şənbə günü, 10 oktyabr 2026
     

Azərbaycan Avropaya daha çox qaz satmaq imkanı qazandı - nəyin hesabına...

Image


Bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu sürətlə artmaqdadır. Mövcud geosiyasi vəziyyətdə Azərbaycan qazı Avropa üçün daha böyük önəm kəsb etməyə başlayır. Praqada Azərbaycan televiziya kanallarına müsahibəsi zamanı prezident İlham Əliyev bu məsələyə geniş toxunub.

Dövlət başçısının sözlərinə görə, burada da çox dəqiq və açıq gündəlik var: “Çünki biz öz enerji layihələrimizi uzun illərdir icra edirik. Sadəcə, indiki dünyada mövcud olan geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırmışdır. Əgər belə demək mümkündürsə, tale elə gətirdi ki, bizim bütün layihələrimiz hazır olan vaxtda Avropada qaza olan tələbat daha da artdı. Bu yaxınlarda Bolqarıstanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun açılış mərasimində də mən bu barədə məlumat verdim ki, biz ötən il qaz ixracatımızı əvvəlki ilə nisbətən 40 faiz artırmışıq. Bu il təxminən 30-40 faiz artıracağıq. Əlbəttə ki, bu böyük sərmayə tələb edir və biz buna getməyə hazırıq və buna gedirik. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Yəni, əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq, bəlkə də çox. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Eyni zamanda, Azərbaycanda bərpaolunan enerji növlərindən istifadə olunması böyük həcmdə təbii qaz ehtiyatı yaradacaq”. Bununla yanaşı, Azərbaycan prezidenti vurğulayıb ki, ölkəmiz Avropa və dünya üçün çox önəmli strateji enerji tərəfdaşı olacaq. İndiki halda Avropada Azərbaycana artan diqqətə gəlincə, bu, təsadüfi xarakter daşımır. Məsələ burasındadır ki, Rusiyanın Ukraynaya hücumundan sonra Avropada dartışılan əsas məsələlərdən biri enerji güvənliyidir. Axı, qitənin Rusiyadan ciddi enerji asılılığı Kremlə əlavə manevr imkanları qazandırır. Elə bu üzdən Avropa İttifaqı Rusiyadan enerji, özəlliklə təbii qaz asılılığının aradan qaldırılmasında çox maraqlıdır. Həmin asılılığı azaltmaq, sonra tam aradan qaldırmaq üçün alternativ kimi baxılan ölkələrdən biri də Azərbaycandır. Ötən il buradan Avropaya toplam 8.2 milyard kubmetr təbii qaz göndərilib. Bu həcm hər il Rusiyanın Avropaya ixrac etdiyi 155 milyard kubmetr qazla müqayisədə çox az görünə bilər. Məsələn, ötən il Azərbaycanın Avropaya satdığı təbii qazın həcmi Rusiyanın satışının cəmi 5 faizə yaxını olub. Amma Avropa İttifaqı qitənin təbii qazla təminatında Azərbaycanın da rolunun artırılmasını istəyir. Tərəflər arasında bu il iyulda imzalanan anlaşmaya görə, 2027-ci ilədək Azərbaycanın Avropa satdığı qaz həcminin 20 milyard kubmetrə yüksəldilməsi nəzərdə tutulur. Mövcud resurslar Avropaya qaz ixracının artırılmasına imkan verir. İqtisadiyyat naziri Mikayıl Cabbarov da bu mövzuda açıqlama verib: “Biz artıq həm xaricdə, həm də ölkə daxilində tərəfdaşlarımızla danışıqlar aparırıq. Bizim fikrimiz istehsalı artırmaqdır. Məqsədimiz 2027-ci ilədək bu həcmləri iki dəfə artırmaqdır. Bu bizim əsas prioritetimizdir. Belə həcmlərin müxtəlif Avropa ölkələri arasında necə paylanacağı məsələsini isə Avropa İttifaqına üzv dövlətlər müəyyənləşdirməlidir".

Rəsmi rəqəmlər son illər Azərbaycanın təbii qaz hasilatında artım qeydə alındığını göstərir. Məsələn, ötən il ölkənin təbii qaz hasilatı 2020-ci illə müqayisədə 20 faizə yaxın artıb və 44 milyard kubmetrə çatıb. Bu ilin ilk səkkiz ayının nəticəsi göstərir ki, təbii qaz hasilatında yenə artım var. Yanvar-avqust aylarında ölkədə toplam 30.6 milyard kubmetr təbii qaz çıxarılıb. Bu, öncəki ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 2.7 milyard kubmetr artım deməkdir. Eyni dövrdə ölkənin təbii qaz ixracındakı artım daha yüksəkdir. Bu ilin ilk səkkiz ayı boyunca Azərbaycanda çıxarılan təbii qazın təxminən yarısı – 14.4 milyard kubmetri ixraca yönəldilib. Bu, ötən illə müqayisədə 23 faiz artım mənasına gəlir. Azərbaycanın təbii qaz ixracında Avropa ölkələrinin payı 50 faiz, Türkiyənin payı 38 faiz, Gürcüstanın payı 12 faizdir. Azərbaycanın bu il çıxardığı təbii qaz, əsasən, “Şahdəniz” yatağı hesabına təmin edilib. İlin səkkiz ayı ərzində hasil edilən qazın 9 milyard kubmetrini “Azəri-Çıraq-Günəşli”, 16.4 milyard kubmetrini “Şahdəniz”, 5.2 milyard kubmetrini SOCAR digər yataqlardan çıxarıb. Elə qarşıdakı illərdə də Azərbaycan təbii qaz hasilatını “Şahdəniz” yatağı hesabına artırmaq istəyir. Belə ki, “Şahdəniz-2" layihəsinin üçüncü mərhələsinin işə salınması sayəsində 2030-cu ilədək bu yataqdan əlavə 15 milyard kubmetr qaz hasil edilməsi nəzərdə tutulur. “Şahdəniz” yatağı ilə yanaşı, “Abşeron” və “Qarabağ” yataqlarının da istismarı ölkəyə əlavə təbii qaz ixrac etməyə imkan yaradacaq. “Abşeron2 yatağından ilkin mərhələdə hər il 1.5 milyard kubmetr qaz çıxarılacaq. Növbəti illərdə bu göstəricinin 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Ümumi ehtiyatları 13 milyard kubmetr həcmində qiymətləndirilən “Qarabağ” yatağınınsa 2025-ci ilədək fəaliyyətə başlaması planlaşdırılır. Bu yatağın istifadəsi ölkəyə hər il 1.5-1.8 milyard kubmetr əlavə təbii qaz hasil etməyə imkan yaradacaq. Son dövrlər yatırımların artdığı alternativ enerji mənbələri hesabına elektrik istehsalı da, dolayısı ilə, ölkənin təbii qaz ixracını artıracaq. Hökumət elektrik enerjisi istehsalında alternativ enerji mənbələrinin payını artıraraq hazırda elektrik enerjisi istehsalına sərf edilən təbii qaz həcmini də ixraca yönləndirmək imkanı qazanacaq. Digər tərəfdən, bu prosesə müəyyən qədər Azərbaycan, Türkmənistan və İran arasında imzalanan svop anlaşması, yəni, qaz mübadiləsi də təsir göstərə bilər. Bu anlaşma nəticəsində Azərbaycanın əldə etdiyi təbii qaz həcmi elə də çox deyil. Ancaq ekspertlərin fikrincə, Avropaya daha böyük həcmdə təbii qaz idxalına imkan yaransa, bu anlaşma vasitəsilə daha çox qaz çıxarmaq imkanı var. Azərbaycanın Avropaya təbii qaz ixracını artırması üçün daşıma vasitələri də mühüm rol oynayır. Hazırda Azərbaycan qazı Avropaya, əsasən, TAP xətti vasitəsilə daşınır. Yaxın tezlikdə TAP-ın mövcud gücünün iki dəfə artırılmasından ötrü daha iki kompressor stansiyası lazım olacaq. Kompressorun birinin Yunanıstanda, digərinin Albaniyada tikintisi nəzərədə tutulur. Eyni zamanda, TAP mövcud iki stansiyanı da modernləşdirməlidir. Beləlikləhazırkı xətt ildə 20 milyard kubmetr qazə Avropaya ötürə biləcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ