çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Nərimanovun azərbaycançılıq görüşləri - Heydər Əliyevin sayqısı təsadüf deyildi...

Image


“Ana dili! Nə qədər rəfiq, nə qədər ali hissiyati-qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqəti-mərdanəsini sənə o dildə bəyan edirdı.

Bir dil ki, sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib, ruhun ən dərin guşələrində nəqş bağlayıbdır! Bir dil ki,  həyat və kainat  haqqında dil sayəsində bir fikir hasil edilibsə, cism və ruhun olunduğu mütəvadi o dildə tələb eləyibsən...

Bir dil ki, ibtida o dildə yaxşı-yamanı bilibsən, səni yaradanı tanıyıbsan, haman dil, diyari-qürbətdə, biganələr içinə düşəndə, ona həsrət qalırsan. Lakin ittifaqən onu eşidəndə ürəyin döyünməyə, üzün gülməyə başlayır, cəmi əsabın təhəyyüc edir, beynin fikrin, xəyalın işləməyə başlayır”.

Bu fikirlər görkəmli Azərbaycan dövlət xadimi, yazıçı, publisist, dramaturq Nəriman Nərimanovun 1906-cı ildə türkçü “Həyat” qəzetinin 15 avqust tarixli sayında “Nər” imzası ilə çap olunmuş “Bu gün” adlı məqaləsindən sitatdır. Azərbaycan dilinin, milli məfkurənin, maarifçiliyin, insan haqlarının yorulmaz təbliğatçısı olan Nəriman Nərimanov bütün yardıcılığında, ictimai-siyasi fəaliyyətində bu xətti izləyib. Ədibin yaradıcılığında ana dilinə, azərbaycançılıq ideyasına xüsusi bir sevgi bəslənir. Əslən Azərbaycanın Güneyindən - Urmiyadan olan Nərimanov 1870-ci ildə Tiflisdə doğulub. Doktor Nərimanov kimi tanınan bu parlaq ədib həm müəllim, həm həkim, həm maarifçi kimi tezliklə  şöhrət qazanıb. Bütün şərq xalqlarının yolunda çıraq kimi yanıb, məqsədi bəşəriyyəti, insanlığı köləlikdən azad etmək olub...

Bu gün Nərimanova münasibət birmənalı deyil. Məlum səbəblərdən onunla bağlı müsbət və mənfi fikirlər söylənir. O məsələyə toxunmayacağıq. Nərimanov yaradıcılığında azərbaycançılığa diqqət yetirəcəyik və ulu öndər Heydər Əliyevin Nərimanova verdiyi tükənməz qiymətə nəzər salacağıq.

Onu da deyək ki, N.Nərimanov 1894-cu ildə “Nadanlıq”, 1895-ci ildə "Dilin bəlası", yaxud "Şamdan bəy", 1896–1908–ci illərdə “Bahadır və Sona, 1899-cu ildə “Nadir şah”, 1909–cu ildə “Xolera-Vəba”, 1910-cu ildə “Tibb və İslam”, 1910–cu ildə “Çaxotka-Vərəm”, 1910-cu ildə “Ailəmi-nisvan”, “Tif və Dizenteriya”, “Vərəm”, “Traxom”, “Həmli arvat”, 1913-cü ildə “Pir”, 1915-ci ildə "Bir kəndin sərgüzəşti" yaxud "Əmi” əsərlərini yazıb.

  • “Bu, sonrakı nəsillər üçün çox ibrətli bir taledir”

Professor Nizaməddin Şəmsizadə N.Nərimanovun azərbaycançılıq ideyasının inkişafında oynadığı rola toxunaraq yazır: “Bu, sonrakı nəsillər üçün  çox ibrətli bir taledir”.

Doğrudur. O da həqiqətdir, elə şəxsiyyətlər, ədiblər, ictiami-siyasi xadimlər var ki, onlarsız ictimai-siyasi, fəlsəfi fikrimizi, ədəbiyyatımızı təsəvvür etmək çətindir. Nərimanov bütün mənalarda o sırada dayanıb.

AMEA-nın Qafqazşünaslıq İnstitunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərov yazır ki, XX əsrdə milli mənlik şüurunun oyanmasında, milli ideologiyanın - azərbaycançılıq təmayülünün (türkçülüklə paralel!) formalaşmısında həkim, dramaturq, publisist və dövlət xadimi N.Nərimanovun böyük xidmətləri olub: “Hələ XIX əsr maarifçilərinin başladığı təmiz ana dili ilə yazmaq məramı XX əsrin önlərində “ana dili” problemi səviyyəsinə qədər yüksəldi, ana dili uğrunda tarixi-ədəbi mübarizəyə çevrildi. Burada iki mühüm cəhəti qeyd etməliyik: birincisi, milli ideologiyanın həm türkçülüyün (məhz ideologiya olaraq!) həm də azərbaycançılığın, konsepsiya səviyyəsində formalaşması milli mətbuatın yaranması ilə bağlı idi. Beləliklə, 1875-ci ildən “Əkinçi”nin nəşrindən 1920-ci ilə Azərbaycan Demokratik Cümhuriyyətinin süqutuna qədərki təqribən yarım əsr Azərbaycanda milli oyanışın və onun nəzəri-təməli olan ideologiyaların formalalaşma dövrü idi.

İkincisi, XX əsrin önlərində böyük realist ədib Mirzə Cəlil, türkçü romantik şair A.Şaiq, realist-demokratik tənqidin başçısı F.Köçərli, Ü.Hacıbəyli və “bolşevik” N.Nərimanov “ana dili” uğrunda mübarizəyə birgə başladılar. Tezliklə “Ana dili” uğrunda mübarizə tarixi-ideoloji yön alaraq “ana Vətən” uğrunda mübarizəyə çevrildi”.

  • “Nərimanov qəlbinin bütün hərarəti ilə xalqa xidmət etmişdir”

Alim haqlı olaraq N.Nərimanov irsinə ən layiqli qiyməti ulu öndər Heydər Əliyevin verdiyini qeyd edir. “...Azərbaycan KP MK bürosunun 1972-ci il 24 may tarixli iclasında Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, sağlığında milli təmayüllü kommunist kimi müxtəlif təqiblərə, təzyiqlərə məruz qalan, ölümündən sonra isə unutdurulan Nəriman Nərimanovun Bakı şəhərində heykəlinin açılması barədə qərar qəbul edildi. Lakin Moskvada bu heykəlin qoyulmasına mane olanlar var idi. Heydər Əliyev sovet rəhbərliyi ilə danışaraq, məsələni həll etdi. Qərara müvafiq olaraq 1972-ci il iyun ayının 6-da Bakı şəhərində N.Nərimanovun abidəsinin açılışı oldu. Açılış mərasimində iştirak edən Heydər Əliyev geniş nitq söylədi. Nitqində o deyirdi: “Nərimanov qəlbinin bütün hərarəti ilə xalqa xidmət etmişdir”, Nərimanov “...xalqla daim ünsiyyətdə olmağa böyük ehtiyac hiss edirdi.  İyun ayının 30-da isə N.Nərimanovun anadan olmasının 100 illiyi münasibətilə etdiyi məruzəsində Heydər Əliyev deyirdi: “N.Nərimanov ədəbi yaradıcılığa... nadanlığa, dini fanatizmə və cəhalətpərəstliyə fəal müqavimət ruhunda tərbiyə etmək vasitəsi kimi baxırdı”. Heç şübhəsiz, Heydər Əliyevin bu fəaliyyəti mahiyyətinə görə yalnız abidə açılışı anlamında qiymətləndirilərsə, yarımçıq olar. Əslində, Heydər Əliyev həmin addımı ilə N.Nərimanova görkəmli dövlət adamı kimi bəraət verir, onun təbliğinə, tanıdılmasına başlayırdı. Çünki ölümündən keçən müddət ərzində N.Nərimanov əsasən yazıçı-dramaturq kimi təqdim olunur, Azərbaycan xalqının sanki böyük dövlət adamı yetişdirə bilməməsi fikri təlqin edilirdi. Belə bir fakt diqqəti cəlb edir ki, Sov.İKP MK rəyasət heyətinin hələ 1959-cu il 2 iyul tarixli iclasında qəbul edilən qərarda Nəriman Nərimanovun rolunu şişirtməmək barədə maddə də yazılmışdı. Heydər Əliyev həmin qərara məhəl qoymayaraq və yanlış təbliğatı cəsarətlə darmadağın edərək, yeni şəraitdə N.Nərimanovu dirçəltməklə özünü daha da ucaldırdı. Beləliklə, Heydər Əliyev Azərbaycan torpağında azərbaycanlı dövlət adamına abidə qoymaqla xalqında dövlətçilik, dövlət adamlarına rəğbət və hörmət hissini gücləndirirdi. Ulu Öndər Heydər Əliyev bununla kifayətlənməyərək, N.Nərimanovun abidəsinin SSRİ-nin başqa şəhərlərində də qoyulmasına səylər edirdi. Azərbaycan KP MK bürosunun 1977-ci il 8 dekabr tarixli iclasında Rusiyanın Ulyanovsk şəhərində N.Nərimanovun abidəsinin açılması haqqında qərar qəbul edildi. O, Nərimanovun abidəsini hazırlatdı və həmin ilin dekabr ayında Ulyanovsk şəhərində qoyulan heykəlinin açılışında geniş nitq söylədi. Onun nitqi Azərbaycanın sovet dövrü tarixinə, milli təmayüllü kommunist olmuş N.Nərimanovun dövlət adamı kimi tanıdılmasına qayğının nümunəsi idi. Bununla, eyni zamanda, Heydər Əliyev azərbaycanlı dövlət adamlarının ölkənin həyatında mühüm rol oynadığını qabardırdı. Görülən belə işlər sonrakı illərdə də davam etdirildi. Azərbaycan KP MK bürosunun 1980-ci il 10 mart tarixli iclasında N.Nərimanovun anadan olmasının 110-cu ildönümünün bayram edilməsi haqqında qərar qəbul olundu. Qərara müvafiq olaraq, həmin ilin aprel ayında təntənəli yığıncaq keçirildi. Bundan bir neçə il sonra 1982-ci ilin noyabr ayında Heydər Əliyevin şəxsi təşəbbüsü və rəhbərliyi altında N.Nərimanovun Moskvada yaşadığı evə xatirə lövhəsi asıldı. Heydər Əliyevin N.Nərimanova belə diqqəti hansı rejimin mövcudluğundan asılı olmayaraq, Azərbaycan xalqının dövlətçilik tarixinə və dövlət adamlarına ehtiramın nümunəsi idi”.

Qeyd edək ki, 1972-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəriman Nərimanovun heykəlinin açılışı olur. 1977-ci il noyabrın 6-da isə onun Xatirə Muzeyi yaradılır. Nərimanovun irsinə, onun fəaliyyətinə ən böyük qiyməti ulu öndərin verdiyini qeyd etməklə vurğulamaq istəyirik ki, əgər o xalqına xəyanət etmiş olsaydı təbii, ulu öndər onun yenidən xalqımıza qayıtması üçün gərgin mübarizə aparmazdı. Demək Nərimanov öz yaradıcılığı və fəaliyyəti ilə milli məfkurəyə xidmət edib.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ