çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Ermənistan ortalıqda qalıb: NATO təlimlərindən çıxarıldı, ABŞ-ın təlimlərində olub-olmayacağı isə bəlli deyil

Image


Ermənistanda mövcud hakimiyyətin eyni vaxtda iki stulda əyləşmək niyyəti Nikol Paşinyan iqtidarını həm Rusiyada, həm də Qərbdə demək olar ki, tam gözdən salıb, etibarsız tərəfdaşa çevirib.

Məsələ burasındadır ki, Ermənistanın xarici siyasətində kimi əsas tərəfdaş görməsi bəlli deyil. Rəsmi İrəvan bir gün Rusiyaya qarşı mövqe sərgiləyir, səhəri gün buna tamamilə əks addımlar atır. Eyni hal Qərblə münasibətdə də müşahidə edilir.

  • Anti-Rusiya siyasəti ilə Paşinyan Qərbin rəğbətini qazanmağa çalışırdı, amma...

Qeyd etmək  lazım gəlir ki, Nikol Paşinyan iqtidara gələndə ondan Qərb tamam fərqli addımlar gözləyirdi. Paşinyan hakimiyyətə gəlməmişdən əvvəl parlamentdə müxalif deputat kimi dəfələrlə Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı çıxış edir, İrəvanın bu qurumlardan çıxmasının parlamentdə müzakirə olunması təklifini irəli sürürdü. 2018-ci ilin aprelində Ermənistanda baş verən dəyişikliklərin aparıcı qüvvəsi və iştirakçıları da NATO-ya, Qərbə inteqrasiya tərəfdarları idi. Həmin qüvvələrin Qərbdəki institutlar tərəfindən maliyyələşdirildikləri də istisna edilmirdi. Qərbin, eləcə də avroatlantik alyansın tərəfdarı olanların fəal iştirakı və dəstəyi nəticəsində Nikol Paşinyanla birlikdə bu düşüncənin daşıyıcıları hakimiyyətə gəldi. Amma hakimiyyətə gəldikdən az sonra Paşinyan Rusiyanı yenə ölkəsinin strateji mütəffiqi elan etdi, qarşılıqlı əməkdaşlığın daha da dərinləşəcəyini bildirdi. Belə vəziyyətdən Qərb ciddi narazılığını dilə gətirdi. Bu halda Paşinyanın növbəti addımları bu dəfə Rusiyanı narazı salmağa başladı. Çünki Paşinyan hakimiyyətdən Rusiyaya bağlı şəxsləri qovmağa, Sorosa bağlı şəxsləri komandasına yerləşdirməyə başladı. Bunlar fonunda 2018-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının o vaxtkı baş katibi Yuri Xaçaturovun həbs edilməsi Paşinyan iqtidarının Rusiyaya xəyanəti hesab edildi.  KTMT-nin baş katibi 2008-ci il martın 1-də mitinq zamanı nümayiş iştirakçılarına zor tətbiq edərək ölkədə konstitusiya quruluşunu devirməkdə günahlandırılırdı.  Təbii ki, generalın həbsi Rusiyanın hakim dairələrində ciddi rezonansa səbəb oldu. Rusiya xarici işlər naziri Sergey Lavrov dərhal “Paşinyanın xələflərini siyasi motivlərə görə təqib etməyəcəyi barədə verdiyi bəyanatlar, onun hərəkətləri ilə daban- dabana ziddiyyət təşkil edir” bəyanatını səsləndirdi. Ermənistan tərəfinin Rusiyanın məlum narazılığını dərhal geniş ictimaiyyətə çatdırması da Mockva üçün gözlənilməz zərbə oldu. Dövlət Dumasının MDB məsələləri üzrə komissiyasının sədr müavini Konstantin Zatulin isə açıq şəkildə İrəvan Ermənistanın təhlükəsizliyinə zəmanət olan Gümrüdəki Rusiya bazasını, KTMT və rus silahlarını unutmamalıdır ultimatumunu səsləndirdi.  Bunun ardınca sosial şəbəkələrdə Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin o vaxtkı direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısı yayıldı. Telefon danışığı zamanı onlar KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun həbsini və bunun nəticələrini müzakirə ediblər. Vanetsyan Paşinyana bu həbsin ruslarla böyük problemlərə gətirib çıxaracağını deyib. O, Paşinyana daha sonra əvvəlcə Köçəryanla bağlı işi bitirməyi, Xaçaturovu isə sonraya saxlamağı təklif edib. Paşinyan isə bu təkliflə razılaşıb. Paşinyan həmçinin Rusiya tərəfi ilə heç bir problemin yaranmaması üçün bu məsələlərin müzakirə edilməsi gərəkdiyini və bunu dərhal edəcəyini deyib. Bütün bunlardan sonra 10 min dollar müqabilində Xaçaturov azad edildi.  Lakin Paşinyanın Vladimi Putinin dostu olan sabiq prezident Robert Köçəryanı həbsə atması Kremlin ondan narazılığını daha da artırdı.  Belə vəziyyətdə Paşinyan Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qalacaqlarını bəyan etməklə Rusiya orbitindən kənara çıxmayacağını bildirdi və bu dəfə Qərbin qəzəbinə tuş gəldi.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Qərb və Rusiya arasında vurnuxması daha maraqlı xarakter almağa başladı. Paşinyan israrla Ermənistan-Azərbaycan sərhədi boyunca KTMT müşahidəçilərinin yerləşdirilməsini və Rusiya sərhəd məntəqələrini yaratmağı təklif etdi. Amma Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov cavabında bildirdi ki, bu təklif siyasi xarakter daşıyır: “Bu cür təhlükəsizlik məsələləri adətən sakitlikdə həll edilir. Mətbuatın iştirak etdiyi açıq meydançalarda bu cür bəyanatlar siyasi xal qazanmaq, hökumətdə, parlamentdə və ya hər hansı digər səviyyədə təsdiq olunmaq üçün edilir”. Əslində, 2020-ci il noyabrın 10-da imzalanan bəyanatın tələblərindən yayınmağa çalışan Ermənistan hakimiyyəti Nikol Paşinyan başda olmaqla bu davranışı ilə həm də Rusiya və KTMT-ni təxribata çəkirdi. Rusiya ilə Azərbaycan arasında gərginlik ocağı yaratmağa cəhd göstərirdi. Bunu anlayan kreml Paşinyana rədd cavabı verdi. Vəziyyətdən istifadə edən Paşinyan Avropa İttifaqının Ermənistana müşahidə missiyasını göndərməyə nail oldu. Özü də uzun müddətə. Rusiya Müasir Dövlət İnkişafı İnstitutunun direktoru, siyasi ekspert Dmitri Solonnikov bildirirdi ki, bu, Ermənistanı Rusiyadan qoparmaq siyasətinin davamıdır: “Heç kəsə sirr deyil ki, Paşinyan ABŞ-dan maliyyələşən QHT-lərin köməyi ilə hakimiyyətə gəlib. Bunlar Soros fondu və digər təşkilatlardır. Bu maliyyəçilər əvvəlcədən qarşılarına Ermənistanı beynəlxalq münasibətlərin Rusiyayönümlü spektorundan Amerikayönlü spektoruna çevirmək vəzifəsini qoyublar. Bu proses tədricən həyata keçirilir, necə ki, Ukraynada da bunu belə etdilər. Tədricən Ukraynanı Rusiyadan qopardılar. Bir an içində Ermənistanı da Rusiyadan qoparmaq mümkün deyil. Bir neçə müddətdir ki, Paşinyanın əli ilə Ermənistanın üzünü Rusiyadan çeviriblər. Ölkədə daim anti-Rusiya təbliğatı aparılır, anti-Rusiya informasiya kanalları yaradılır. İnsanların şüur altında Rusiyanın düşmən obrazı yaradılır. Bundan sonra isə artıq texnoloji addımlar atılmağa başlayırlar. Avropa İttifaqının missiyasının dəvət olunması məhz texnoloji addımdır. Avropa İttifaqı nə deməkdir? Bu hərbi planda NATO-ya söykənən siyasi təşkilatdır. Hamı yaxşı başa düşməlidir ki, bu, NATO ölkələrinin missiyasıdır. Oradakılar isə NATO-nun mülki geyimdə olan zabitləridir”.  Ekspert onu da diqqətə çatdırdı ki, bütün bunlar Ermənistanın KTMT-də üzərinə götürdüyü öhdəliklər çərçivəsində baş verir: “Eyni vaxtda KTMT ilə münasibətləri kəsmək Ermənistana sərf etmir. Çünki ölkədə Rusiya hərbi bazası var, Qarabağdakı erməniləri Rusiya sülhməramlıları qoruyur. Əgər Rusiya sülhməramlısı olmasa, Ermənistan üçün Cənubi Qafqazda gərginləşəcək münaqişə daha çətin olacaq. Bunun Ermənistan üçün gözlənilməz nəticələri olacaq. Həm Qarabağ, həm də Zəngəzur dəhlizi nöqteyi-nəzərindən Ermənistan üçün nəticəsi pis ola bilər. Lakin buna baxmayaraq, Ermənistan bu yolda irəliləyir. Ermənistanı NATO-nun Cənubi Qafqazda daha bir forpostu etmək cəhdləri reallaşacaq. Qərbin vəzifəsi Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhəni açmaqdır. Ermənistanda revanşist düşüncəlilər bu gün fikirləşirlər ki, Avropa İttifaqının dəstəyini arxalarına alıb nəsə edə bilərlər”.

Baş verənlər fonunda Paşinyanın Kreml üçün daha bir sürprizi KTMT-nın Ermənistanda keçirilən zirvə toplantısının yekun bəyannaməsini imzalamaqdan imtina etməsi oldu.  Ardınca rəsmi İrəvan KTMT-nın Ermənistanda keçiriləcək hərbi təlimlərini də ləğv etdi. Son olaraq isə Ermənistan KTMT baş katibinin müavini kvotasından imtina etdiyii bildirdi. Nikol Paşinyanın "Rusiya ilə hərbi müttəfiqlik Ermənistanın təhlükəsizliyini təmin etmir, əksinə, təhlükə mənbəyi rolunu oynayır" məzmunlu açıqlamasını nəzərə aldıqda, bu, o qədər də təəccüblü görünmür. Yəni, rəsmi İrəvan ABŞ və Qərbin "Rusiyadan uzaqlaş" təlimatını icrası üçün əlindən gələn hər şeyi edir.

  • Qərbə növbəti xəyanət, Rusiya və İranla müttəfiqlik fəaliyyəti

Amma Ukrayna müharibəsi fonunda Paşinyan əslində Qərbə xəyanət etdiyini də göstərdi. Məsələn, Rusiyanın sanksiyalardan yayınmasında Ermənistan bu gün mühüm rol oynayır. Ukraynanın Təhlil və Strategiyalar Mərkəzinin rəhbəri İqor Çalenko bu xüsusda bildirir: “Ermənistan Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərbin tətbiq etdiyi sanksiyalardan yan keçməkdə bu ölkəyə fəal şəkildə kömək edir”. Onun sözlərinə görə, hazırda Avropa və Şərqi Asiyadan təkcə malların deyil, həmçinin Rusiya hərbi sənayesi üçün zəruri olan aparatların tədarükü həyata keçirilir: “Qərbə yönəlmək üçün cəhdlər edən rəsmi İrəvan əslində Kreml rejiminin ortağıdır”. O  qeyd edib ki, əgər 2021-ci ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 840 milyon ABŞ dolları təşkil edirdisə, 2022-ci ildə bu göstərici artıq 2,4 milyard ABŞ dolları olub: “Faktiki olaraq, ticarət dövriyyəsi 3 dəfə artıb”. Çalenkonun sözlərinə görə, Ermənistanın özündə əhalinin texnoloji mallara tələbatı baxımından izaholunmaz artım müşahidə olunur. Çalenko əlavə edib ki, bir çox ABŞ şirkətləri Ermənistana çiplərin tədarükündən imtina edirlər. Buna səbəb şirkətlərin həmin məhsulların sonradan Rusiyaya ötürüləcəyindən xəbərdar olmasıdır. Ukrayna KİV-ləri isə məlumat yayır ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücum etmək üçün istifadə etdiyi dronlar Ermənistanın yardımı ilə İrandan Rusiyaya gətirilir. Ukraynanın enerji infrastrukturuna hücum təkcə bu ölkəni deyil, həm də Moldovanı işıqsız və soyuqda qoyub.

Ukraynanın “Telegraf” nəşri yazır ki, ABŞ Ermənistana İran və Rusiya ilə sıx hərbi əlaqələrinin nəticələri barədə dəfələrlə xəbərdarlıq edib. Xüsusən də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri 2022-ci ilin yayında İrəvana səfəri zamanı Ermənistan rəsmilərinə bildirib ki, belə hərbi ittifaqa son qoyulmalıdır. Lakin Ermənistan bu xəbərdarlığa məhəl qoymayıb. Moldovanın “Timpul.md” xəbər portalı məlumat verib ki, Ermənistan təkcə mülki istifadə üçün məhsulların idxalında deyil, həm də beynəlxalq sanksiyalardan yan keçməkdə Rusiyaya fəal yardım göstərir: “Ermənistan Moskva üçün logistik mərkəz və hərbi-texniki təchizat baxımından vacib rol oynayır”. Bundan başqa, Ukraynadakı müharibə fonunda Ermənistanla Rusiya arasında hərbi tərəfdaşlığın da möhkəmlənməsi müşahidə olunur: “Ermənistan baş naziri Nikol Paşinyan bu ilin martında Berlində Ermənistanın Qərb dəyərlərinə sadiqliyini bir daha təsdiqləsə də, onun ölkəsinin bəzi hərəkətləri və strateji baxımdan addımları daha çox Rusiya ilə yaxınlaşmağa işarə edir. Bu da beynəlxalq sanksiyalarla nəticələnə bilər... İranın Ukraynadakı münaqişə arenasına Rusiyanın müttəfiqi kimi daxil olması rəsmi Tehranın Qərbə və onun dəyərlərinə düşmən münasibətini nəzərə alsaq, ictimai rəy üçün gözlənilməz olmayıb. Lakin Ukraynada müharibə başladıqdan bəri İranın Ermənistanla sıx əlaqələri təəccüb doğurur”. Ermənistanın İranla əməkdaşlığına gəlincə, rəsmi İrəvan bunu genişləndirmək istəyini dəfələrlə bəyan edib. Tərəflər arasında noyabrın 1-də energetika sahəsi ilə bağlı memorandumun imzalanması, 2022-ci ildə iki dövlət arasında ticarət dövriyyəsinin kəskin artması (2022-ci ildə Ermənistandan İrana ixrac 111,2 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 70% çoxdur; İranın Ermənistana idxalı 599,7 milyon dollar təşkil edib - 37% artım) ilə yanaşı, onlar hərbi əməkdaşlığı da gücləndirirlər: “2022-ci il oktyabrın 30-da Ermənistan Müdafiə Nazirliyi İranın zərbə dronları verdiyini, eyni zamanda iranlıların ermənilərə 600 raket hədiyyə etdiyini etiraf edib”. Rusiya və İranın Ermənistanla sıx işbirliyindən narazı qalan Qərbi qıcıqlandıran digər məqam ABŞ prezidenti Co Baydenin sədrlik etdiyi “Demokratiya naminə” adlı ikinci virtual sammitin yekun bəyannaməsini Ermənistanın dəstəkləməkdən imtina etməsidir.   Yekun bəyannamədə Ukraynada müharibənin humanitar nəticələri pislənilir. Dövlət Departamenti tərəfindən yayılan bəyannamənin mətninə əsasən, sənəddə Rusiya Federasiyasından “qüvvələrini Ukrayna ərazisindən çıxarmağı” tələb edilir. Ermənistan, Hindistan və Meksika bu bəndə dəstək verməyib. Belə bir vaxtda digər maraqlı hadisə  aprelin 22-də Avropada iki ay davam edəcək və 10 Avropa ölkəsinin ərazisini əhatə edəcək “Defender 23” hərbi təlimləri ilə bağlıdır. ABŞ Müdafiə Nazirliyi bildirib ki, təlimdə 9 min ABŞ əsgəri və 26 müttəfiq və tərəfdaş ölkədən təxminən 17 min hərbçi iştirak edəcək, təlimin bir hissəsi Avropanın 10 müxtəlif ölkəsində keçiriləcək. ABŞ-dan başqa, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Fransa, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Kosovo, Moldova, Monteneqro, Hollandiya, Şimali Defender 23-də Makedoniya, Polşa, Rumıniya, Sloveniya, İspaniya, İsveç və Böyük Britaniya iştirak etməli idi. Amma sonradan Ermənistanın adı bu siyahıdan çıxarılıb. Hesab edilir ki, buna səbəb Ermənstanın Rusiyanın orbitinə sığınması, Ermənistan Konstitusiya Məhkəməsinin Roma Statutunun ölkənin Əsas Qanununa zidd olmadığı barədə qərar verməsindən sonra İrəvan rəsmilərinin     Rusiya prezidenti Vladimir Putinin Ermənistana gələcəyi halda həbs edilməyəcəyini bildirmələridir. Ehtimal da var ki, Paşinyan KTMT təlimində iştirakdan imtina etdiyi üçün diplomatik kanallar vasitəsilə ölkəsinin NATO təlimlərində iştirak etməməməsinə nail olub, Putinin qəzəbindən qorxduğu üçün bunu edib.  Bu arada Ermənistan Müdafiə Nazirliyi Pentaqon Ermənistanı təlimlərdə iştirak edənlər siyahısından çıxardıqdan sonra vəziyyəti belə izah edib: “Ermənistan Silahlı Qüvvələri bu il ABŞ-ın sponsorluğu ilə Avropada keçiriləcək iki təlimdə iştirak edəcək”. Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyanın Armenpress xəbər agentliyinə verdiyi məlumata görə, Ermənistan hərbçiləri KFOR (Kosovo Qüvvələri) və “Saber Junction” manevrlərində iştirak etməyi planlaşdırır. Təlimi ABŞ Ordusunun Avropa Komandanlığı həyata keçirəcək. Lakin ABŞ bunu hələ təsdiq etməyib. Ehtimal ki, Ermənistan “Defender 23” təlimidən kənarlaşdırıldığı üçün belə iddia irəli sürüb. İndilikdə görünən budur ki,   Qərb Ermənistanın onu aldadaraq Rusiayaya meyllənməsini qəbul etmir. Elə Ermənistana qarşı eyni yanaşma Rusiya tərəfindən də sərgilənir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ