çərşənbə axşamı günü, 10 noyabr 2026
     

İrəvan Kremli hövsələdən çıxarır, cavab misilsiz sərt olacaq...

Image


Ermənistan Konstitusiya Məhkəməsinin Roma Statutunun ölkənin Əsas Qanununa zidd olmadığı barədə qərar verməsi hələ də Kreml və İrəvan arasında ziddiyyət predmeti olaraq qalır.

İndi Ermənistan parlamenti də Roma Statutunu ratifikasiya etsə, o zaman nizamnamə sənədinə uyğun olaraq, Ermənistan hakimiyyəti Ermənistana səfər edəcəyi təqdirdə Rusiya prezidenti Vladimir Putini həbs etməyə borclu olacaq.

Hazırda İrəvan məsələyə fərqli yanaşma sərgiləməklə Rusiyanın qəzəbindən xilas olmağa can atır. Ermənistan parlamentinin vitse-spikeri Akop Arşakyan qeyd edir ki, Vladimir Putin Ermənistana səfər edəcəyi halda İrəvanın onu Beynəlxalq Cinayət Məhkəməsinin orderi ilə həbs etmək niyyəti və istəyi yoxdur: “Biz Rusiyanın səsləndirdiyi narahatlıqları eşitdik və düşünürəm ki, Roma Nizamnaməsi ilə bağlı gələcək prosesin təmin edilməsinin Ermənistan və Rusiya arasında strateji münasibətlərə xələl gətirməməsini təmin edə biləcəyik”. Vitse-spiker onu da əlavə edib ki, İrəvan Moskva ilə müqavilə bağlaya bilər və bu zaman Roma Statutu iki ölkə arasındakı münasibətlərə təsir göstərməyəcək. Arşakyanın sözlərinə görə, Ermənistan başqa ölkə ilə də analoji saziş imzalayıb. Amma o, həmin ölkənin adını açıqlamayıb. Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Roma Statutunu ratifikasiya etmək üçün tələsməyə ehtiyac yoxdur: “Biz həmişə Rusiya ilə müttəfiq olmuşuq və ona qarşı heç bir xüsusi addım atmamışıq. Putinin Ermənistan tərəfindən həbs edilməsi ilə bağlı müzakirələr absurddur”. Qeyd edək ki, Moskva qeyri-rəsmi kanallar vasitəsilə İrəvana Roma Statutunu ratifikasiya edəcəyi təqdirdə ağır cavab alacağını bildirib. Rus ekspert Yevgeni Mixaylov qeyd edir ki, gətirilən bütün bəhanələrə baxmayaraq, Ermənistanın Rusiyaya qarşı son hərəkətləri arxadan vurulan kiçik, ancaq ağrılı zərbədir. Ermənistan tez və ya gec öz rəhbərliyinin timsalında Rusiyanın mövqeyinin bütün gücünü hiss edəcək: “Ermənistan Konstitusiya Məhkəməsinin Roma Statutunu qanuni olaraq tanıyan sərsəm qərar qəbul etməsi və erməni cəmiyyətinin bəzi liderlərinin Rusiya prezidenti Vladimir Putini bu ölkəyə səfərə gələrkən həbs etmək çağırışları acınacaqlı nəticələrə gətirib çıxaracaq. Mən buna çox əminəm. Hazırda Rusiya Federasiyası özünün hələ ki, erməni tərəfdaşının belə hərəkətlərinə qarşı cavab tədbirləri haqqında düşünür. “Rospotrebnadzor”un Ermənistandan süd məhsullarının tədarükündən imtina etməsi barədə söhbətlər gəzir. Bu, təbii ki, təzyiq üsuludur, çünki istehsalçı ölkə qətiyyən qaydalara uyğun hərəkət etmirsə, o zaman süd məhsullarında həmişə hər hansı mikroorqanizmlər aşkar etmək olar. Düşünürəm ki, bu, yalnız ilk addımlardır”. Rusiya bazasının Gümrüdə yerləşdiyini və regionda sülhməramlı kontingentin olduğunu xatırladan, həmçinin Azərbaycanla münasibətləri çox gözəl kimi xarakterizə edən, İran və Türkiyə ilə işgüzar qarşılıqlı fəaliyyəti normal adlandıran ekspert söyləyib ki, bütün hallarda Kremlin atacağı addımlar mövcuddur. Bununla belə, o, konkret olaraq hansı addımlardan söhbət getdiyini bildirməyib: “Zənnimcə, Moskva İrəvana qarşı çoxdan sərt addımlar atmalı idi. Lakin biz hər halda unutmuruq ki, uzun illər tərəfdaş, bu Cənubi Qafqaz respublikasının təhlükəsizliyinin qarantı olmuşuq və əlbəttə, bizim rəhbərlik erməni xalqının əziyyət çəkməsini çox istəmir. Amma hökumət və dövlətin özünün zərər görməsinə gəldikdə, biz bunun üzərində fikirləşirik. Bu dövlətin sadiq olması və bütün razılaşmaları yerinə yetirməsi, habelə Qərblə apardığı oyundan çəkinməsi vacibdir. Düşünürəm ki, indi Rusiyanın yuxarı eşelonlarında da bu barədə düşünürlər. Digər tərəfdən, tamamilə aydındır ki, indi bizim özümüzün çoxlu sayda beynəlxalq problemlərimiz var və faktiki olaraq, Ermənistanın son hərəkətləri arxadan vurulan kiçik, ancaq ağrılı zərbədir. Hesab edirəm ki, Ermənistan tez və ya gec öz rəhbərliyinin timsalında Rusiyanın mövqeyinin bütün gücünü hiss edəcək”.

Kreml onu da yaxşı görür ki, Ermənistan müxtəlif qüvvələrin ondan istifadə etməsinə imkan verir və bu da çətinliklərə, gah Rusiyaya, gah İrana, gah da Qərbə tərəf reveransların yaranmasına səbəb olur. Bu, ilk növbədə Ermənistanın özü üçün siyasi və iqtisadi qeyri-sabitliyə gətirib çıxarır. Amma Rusiyanı da ciddi şəkildə narazı salır. Ermənistanın hakimiyyət orqanları Beynəlxalq Cinayət Məhkəməsi haqqında müqaviləni ratifikasiya etmək qərarı ilə Rusiyanı yalnız daha da acıqlandırdılar. Moskva məsələni belə qoyur: niyə Ermənistan belə bir qərar qəbul edilməsini illərdir uzadıb və məhz Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Vladimir Putinin həbsinə order verdiyi vaxt qəbul edib? Ehtimal ki, İrəvan öz avropalı həmkarlarına loyallıq nümayiş etdirmək və onların dəstəyini əldə etmək istəyir. Belə olan halda bu, heç də Ermənistan-Rusiya münasibətlərinin xeyrinə olmayacaq. Bu arada Ermənistan parlamentinin spikeri Alen Simonyan Polşa parlamentindəki Ermənistan-Polşa dostluq qrupunun rəhbəri Radoslav Foqelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə Avropa İttifaqının ölkəsindəki müşahidə missiyasının üzvlərinin və fəaliyyət miqyasının artırılmasına zərurət duyulduğunu vurğulayıb. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rumıniyadan olan həmkarı  Boqdan Auresku ilə danışıqlardan sonra keçirilmiş mətbuat konfransında eyni fikri səsləndirib: “Ermənistanın Azərbaycanla sərhədində Avropa İttifaqının mülki missiyasının yerləşdirilməsi bölgədə təhlükəsizliyin artırılmasında dəyərli vasitədir. Aİ-nin mülki müşahidəçilərinin uzunmüddətli missiyasının fəaliyyəti bölgədəki proseslərə Avropa İttifaqının cəlb edilməsi deməkdir”. Rusiyanı qıcıqlandıracaq bu açıqlamalara da Kreml mütləq təpki verəcək. Rəsmi Moskva bu missiyanın bölgədəki vəziyyəti daha da gərginləşdirəcəyini dəfələrlə bəyan etməklə yanaşı, Ermənistanla münasibətlərdə yeniliklər edir və bu heç də İrəvanın lehinə deyil.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ