çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Qloballaşma, milli adət-ənənələrin qorunması zərurəti, tərəqqinin əsası...

Image


Müasir dövrdə qloballaşma prosesində diqqət çəkən xüsusiyyətlərdən biri də ayrı-ayrı ölkələrin və xalqların mədəni özünəməxsusluğunun itirilməsidir.

Hətta fikirlər səslənir ki, qloballaşma prosesləri ayrı-ayrı milli icmalar üçün təhlükə yaradan ənənəvi əlaqələrin yox olmasına səbəb ola bilər. Bu mənada mənəvi dəyərlərin deformasiyası prosesləri ənənələrin sabitləşdirici rolunu da sıradan çıxarır.  Aydındır ki, adət-ənənələr ictimai təkrar istehsalda mühüm amildir. Tarixi təcrübə göstərir ki, müəyyən ənənələrin qorunub saxlanmasında təzahür edən sosial davamlılıq qorunmadan cəmiyyətin davamlı inkişafı mümkün deyil. Bu fonda Azərbaycan cəmiyyətində milli  adət-ənənələrin qorunmasını davam etməsi zəruri əhəmiyyət kəsb edir.

  • Milli mənəviyyatın təzahürü olan adət-ənənələr

O da qeyd olunmalıdır ki, qloballaşma prosesi istər-istəməz milli adət-ənənələrə təsir edərək, müxtəlif sosial icmaların özləri haqqında ən köklü ideyalarını qoruyub saxlamaq vərdişinə yanaşmanı dəyişir.

Müasir dövlətlərin əksəriyyəti ABŞ və Qərbi Avropada üstünlük təşkil edən istehlak mədəniyyətinin müəyyən forması olan qlobal dəyərlər sisteminin formalaşmasına doğru irəliləyir. Hər hansı bir ənənəvi dəyər sisteminin hökmranlığından öz fərdi identifikasiya parametrlərini təşkil edən saysız-hesabsız dəyər oriyentasiyalarının eyni vaxtda birgə mövcudluğuna keçid yolu ilə milli kimliyin tədricən yerdəyişməsi baş verir. Praktikada bu cür hallar və çoxlu sosial münasibətlər milli adət-ənənələrin “dağılmasına” gətirib çıxara bilər ki, bu da istər-istəməz cəmiyyətin davamlı inkişaf qabiliyyətinə təsir göstərəcək.

Qloballaşma, ilk növbədə, Qərb dəyərlər sisteminin  üstünlüklərini nümayiş etdirməklə, mütləq dəyər yönümlərinin universallaşmasına səbəb olur. Elə ABŞ və Avropanın özünün fəal təbliğatı ilə klassik Qərb dəyərlərini ardıcıl qəbul edən, cəmiyyətin müxtəlif sahələrində uğur nümayiş etdirən “mütərəqqi dövlətlər” imici fəal şəkildə formalaşır. Amma Qərb dəyərlərinin gələcək post-iqtisadi era şəraitində “işləyəcək” olub-olmayacağı bəlli deyil. Bu dövrdə qeyri-Qərb dəyərlərinə daha çox tələbat olması tamamilə mümkündür. Ona görə də digər ölkələr tələsməməli və ənənəvi dəyərlərindən imtina etməməlidirlər ki, bu da ehtimal yaxın gələcəkdə onlara qlobal dünyada daha yüksək rəqabət qabiliyyətini təmin edəcək. Azərbaycanda dövlət və cəmiyyət bunu mütləq nəzərə almalıdır. Çünki milli adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Hər bir dövlətin gücü, ilk növbədə, adət və ənənələrin cəmiyyəti əxlaqi, milli  vətənəpərvərlik baxımından  düzgün  istiqamətə yönəltməsindən, onları saf təməllər üzərində tərbiyə etməsindən asılıdır. Deməli, bu fondan çıxış edərək demək olar ki, bütün dövrlərdə adət və ənənələr hər bir dövlətin qüdrətli və uzunömürlü olmasında on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz rol oynayır. Beləliklə də, adət və ənənələr insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi funksiyasını yerinə yetirərək, öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasına səbəb olur. Digər tərəfdən  milli adət-ənənələr, mərasimlər xalqımızın milli sərvətidir və xalqın irsinin, milli mənəviyyatının, mədəni simasının təzahürüdür. Onların qorunması qloballaşma şəraitində milli kimliyin də etibarlı mühafizəsi deməkdir.

  • İnkişafda mənəvi parametrlər müstəsna rol oynayır

Faktlar göstərir ki, qloballaşmanın ayrı-ayrı milli icmalar üçün nəticələri çox ziddiyyətlidir.Qloballaşmanın maliyyə resurslarının, texnologiyalarının və digərlərinin nisbətən sərbəst hərəkətinin həyata keçirilməsi yolu ilə ayrı-ayrı ölkələrin inkişafı və çiçəklənməsi üçün yeni, əvvəllər görünməmiş imkanlar yaratdığını etiraf etmək lazımdır. Eyni zamanda, liberallaşma və universallaşma yeni, son dərəcə təhlükəli çağırışlar və təhdidlər yaradır. Qloballaşma dövlətlər arasında sərhədləri şəffaf edir, müxtəlif etnik icmaların təbii inteqrasiyasını təşviq edir, onların sivilizasiya kimliyini müəyyən etmək ehtiyacını artırır.

Bunlar bir daha təsdiq edir ki, qloballaşma prosesləri özlüyündə nə müsbət, nə də mənfi hadisələrdir. Bu, ayrı-ayrı şəxslərin və bütövlükdə əhalinin iradəsindən asılı olmayan obyektiv proseslər sistemidir. Qlobal demokratikləşmə, liberallaşma və standartlaşma proseslərindən, eyni zamanda nəsillər arasında tarixi əlaqə qorunub saxlanılarsa, ayrı-ayrı dövlətin maraqları naminə bundan uğurla istifadə oluna bilər. Qlobal iqtisadiyyatın məhsullarından istifadə edən ayrı-ayrı sosial icmalar öz mədəni, dini, etnik və linqvistik kimliklərini unutmamalıdırlar. Qloballaşma prosesləri ilə sivilizasiya kimliyinin əsasları arasında tarazlığı saxlamaqla ayrı-ayrı etnik icmalar tarixi davamlılığı təmin edən ənənələrini qoruyub saxlaya biləcəklər. Unikal geosiyasi xüsusiyyətlərə malik olan və eyni zamanda dünya məkanında maraqları olan Azərbaycan üçün qloballaşmanın bütün mümkün nəticələri xüsusi əhəmiyyət kəsb edir. Elə bu fonda ölkəmizdə ənənələrin müxtəlif tarixi mərhələlərdə formalaşması və dəyişməsi ictimai tələbat və maraqların inkişafı ilə bağlıdır. Və bu, öz növbəsində, ənənənin funksiyalarının hər biri özünün xüsusi inkişafını tarixən konkret şəraitdə aldığını deməyə əsas verir. Cəmiyyətin sabit təkrar istehsalını təmin edən ənənənin əsas funksiyaları da bunu təsdiq edir. Həmin funksiyalar bunlardır: sosial tənzimləmə, dəyər yönümlülük, sosiallaşma, təhsil. Bunlar hüquq normaları ilə yanaşı, insanlar arasında münasibətləri tənzimləyir və hər hansı bir sosial sistem daxilində baş verən prosesləri uyğunlaşdırmağa yönəlib. Ənənələr insandan müəyyən cəmiyyətdə ümumi olan mənəvi, ideoloji və digər dəyər mülahizələri üçün ən məqbul olan fəaliyyət metodunu seçməyi tələb edir. Eləcə də ənənələr şəxsiyyətin formalaşmasının ən vacib vasitəsi kimi çıxış edərək dəyər münasibətlərinin möhkəmlənməsinə kömək edir. Bundan əlavə, sosial normalar və münasibətlər cəmiyyətdəki müxtəlif sosial icmaları birləşdirir və ayırır, onların spesifikliyini müəyyən edir. Tənzimləmə funksiyası, subyektin sosiallaşma prosesində ona ötürülən dəyərlərdən necə istifadə etdiyini də müəyyənləşdirir. Belə vəziyyətdə yeni yaranan mənəvi dəyərlər də varislik prinsiplərinə uyğun olaraq əski adət və ənənələrdən bəhrələnir. Lakin varislik qaydaları insanların mənəvi dəyərlərinin inkişafına, yeniləşməsinə mane olmur. Sadəcə olaraq adət və ənənə formasında mənəvi mədəniyyətin tarixi təcrübəsinə əsaslanan yeni istiqamətləri yaranır. Məhz bütün bunlar Azərbaycan cəzmiyyətinin özünəməxsusluğunun qorunmasına və uğurlu inkişafına əlverişli zəmin yaradır.  

Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

Omanda Zəfər Günü qeyd edilib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ