şənbə günü, 10 oktyabr 2026
     

Serbiya da qaz məsələsində ümidini Azərbaycana bağladı

Image


Aparılan hesablamalar göstərir ki, Azərbaycanın Avropaya qaz ixracatı bu ilin ilk 7 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 61.5 faiz artaraq 4 milyard kubmetrdən 6.5 milyard kubmetrə çatıb. Bütövlükdə Azərbaycan tərəfinin Avropaya 2022-ci ildə 10 milyard kubmetrdən artıq mavi qaz nəql etməsi nəzərdə tutulur.

Eneji sahəsində ölkəmizin Avropa İttifaqı ilə imzaladığı memoranduma əsasən, Azərbaycan Avropa nəql etdiyi qazı 2026-cı ilədək iki dəfə artırmalıdır. Elə bu şəraitdə daha çox Avropa ölkəsi Azərbaycandan qaz almağa çalışır. Bunların sırasına artıq Serbiya da qatılıb.

Qeyd edək ki, Serbiya 2023-cü ildə Azərbaycandan təbii qaz almağı planlaşdırır. Məsələ ilə bağlı Serbiya prezidenti Aleksandar Vuçiç  bildirib ki, ölkənin maliyyəsi gələcək aylarda gözlənilən tədarük çatışmazlığı ilə mübarizə aparmaq üçün Rusiyanın enerji mənbələrinə alternativ təmin edəcək qədər güclüdür. Serbiya bu fonda 2023-cü ildə Azərbaycandan qaz almağı planlaşdırır. Azərbaycandan qaz alan bəzi Avropa ölkələri isə daxil olan həcmin artırılmasını istəyir. Artıq İtaliya bu xüsusda öz niyyətini bəyan edib. Bolqarıstan da ölkəmizdən idxal etdiyi qazın artmasına nail olmağa çalışır. Bu məsələ Azərbaycanın energetika naziri Pərviz Şahbazovun bolqarıstanlı həmkarı Rosen Xristov ilə apardığı müzakirələrdə əsas diqqət mərkəzində olub. Nazirlərin danışığında Yunanıstan-Bolqarıstan İnterkorrektoru vasitəsilə oktyabrın 1-dən başlanması planlaşdırılan təbii qaz nəqli də müzakirə edilib. Danışıqlar zamanı Azərbaycan qazının müəyyən olunmuş vaxtda nəql ediləcəyi təsdiqlənib. Tərəflər, həmçinin, Bolqarıstana əlavə həcmdə Azərbaycan qazının nəqlinin texniki imkanlarını müzakirə edib. “Euronews” telekanalı bunlar fonunda bildirir ki, Avropada Azərbaycana artan diqqət təsadüfi deyil. Belə ki, Azərbaycan Avropa İttifaqının yeni qaz tədarükçüsüdür: “Avropa İttifaqı yeni təbii qaz tədarükçüləri tapmaq üçün hər cür səy göstərir. Brüssel artıq ABŞ, Qətər, Norveç, Əlcəzair və İsraillə danışıqlar aparıb. Azərbaycan tədarükün 50 % artırılmasına razılıq verib. Təbii qaz Türkiyə və Bolqarıstan ərazisindən boru kəməri ilə çatdırılır. Aİ ölkələri qaz böhranı şəraitində həmrəylik prinsipləri əsasında Avropa şəbəkəsi daxilində qaz mübadiləsi və yenidən bölüşdürülməsinə dair sazişlər bağlayaraq bir-birinə dəstək ola bilər. Hələlik belə sazişlər azdır: məsələn, Almaniya yalnız enerji ilə təmin olunan Danimarka və Avstriya ilə müqavilələr imzalayıb. Çox güman ki, Aİ ölkələrinin hər birinin hökuməti öz daxili bazarlarını qazla təmin etməli olacaq.

Digər Aİ ölkələri Rusiya qazından daha az asılıdır. Bəziləri isə artıq Rusiya qazından asılılıqdan qurtulub. Məsələn, İtaliya Əlcəzair, Qətər və Azərbaycanla qaz tədarükünə dair müqavilələr bağlayıb. Nəticədə bu cənub Avropa ölkəsində Rusiya qazının idxalının payı artıq ümumi enerji tələbatının 21 %-nə düşüb. İspaniya və Portuqaliyanın vəziyyəti daha yaxşıdır: onlar Rusiyadan gələn qazdan asılılıqdan azaddırlar və hətta Aİ-nin digər ölkələrinə təbii qaz verirlər. İspaniya, Pireney yarımadasında yerləşən altı LNG terminalı ilə Avropa şist qazı bazarında getdikcə daha mühüm rol oynayır. Fransa da qonşuları ilə ayaqlaşmağa çalışır. Burada üç LNG terminalı istifadəyə verilib. İndiyə qədər Fransa təbii qazının böyük hissəsini Şimal dənizinin dibi ilə Dunkerk boru kəməri ilə Norveçdən idxal edir. Danimarka və İsveç öz enerji ehtiyaclarını böyük ölçüdə təmin edir”. Bildirilir ki, Ukraynada müharibənin ilk aylarında Aİ-dən Rusiyaya mal ixracı 48 % azalıb, lakin eyni dövrdə neft və qazın qiymətinin artımı səbəbindən Rusiyanın Aİ ölkələrinə ixracı 68 % artıb: “Avropa bazarlarının Rusiya qazından asılılığının azaldılması təkcə Rusiyaya qarşı çoxsaylı sanksiya paketlərinin mövzusu deyil, həm də Avropa Parlamentinin Brüsseldəki sessiyalarında qızğın müzakirələrin mövzusudur. Bəzi Aİ ölkələri Rusiyadan təbii qaz idxalından imtina etməyə prinsipcə hazırdır. Amma başqaları üçün bu, böyük idxalı əvəz edən məsələdir: onlar uzunmüddətli perspektivdə hansı alternativ enerji mənbələrindən istifadə edə biləcəklər? Ən əsası isə, qısa müddətə gəlincə, qazı Rusiyadan çəkilən kəmərlərdən deyilsə, haradan əldə etmək olar? Aİ ölkələrinə qaz tədarükünün daha ətraflı təhlili göstərir ki, alternativlərin tapılması problemi o qədər də çətin deyil və artıq iri qaz idxalçıları tərəfindən həll edilir”. Alternativlər arasında mühüm yer tutan ölkələrdən biri isə məhz Azərbaycandır.  Kiprin CNHC konsaltinq şirkətinin baş direktoru Çarlz Ellinas bu fonda qeyd edir ki, “Cənub Qaz Dəhlizi”nin genişlənməsi Avropa İttifaqının  şaxələndirmə üzrə hədəfinə nail olmasında mühüm töhfə olacaq: “Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsindəki anlaşma memorandumu vaxtında imzalanmış sənəddir. Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin və enerji məsələləri üzrə komissarı Kadri Simsonun Bakıya səfəri Aİ-nin Azərbaycandan tədarükün artmasına verdiyi önəmi vurğulayır. Azərbaycandan Avropaya qaz tədarükünü ötənilki 8 milyard kubmetrdən 12 milyard kubmetrədək artırmaq olar. İmzalanmış memorandum bu həcmləri 2026-cı ilədək iki dəfə artırmağa imkan verir. Bu, Aİ-nin tədarük mənbələrini şaxələndirmək və Rusiya qazından imtina prosesində mühüm töhfə olacaq”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ