çərşənbə günü, 11 noyabr 2026
     

Rusiya Ermənistanı sərt cəzalandırmağa hazırlaşır...

Image


Məlumat verildiyi kimi, Avropa İttifaqı Şurası sərhəd ərazilərdə “sabitliyə töhfə vermək” məqsədilə Ermənistanda mülki missiya yaratmaq barədə razılığa gəlib. Qurum bildirib ki, bu missiya vasitəsilə Ermənistan və Azərbaycan  arasında münasibətlərin normallaşması istiqamətində əlverişli mühitin və etimadın yaradılmasına çalışacaq.

Monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib və Ermənistanda sərhəddə patrul xidməti həyata keçirəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı bildirib ki, monitorinq missiyasından, sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməlidir və monitorinqlər qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməlidir. Bir müddət əvvəl Azərbaycan və Ermənistan arasında 2023-cü ildə daha bir müharibənin başlayacağı ehtimalından söz açan Beynəlxalq Böhran Qrupu isə bildirib ki, Aİ-nin Ermənistanın Azərbaycanla sərhədində mülki monitorinq missiyası aparmaqla bağlı qərarı iki ölkə arasında mövcud gərginliklərin yeni münaqişəyə çevrilməməsi baxımından müəyyən əhəmiyyət kəsb edə bilər. Qurumun təmsilçisi Olesya Vartanyan bildirib: “Bu yolla Avropa İttifaqı həm də özünün vasitəçiliyi ilə aparılan sülh danışıqlarını yenidən davam etdirəcək. Lakin prosesə hər kəs qoşulsa belə, əgər iki illik monitorinq missiyasının büdcəsi kiçik, giriş imkanları və ya mandatı məhdud olarsa, bu fəaliyyət səmərə verməyəcək”. Onun fikrincə, missiya iştirakçıları monitorinq aparmaq və insidentləri qeydə almaqla yanaşı, həm də tərəflər arasında yerli səviyyədə dialoqun gücləndirilməsində fəal iştirak etməlidir. Hələlik Azərbaycan, eləcə də regiondakı proseslərdə yaxından iştirak edən Rusiya bu missiya ilə əməkdaşlıq edib-etməyəcəyini açıq şəkildə bildirməyib. Olesya Vartanyan bu amili də missiyanın effektiv olması baxımından mühüm hesab edir: “Bu işdə Azərbaycanın əməkdaşlığı, eləcə də sərhədboyu yerləşmə üçün razılığı olmasa, missiyanın fəaliyyəti yarımçıq olacaq. Nəzərə alsaq ki, hazırda Rusiyanın sülhməramlıları 2020-ci ildən etibarən Qarabağa yerləşib və Ermənistanın bəzi sərhəd rayonlarında onun sərhəd keşikçiləri və hərbçiləri var, o zaman Rusiyanın da prosesə qoşulmaması monitorinq qrupunun işini daha da çətinləşdirə bilər”. Amma vəziyyət göstərir ki, Rusiya İrəvanın dəvətilə Qərb missiyasının regiona gəlişindən ciddi şəkildə narazıdır. Rusiyanın “Rerortyor” analitik saytı yazır ki, Aİ-nin İrəvana iki illik müddətə mülki missiya göndərməsi barədə qərarı Moskvada ciddi narahatlıqla qarşılanıb. Bildirilir ki, uzun müddətdir İrəvan ABŞ-ın dəstəklədiyi Aİ ilə ciddi cəhdlə sövdələşməyə gedir və regional güclərlə münasibətlərə xələl gətirir. Bunun üçün Ermənistan baş naziri Nikol Paşinyanın KTMT-yə demarşlarını xatırlatmaq kifayətdir: “Aİ-nin Ermənistana missiya göndərməsinə gəlincə isə, o da erməni tərəfin təşəbbüsü ilə meydana çıxıb. Ermənistan və Aİ-nin bu cür fəaliyyəti regionda bütün mövcud razılaşmaları məhv edəcək transformasiya həyata keçirmək istəyindən xəbər verir. Məsələn, Qərbdəki müəyyən qüvvələr Rusiya ordusunun Gümrüdəki 102-ci bazasının fəaliyyətini dayandırmasını, Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti yerləşdirilmiş rus sülhməramlı kontingentin çıxarılmasını istəyir”. “Milli Müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko isə vurğulayır ki, Ermənistan Aİ-nin növbəti missiyasını Azərbaycanla sərhəd zonasına göndərməklə çox böyük siyasi və strateji səhvə yol verdi: “Aİ ölkələrinin xarici işlər nazirləri Ermənistanda iki illik mandatla mülki missiyanın yaradılması barədə razılığa gəlib. Missiyanın vəzifəsi, press-relizdə deyildiyi kimi, “sərhəd bölgələrdə etimadın artırılması” və “Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üçün əlverişli şəraitin yaradılması”dır. Belə missiyaların prinsipial olaraq mövcud olma hüququ üçün ilk növbədə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə işlər aparılmalıdır. Bu missiyanın nəyi müşahidə edəcəyi bəlli deyil, çünki Azərbaycan-Ermənistan sərhədinin dəqiq xətti mövcud deyil. Sadəcə boz sahə var. İlk növbədə dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası aparılmalıdır. Bundan sonra bu missiya üçün hansısa başadüşülən mandat haqqında danışmaq olar”. Korotçenko qeyd edib ki, bu, diplomatik pərdə altında peşəkar kəşfiyyatçıların missiyası olacaq: “Onun regionda olması nə Ermənistana, nə də Azərbaycanla münasibətlərinə xeyir verəcək. İstənilən halda, Aİ-ni Cənubi Qafqazın işlərinə cəlb etmək Rusiyanın da daxil olduğu region ölkələrinin heç birinin milli maraqlarına cavab vermir. Əgər Ermənistan başqa cür düşünürsə, çox böyük siyasi və strateji səhvə yol verir. Digər məsələ, Avropa missiyasının meydana çıxması Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən rus sülhməramlı kontingentinin işinə təsir etməyəcək. Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlılar heç bir başqa missiya ilə əvəz edilə bilməz, çünki bu, Aİ və Ermənistanın Azərbaycanın daxili işlərinə müdaxiləsi olardı. İrəvan hansısa Avropa kontingentini ora sürükləməyə çalışsa, Moskva qəti şəkildə bunun əleyhinə olacaq və Bakı da onunla eyni siyasi mövqedən çıxış edəcək”.

Rusiyada belə fikirlər də səslənir ki, missiyanın gəlişi Ermənistanın Kremldən əsaslı şəkildə üz döndərməsinin təzahürüdür. Rusiyalı analitik Nikolay Silayev məsələ ilə bağlı bildirir: “Düşünmürəm ki, Ermənistan tərəfindən tanınıb, Azərbaycan tərəfindən tanınmayan Aİ-nin mülki missiyası təhlükəsizliyin təmin olunmasına həlledici töhfə verəcək. Rusiya dəfələrlə KTMT missiyalarını Ermənistan-Azərbaycan sərhədi bölgəsində yerləşdirmək təklifi verib. Bu mənada KTMT missiyasının nə edə biləcəyi aydındır. Çünki KTMT hərbi alyansdır və Cənubi Qafqaz onun məsuliyyət sahələrindən biridir və onun anlaşılan təsir rıçaqları var. Aİ-nin gördüyü işlər isə sadəcə bir məntiqə tabedir - nə olursa olsun, Rusiya ümumilikdə regiondan, xüsusən də Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesindən sıxışdırılmalıdır. Aİ-nin addımları artıq ağır günlər yaşayan Ermənistan-Rusiya münasibətlərində gərginliyi bir qədər də artıracaq. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov da birbaşa bəyan edib. O, xüsusilə qeyd edib ki, Ermənistanın Azərbaycanla sərhədə missiya göndərmək barədə Aİ ilə razılaşması əks-effekt verə bilər”. Silayev qeyd edib ki, Aİ-nin mülki missiyasının Ermənistana göndərilməsi Bakı ilə İrəvan arasında ötən ilin payızından ən böyük hərbi toqquşmalardan sonra irəli sürdüyü xarici siyasət xəttinin bir hissəsidir: “Davamına baxaq. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə əməkdaşlıq planlarını müzakirə etmək üçün görüş keçirdiyi barədə məlumat yayılıb. Tərəflər Ermənistan-NATO siyasi dialoqunun səviyyəsindən məmnunluq ifadə ediblər, cari əməkdaşlıq proqramlarına və gələcək perspektivlərə toxunublar. Ermənistan, şübhəsiz ki, bu görüş və danışıqdan təhlükəsizlik baxımından heç nə qazanmır. Çünki heç kim İrəvana zəmanət vermir və vermək niyyətində deyil. Ermənistan Kremllə münasibətləri inkişaf etdirmək baxımından uduzur. Mahiyyətcə də İrəvan Rusiyanı sıxışdırıb, onun regionda təsirini azaltmaq məqsədi güdən Aİ və NATO ilə həmrəy olduğunu göstərir”. Sabiq erməni deputat Arman Babacanyan isə bildirir ki, bütün bunlar İrəvana baha başa gələcək: “Ermənistan açıq şəkildə Rusiyadan Qərbə doğru dönüş edib. İrəvan nümayiş etdirir ki, Rusiyanın qoruma arxitekturası Ermənistanın təhlükəsizlik çağırışlarına xidmət etmir. Ermənistan Qərb tərəfdaşları ilə birlikdə sıfırdan belə bir təhlükəsizlik mühiti yaratmaq yolundadır. Təbii ki, baş verən hadisələr Moskvanı narahat etməyə bilməz. Bu səbəbdən, xüsusən də Ermənistanın maraqları üçün son dərəcə vacib olan Aİ-nin yeni missiyası fonunda Rusiyanın İrəvana daxildən zərbələri gözlənilir”. O qeyd edib ki, əvvəllər də olduğu kimi, ruslar respublika daxilində təzyiq yarada, Ermənistanın müxtəlif ictimai-siyasi dairələrini bu prosesə cəlb edə bilərlər. İstənilən halda proseslər göstərir ki, Avropa İttifaqı Şurasının Ermənistanda mülki missiyasının yaradılması ilə bağlı qərarının sülhə xidmət etdiyinə inam azdır. Xüsusən də Ermənistanın son addımları, müxtəlif yollarla sülh sazişinin imzalanması prosesini ləngitməyə çalışması bu missiyanın effektivliyinə əsaslı şübhələr yaradır. Təbii ki, Aİ-yə üzv olan bəzi dövlətlər də vəziyyəti gərginləşdirməyə xidmət edən addımlardan çəkinməlidir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ