, onu güzəştə getməyə məcbur edir. Azərbaycan konkret olaraq irəliləyir. Hətta hərbi eskalasiya da lazım deyil, çünki düşünürəm ki, Azərbaycan kiçik addımlarla hər şeyə öz-özünə nail olacaq. Bakı hər şeyə nail olacaq. Bu hakimiyyətin bütün bunlara qarşı durmağa imkanları yoxdur. Diplomatik tribunalarda nə ordu, nə çəki, nə də müttəfiq var. Ordumuzun məğlubiyyət nəticəsində aldığı zərbələrdən sonra onu bərpa etmək çətindir, ordunun bərpası üçün onilliklər lazımdır. Azərbaycanın bərpası üçün, demək olar ki, 30 il vaxt lazım oldu”. Ermənistanın “Miasin” ictimai-siyasi hərəkatının təşəbbüs şurasının üzvü Narine Dilbaryan bildirib ki, bu vəziyyətdə Azərbaycan Zəngəzur dəhlzi ilə bağlı istəyinə nail olacaq:  “Miasin” ictimai-siyasi hərəkatının təşəbbüs qrupunun üzvləri təzəlikcə Zəngəzurdan qayıdıblar. Onlar Teğ (Dağ) kəndində gördüklərini təqdim ediblər. Görünən odur ki, ermənilər Ermənistanın təhlükəsizlik məsələlərinə biganə qalmağa davam etsələr, təkcə Qarabağı yox, Zəngəzuru da itirəcəklər. Vəziyyət çox narahatedici idi və arzuolunmaz hadisələrlə doludur, lakin biz sakit otururuq. Deyirlər ki, yaxşılaşma var. Yaxşılaşma nədir? Yaxşılaşma ondan ibarətdir ki, Azərbaycan hərbi birləşmələri orada öz mövqelərini möhkəmləndirir. Azərbaycan nəinki Qarabağı tam şəkildə nəzarətə götürüb, həmçinin Zəngəzuru kəsmək istəyir”.  Dilbaryan vurğulayıb ki, Ermənistan təkcə müharibədə deyil, həm də informasiya blokadasındadır: “Görülən tədbirlərin effektivliyi sıfıra yaxındır. Müdafiə Nazirliyi hansısa mövqelərdən uzaqlaşdırılır, Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları gətirilir, hansı sursatla, nə ilə gətirirlər, başa düşmürsən. Bizim təhlükəsizlik doktrinamız və təhlükəsizlik siyasətimiz tamamilə uğursuzdur”. Hesab edilir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalayıb barış şəraitində yaşamayacağı halda hələ çox ciddi problemlərlə üzləşəcək, geosiyasi çəkişmə meydanı olaraq qalacaq.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ