çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Molla rejiminin azərbaycanlı qorxusu – İran parçalanmağa doğru gedir

Image


Regionda böyük təhdid mənbəyinə çevrilən İranın Azərbaycana qarşı düşmənçiliyinin miqyası getdikcə genişlənir. Bu fonda İran rejimi Güney Azərbaycanda yaşayan soydaşlarımıza qarşı daha aressiv davranmağa başlayır.

Çünki Güney Azərbaycan molla rejiminin ölkəmizlə bağlı siyasətindən birmənalı şəkildə narazılıq edir. Məsələ ilə bağlı britaniyalı politoloq Keri Boyd Anderson qeyd edir ki, İranın azərbaycanlı əhalisi rejim tərəfindən tez-tez təqzyiq və təhqirlərə məruz qalır. Onun sözlərinə görə, Azərbaycanla sıx əlaqələri olan İran azərbaycanlıları, həmçinin ana dilində təhsil hüququndan məhrumdurlar.

Keri Boyd Anderson diqqətə çatdırır ki, İranın əhalisinin böyük bir hissəsini təşkil edən azərbaycanlılarla yanaşı, bu ölkədə ərəb, kürd, bəlucların da ayrı-seçkiliyə məruz qalması qabarıq şəkildə özünü göstərir: “Ötən ilin sentyabrında başlayan etirazlar ölkə daxilində etnik qruplar arasında ziddiyyətləri də son həddə çatdırıb. Əvvəllər zorakılıq yolu ilə qarşısı alınan narazılıqlar etiraz nümayişlərinin artması ilə rejim əleyhinə hərəkata çevrilib. Xüsusən Əfqanıstan və İraqla sərhəd bölgələrində nümayişçilərə qarşı güc tətbiq edilməsi beynəlxalq ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilib. Digər tərəfdən, bəzi yerlərdə İran hakimiyyəti sünni müsəlmanlara qarşı daha amansız davranır. Bundan başqa, hökumət İranın mərkəzindən uzaqda, etnik azlıqların yaşadıqları regionlar infrastruktura, xidmətlərə və iqtisadi inkişafa daha az sərmayə qoyur. Etnik azlıqlar tez-tez əmək bazarında da ayrı-seçkiliklə üzləşir. Məsələn, Xuzistandakı ərəblər neft sənayesində işsiz qalmalarından şikayətlənirlər. İran rejimi həm fars millətçiliyinin təbliği vasitəsilə, həm də son etirazlardan əvvəl olan azlıq qrupları arasında yaranmış mübahisələrdən sui-istifadə edərək müxalifəti parçalamaq üçün etnik fərqlərdən istifadə etməyə çalışır. Bununla belə, etiraz hərəkatı hökumətin əleyhdarları arasında birlik üçün böyük fürsət yaradır. Bəzi etirazçılar müxtəlif etnik qruplar arasında birliyi təbliğ edən şüarlar səsləndiriblər. Bütün etnik qrupların üzvləri hökumətin repressiyalarından əziyyət çəkərək, ortaq təcrübə əldə ediblər. İran polisinin qətlə yetirdiyi Məhsa Əmini kürd idi, lakin onun ölümü bütün etnik qrupların nümayəndələrini hiddətləndirdi və onlar bu qadını simvol kimi qəbul etdilər. Etiraz hərəkatının gələcəyi və rejimin sabitliyi qeyri-müəyyəndir. Bununla belə, vahid müxalifətin uğur şansı daha böyükdür. Gələcəkdə Tehranda yeni siyasi qüvvə hakimiyyətə gələrsə, o, ölkənin etnik azlıqlarına daha yaxşı rəftar və bərabərlik təklif etməyə hazır olmalıdır”. Onu da qeyd edək ki, molla rejimi Azərbaycanla artan düşmənçiliyi fonunda ərazisində yaşayan Azərbaycan türklərini digərləri ilə müqayisədə daha çox təyiqə məruz qoyur. Xatırladaq ki, İranın daxilində 40 milyondan çox azərbaycanlı yaşayır. Onların müstəqil Azərbaycana simpatiyası İran rejimini ciddi əndişəyə salıb. Bunlar fonunda illərdir ki, Azərbaycanda sosial baza yaradıb dövlət quruluşunu dəyişməyə çalışan Tehran dövləti anlamadı ki, min illərlə İslam dininə etiqad edən Azərbaycan vətəndaşları dini əxlaq norması və mənəvi dəyərlər kimi qəbul edir. Dindən sui-istifadə edib siyasi manipulyasiyalar törətmək ikrah hissi oyadır. Bu siyasətinin də fiaskoya uğradığını görən İran ənənəsini davam etdirərək indi də terrora əl atır. Azərbaycana narkotik vasitələrin ixracı, aztəminatlı ailələrin uşaqlarını Qum şəhərində oxutduraraq onların beyinlərini yuması, Ermənistana yardım edərək Azərbaycan respublikasının ərazi bütövlüyünə şübhə ilə yanaşması, sərhəddə tez-tez hərbi təlimlər keçirərək rəsmi Bakıya güc göstərməsi və digər neqativ addımları İranın ölkəmizə qarşı mövqeyinin açıq düşmənçilik fazasına keçməsindən xəbər verir. Lakin İranın beynəlxalq vəziyyətinə baxdıqda onun Azərbaycana qarşı hərbi əməliyyat keçirmək iqtidarında olmadığını aydın şəkildə görmək olar. Azərbaycanın beynəlxalq vəziyyəti və müttəfiqləri isə onun gücünün göstəricisidir. İstər hərbi-siyasi, istərsə də diplomatik qələbələri Azərbaycanın nə qədər qüvvətli olduğunu nümayiş etdirib. İran Azərbaycanın hesabına diqqəti daxili problemlərdən yayındırmağa və regionda guya söz sahibi olduğunu göstərməyə çalışır. İranın ən çox ehtiyat etdiyi isə yuxarıda qeyd edildiyi kimi, bu ölkədə yaşayan 40 milyondan çox azərbaycanlıdır. İranın Azərbaycana qarşı hər hansı hərbi addımı, ilk növbədə, daxildəki azərbaycanlıların müqaviməti ilə qarşılaşacaq.

Bunu diqqətdən qaçırmayan rejim güneyli soydaşlarımıza qarşı uzun illərdir gizli formada mübarizə aparır. Məsələn, İranda erməni məktəbləri olsa da, Azərbaycan dilində bircə dənə də olsa məktəb yoxdur. Azərbaycan dilinin sıxışdırılması nəticəsində İranda azərbaycanlıların danışdığı Azərbaycan dili ədəbi komponentini itirir, məişət dilinə çevrilir. Halbuki, İranda fars dili ilə rəqabət apara bilən yeganə dil Azərbaycan dilidir. İranın qorxusu Azərbaycan dilinin güclənməsidir. Amma Cənubi Azərbaycanın yanında iki qonşu türk dövləti olan Azərbaycan və Türkiyənin mövcudluğu faktoru sayəsində uzunmüddətli strategiyalarda və İranda baş verən dəyişikliklərdə azərbaycanlılarda özünə inam artır, milli hökumət tələbi intensivləşir. Güney azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli bunlar fonunda “axar.az” portalına açıqlamasında qeyd edir: “İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Azərbaycanın qələbəsi, Türkiyə və Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi İranı dərindən sarsıdıb. Buna tədbir görmək üçün köhnə yöntəmlərindən istifadə edərək, öz aləmində səs-küy salmaq istəyir. Azərbaycan demokratik bir ölkədir və İsrail də daxil olmaqla istədiyi yerdə diplomatik nümayəndəlik aça bilər. İran İsraili özünün “qırmızı xətti” adlandırsa da, ortaqlıq etdiyi bütün ölkələrin Təl-Əvivlə çox yaxşı münasibəti var. Bu ikiüzlülük daxili auditoriyaya hesablanmış boş sözlərdir”. İranın Azərbaycana qarşı iddalarının məntiqi əsası olmadığını qeyd edən Mərəndli molla rejiminin qorxularından söz açıb: “İran İsraillə Azərbaycan münasibətlərini bəhanə edərək, Azərbaycana qarşı hədələr yağdırır. Bu təhdidlərin arxasında İranın parçalanmaq qorxusu dayanır. Əsas qorxusu isə Güney Azərbaycanın müstəqilliyinə aparan yoldur”. O, Güney Azərbaycanın müstəqillik yolunda Şimali Azərbaycanın dəstəyinə ehtiyac duyduğunu bildirib: “Quzey Azərbaycandan da gözləntilərimiz çoxdur. Düşünürəm ki, Azərbaycanın prezidenti dünya azərbaycanlılarının siyasi lideridir. Güney Azərbaycanın məsələsi Azərbaycanın siyasi gündəmindən düşməməlidir. Bu məsələ milli davamız olduğu üçün bütün partiya və siyasi güclər Azərbaycan Prezidentinə bu işlərdə dəstək olmalıdır. Yəni, Güney Azərbaycan məsələsi azərbaycançılığın əsas məsələsidir. Müstəqil Azərbaycan dövlətinin dəstəyi olmazsa, Güneyin azadlıq davası gecikəcək. İtirdiyimiz hər an isə orda yeni bir zülmün yaşanması deməkdir. İran işğalçı gücləri Azərbaycanın Güneyində 40 milyon insanımızı 100 ildir əsir saxlayır. Təməl insan haqlarımız əlimizdən alınıb, milli kimliyimiz günah sayılıb. Bu zülmü milli varlığımızı yox etməyə yönələn soyqırım kimi dəyərləndirirəm”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ