Çərşənbə günü səhər saatlarında Böyük Britaniyanın yeni səfiri Fergus Old (Fergus Auld) Bakıya gəlib.
"Salam Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm", - Old Twitter hesabında yazıb.
Cari ilin aprel ayında Fergus Old Böyük Britaniyanın Azərbaycandakı yeni səfiri təyin olunub. O, bu vəzifədə Ceyms Şarpı əvəz edib.