çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Paşinyanın “BCM” qərarı - Rusiya bazarları tədricən Ermənistanın üzünə bağlanır…

Image


Ermənistanda müxalifətlə iqtidaryönlü deputatlar arasında insident yaradan Roma Statutu ətrafında ziddiyyətlər səngimir. Bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazır.

Qeyd edilir ki, baş verənlər Ermənistan hakimiyyətini çətin vəziyyətə salıb: “Bilindiyi kimi, martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi bəyan edib ki, Beynəlxalq Cinayət Məhkəməsinin əsasını təşkil edən Roma Statutu ölkə Konstitusiyasına uyğundur və Ermənistan hökuməti sazişin ratifikasiyası prosesini davam etdirə bilər. Bundan sonra müxtəlif bəyanatlar səsləndi ki, bu addımla Ermənistan da Rusiya Federasiyasının əleyhinə gedir və Vladimir Putin İrəvanda peyda olan kimi Qərbin göstərişi ilə saxlanılacaq. Lakin Konstitusiya Məhkəməsinin qərarına əsasən, konvensiya ratifikasiya edilmiş hesab edilmir və icraya yönləndirilə bilməz. Bəs indi nə gözlənilir? Məsələ burasındadır ki, Ermənistan  Konstitusiyasının 116-cı maddəsinə əsasən, beynəlxalq müqavilələr parlament tərəfindən ratifikasiya olunur, yəni Roma Statutu parlamentin təsdiqi olmadan qüvvəyə minə bilməz. Onun Milli Məclisə göndərilməsi üçün dəqiq müddət var. Konstitusiya Məhkəməsinin qərarından sonra Ermənistan hökumətinin üç ay vaxtı var ki, nizamnamənin ratifikasiyası məsələsini parlamentə göndərsin. Əldə etdiyimiz məlumata görə, hazırda hakimiyyətin konvensiya ilə bağlı yekun qərarı yoxdur, ən azı, icra hakimiyyəti qanunverici orqana nizamnaməni hələ göndərməyib”. Bunlar fonunda Rusiyanın “Kommersant” qəzeti yazır: “Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etmək üzrə olan İrəvan bundan hiddətlənən Moskvanı sakitləşdirməyə çalışır. Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan əmin edib ki, Ermənistanın Rusiya Federasiyasının prezidentini həbs etmək niyyəti yoxdur. O, həmçinin Rusiya tərəfinə Beynəlxalq Cinayət Məhkəməsinin  qərarlarının Rusiya ilə münasibətlərə təsirini neytrallaşdıracaq saziş imzalamağı təklif edib. Moskva müxtəlif kanallar vasitəsilə İrəvana Roma Statununun ratifikasiyasının onun üçün qəbuledilməz olduğunu və problemin “müttəfiq qaydada” həll olunacağına ümid etdiyini çatdırıb. İrəvanın Ermənistanın 1998-ci ildə imzaladığı Roma Statutunu ratifikasiya etmək üçün atdığı addım Beynəlxalq Cinayət Məhkəməsinin  Rusiya prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order verməzdən əvvəl başlayıb. Müvafiq qanun layihəsi 2022-ci il dekabrın 29-da Ermənistan hökuməti tərəfindən təsdiqlənib. Daha sonra ölkə hakimiyyəti bunu 2020-ci ildə ikinci Qarabağ müharibəsindən sonra sərt qarşıdurmanın davam etdiyi Azərbaycanı məsuliyyətə cəlb etmək istəyi ilə izah edib. Amma Kreml bu izahataı qəbul etmir. Bu, Moskvanın rəhbərlik etdiyi KTMT-nin Azərbaycanla münaqişəyə Ermənistan tərəfində müdaxilə etməməsi səbəbindən İrəvanla Rusiya arasında onsuz da gərgin olan münasibətləri çətinləşdirib.

Qeyd olunmalıdır ki, ötən il Rusiya İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını öz ərazisinə qədər genişləndirmək istəyinə heç bir reaksiya vermədi. Amma bu il martın 17-də  məhkəmə Vladimir Putin və xanım Lvova-Belovanın həbsinə order verdikdən sonra Moskvanın Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsi ilə münasibətlərinə münasibəti başqa cür qəbul olunmağa başlayıb. Konstitusiya Məhkəməsinin martın 24-də Roma Statutundan irəli gələn öhdəliklərin konstitusiyaya uyğun olduğunu tanıyan qərarı əvvəlcə informasiya savaşına səbəb oldu. İnformasiya dalğasının ardınca siyasi dalğa gəldi. Rusiya Xarici İşlər Nazirliyindəki mənbə TASS-a bildirib ki, Moskva İrəvanın Rusiya rəhbərliyinə qarşı çıxarılan orderlər fonunda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir: “Moskva rəsmi İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmaq planlarını həmin məhkəmənin Rusiya rəhbərliyinə qarşı son qanunsuz və hüquqi cəhətdən etibarsız orderləri fonunda tamamilə qəbuledilməz hesab edir”. Mənbə həmçinin Ermənistan tərəfinə atılacaq mümkün addımların ikitərəfli münasibətlərə son dərəcə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq edildiyinə də vurğulayıb. Martın 30-da isə həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanla Beynəlxalq Cinayət Məhkəməsi arasındakı münasibətləri şərh edib. Məsələnin müsbət həllini tapacağına  qeyd edib.  Maraqlıdır ki, təsadüfən elə ertəsi gün tamamilə başqa istiqamətdə problemlər yarandı. “Rosselxoznadzor” öz saytında bildirib ki, martın 31-də Rusiya Federasiyası ilə Ermənistanın baytarlıq xidmətləri arasında danışıqlar aparılıb, “bu müddət ərzində Ermənistanda 2023-cü il martın 20-dən 24-dək süd emalı müəssisələrində aparılan yoxlamanın nəticələri müzakirə edilib”. “Görüş zamanı Ermənistan baytarlıq xidmətinin rusiyalı alıcılar üçün süd məhsullarının təhlükəsizliyinə zəmanət verməsinin mümkünsüzlüyü ilə bağlı məsələ qaldırılıb. Danışıqların nəticələrini nəzərə alaraq, “Rosselxoznadzor” Ermənistan baytarlıq xidmətinə ölkənin bütün müəssisələrindən Rusiyaya süd məhsullarının sertifikatlaşdırılmasının dayandırılması xahişi ilə müraciət edib. Müəyyən edilmiş pozuntuların aradan qaldırılması üçün Ermənistan tərəfinin apardığı işlərin nəticələri əsasında tədarükün bərpası imkanları daha sonra müzakirə olunacaq”, - “Rosselxoznadzor” bildirib. Üstəlik, Moskva ilə qonşuları arasında əvvəllər siyasi fikir ayrılıqları çox vaxt Rusiyaya şərab, məhsul və süd məhsullarının tədarükü ilə bağlı problemlərə səbəb olurdu. Müxtəlif illərdə bu, Gürcüstana, Moldovaya, Belarusa aid edilib. Ermənistan hakimiyyəti isə həm süd məhsullarının istehsalında Avrasiya İqtisadi İttifaqında mövcud olan texniki reqlamentlərin pozulmasını, həm də Rusiya tərəfinin qərarında siyasi komponentin olmasını inkar edir. Ekspertlər və müxalifət başqa cür düşünür. “Ölkələrimiz arasında münasibətlər qeyri-bərabər inkişaf etsəydi, o zaman bu cür problemlər daxili kommunikasiya kanalları vasitəsilə, ictimai mesajlar və bəyanatlar olmadan həll olunardı”, - “Xəbərdar və Qorunan İstehlakçı” ictimai təşkilatının rəhbəri Babken Pipoyan “Kommersant”a müsahibəsində bildirib. “Hayastan” müxalifət blokunun fraksiyasının deputatı, Ermənistanın keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan onunla razılaşır:  “Problemin ictimailəşdirilməsi və işlək qaydada həll edilməməsi qərarı artıq Rusiya və Ermənistanın nəzarət orqanlarına aidiyyatı olmayan ziddiyyətlərin mövcudluğundan xəbər verir. Çox güman ki, biz daha yüksək siyasi səviyyədə olan ziddiyyətlərdən danışırıq". Və burada, Rusiyanın Ermənistan kənd təsərrüfatı məhsullarının əsas bazarı olduğunu nəzərə alaraq, baş verənlər ermənilər həssas ola bilərlər. Erməni iqtisadçı Armen Ktoyan bildirib: “Erməni istehsalçılarına ikiqat zərbə vurulacaq. Birincisi, süd məhsullarının idxalına qadağa Ermənistan istehsalçılarının Rusiya bazarındakı mövqelərini zəiflədir. Geri qayıdıb yenidən yer tutmaq çətin olacaq. İkincisi, ixracı dərhal başqa bazarlara yönləndirmək mümkün deyil. Potensial bazar Aİ-dir, lakin yerinə yetirilməli olan çoxlu tənzimləmələr var və bu istiqamətdə heç bir iş görülməyib”. O, siyasi ziddiyyətlərin kəskinləşəcəyi təqdirdə Rusiyanın qadağanı digər məhsullara da şamil edə biləcəyindən narahat olduğunu bildirib: “Biz başa düşürük və bilirik ki, “Rosselxoznadzor” da siyasi vəziyyətə görə müəyyən qərarlar verir”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ