şənbə günü, 10 oktyabr 2026
     

Rusiya və Qərb dünyanı daha dərin iqtisadi uçuruma sürükləyir…

Image


Rusiya-Ukrayna savaşı, digər fəsadları ilə yanaşı, dünya iqtisadiyyatını da sarsıtmaqda davam edir. Amma təbii ki, bundan ən çox təsirlənən Rusiyanın özü, eləcə də ona sanksiyalar tətbiq edən Qərb ölkələridir. Miqyas etibarı ilə daha böyük problem Ukraynanın özündə müşahidə edilir.

İndilikdə isə görünən həm də odur ki, Rusiyanın Ukraynaya hücumu onun  nə İranın, nə Şimali Koreyanın, nə də Kuba və Venesuelanın görmədiyi sanksiyalarla üzləşməsinə səbəb olub. Amma Qərb, o cümlədən də Avropa böhranla mübarizə aparır.  Bu xüsusda prezident Vladimir Putin bildirir ki, Rusiyaya qarşı iqtisadi təzyiq iflasa uğrayıb, Qərb sanksiyaları Avropada hakimiyyət dəyişikliyi ilə nəticələnəcək böhrana səbəb olub. Amma müharibə Qərb üçün yeganə başağrısı deyil. Burada inkişaf etmiş iqtisadiyyatlar pandemiyanın təsirlərindən, Çində və başqa yerlərdə istehsal və ticarətdə fasilələr, mərkəzi bankların faiz artımı və uzun müddət davam edən əmək bazarı problemlərindən, mühacirətdən əziyyət çəkir. Amma Rusiya ilə münasibətlərin kəskinləşməsi Qərb ölkələrinin problemlərini daha da artırıb. 40-dan çox ölkə Rusiyaya qarşı sanksiyaları dəstəkləyib: yalnız ABŞ, Avropa İttifaqı və onların ən yaxın müttəfiqləri deyil, həmçinin Tayvan, Cənubi Koreya, İsveçrə və Albaniya kimi əvvəlki sanksiyalara qoşulmayan uzaq tərəfdaşlar da siyahıya daxildir. Sanksiyaların tam siyahısı heyrətləndirir. Təkcə Avropa sanksiyaya məruz qalan rusların 30 milyard avroluq aktivlərini dondurub. Rusiya Mərkəzi Bankının 300 milyard avroya yaxın qızıl-valyuta ehtiyatının da Avropadan çıxışına qadağa qoyulub. Qərb Rusiya almazlarından, neftindən və kömüründən imtina edir, bu ölkəni dünya maliyyə sistemindən çıxarıb. Amma əksər ölkələr, xüsusən də Asiyanın iqtisadiyyat üzrə aparıcı ölkələri Çin və Hindistan sanksiyalara qoşulmayıb. Lakin hakimiyyətin heç bir təzyiqi olmadan Rusiyadan qaçan Qərb şirkətləri kimi, bir çox asiyalı iş adamı da dünya iqtisadiyyatının cəmi 2 faizini təşkil edən Rusiya ilə əlaqələri davam etdirmək üçün Qərb bazarını itirmək risqinə girmək istəmir. Bu şəraitdə, Beynəlxalq Valyuta Fondunun son hesablamalarına görə, iqtisadi qarşıdurmanın ilk ayları Rusiyanın xeyrinə yekunlaşıb. Rusiya iqtisadiyyatı gözləniləndən daha yaxşı nəticə göstərib, Avropa iqtisadiyyatı düşünüldüyündən daha çox zərər çəkib. Buna əsas səbəb odur ki, Rusiya, tam embarqo olmadığından, rekord qiymətlərə görə ixracatdan yaxşı pul qazanmağa davam edir. Avropa bazar iqtisadiyyatı baş verənlərə dərhal və gözləniləndən kəskin reaksiya verdi. Yüksək enerji qiymətləri və Çində koronavirus  məhdudiyyətləri də daxil olmaqla daimi tədarükdə fasilələr istehlakı da, istehsalı da zəiflətdi. Lakin o da faktdır ki, Qərb artıq iqtisadiyyatı yeni reallığa uyğunlaşdırır və onun ehtiyatda maliyyə, təbii, insan qaynaqlı nəhəng resursları var. İndiki halda Qərb yalnız Rusiya ilə vidalaşır. Bununla Rusiya ən zəngin bazarını, əsas texnologiya və pul mənbəyini itirir.

Bundan başqa, Qərbin ehtiyatında əhəmiyyətli iqtisadi təzyiq arsenalı qalır. Bəzi siyasətçilər və iqtisadçılar bunun dərhal aktivləşdirilməsini tələb edir. Digərləri tələsməməyi tövsiyə edirlər.

Ehtiyatda olan iki əsas silah ikinci dərəcəli sanksiyalar və tam ticarət embarqosudur. İndiyə qədər Qərb Rusiyaya qarşı ikinci dərəcəli ekstraterritorial sanksiyalar tətbiq etməyib, yəni, məsələn, İranda olduğu kimi, üçüncü ölkələrdən cəza hədəsi altında onlara əməl etməyi tələb etməyib. Tam ticarət embarqosu da hazırdır. Qərb Rusiyadan metallar, ərzaq məhsulları və ən əsası enerji resursları almağa davam edir. Bu tam dayandırılsa, Rusiyanın problemləri artacaq. Amma Avropa yaxın illərdə Rusiyanın enerji daşıyıcılarını əvəz edə bilməyəcək. O, bütün istehlak olunan enerji resurslarının 55 faizdən çoxunu idxal edir və Rusiya əsas təchizatçıdır. Rusiya nefti, neft məhsulları, qaz və kömür Avropa istehlakının, demək olar ki, 25 faizini əhatə edir. Nəticədə Rusiya neft və qaz ixracından gündə 1 milyard avroya qədər gəlir əldə edir. Müharibə başlayandan bəri, bəzi hesablamalara görə, təkcə Avropa İttifaqı Rusiyaya neft və qaza görə 80 milyard avrodan çox pul ödəyib. Beynəlxalq Maliyyə İnstitutunun eksperti Robin Bruks  bu fonda bildirir: “Maliyyə sanksiyaları kapital idxal edən və cari hesab kəsiri olan ölkələrə qarşı daha yaxşı işləyir. 2018-ci ildə ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalarda olduğu kimi, onlarda böyük böhrana və iqtisadi tənəzzülə səbəb oldu. Rusiya ilə bu, işləməyəcək, çünki profisiti (gəlirin artması) var və özü də kapital ixracatçısıdır. Bizə maliyyə sanksiyaları əvəzinə, Rusiya ixracına embarqo lazımdır. Amma biz bunu tətbiq etmirik. İpə-sapa yatmaz Putin yoxdur, "Rusiya qalası" yoxdur. Sadəcə, onun ağrıyan yerinə vurmaq istəmirik”. Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzindən Jerar Dipippo xəbərdarlıq edir ki, Qərb Rusiya ixracatının yeganə alıcısı deyil və bu vəzifənin öhdəsindən gəlməyə bilər: “Rusiyanı, məsələn, valyuta gəlirlərinin 30 faizdən məhrum edə bilsək belə, onun dolanışığını təmin etmək və hərbi xərcləri maliyyələşdirmək üçün kifayət qədər vəsaiti olacaq”. Bunlar fonunda Qərb də, Rusiya da deyir ki, sanksiyalar onlara yox, əks tərəfə daha çox ziyan vurur. Eyni zamanda, hər ikisi itkilərə məruz qaldıqlarını və iqtisadiyyatı yenidən qurmaq məcburiyyətində qaldıqlarını etiraf edir. Putin əmindir ki, Avropa üçün iqtisadi böhran siyasi böhranla başa çatacaq və qaçılmaz olaraq deqradasiyaya və yaxın gələcəkdə elitanın dəyişməsinə gətirib çıxaracaq. Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen isə əks mövqe sərgiləyir: “Biz pandemiyanın öhdəsindən gəldik, peyvəndin öhdəsindən gəldik, koviddən sağalmaq üçün pul tapdıq. Biz Rusiyanın təcavüzü qarşısında eyni birliyi göstərdik. Əminəm ki, birlik sayəsində biz enerji böhranından sağ çıxacağıq”. Amma Avropa Şurasının Xarici Əlaqələr Araşdırma Mərkəzinin sifarişi ilə 10 Avropa ölkəsinin sakinləri arasında keçirilən ən son sorğuya əsasən, avropalıların 42 faizi hesab edir ki, öz ölkələrinin hakimiyyət orqanları Ukraynadakı müharibəyə həddindən artıq diqqət yetirirlər. Bir qədər az (36 faizi) bunun düzgün olduğuna inanır. Sorğu aşağıdakı maraqlı məqamları da üzə çıxarıb: “Bir çox Avropa dövlətlərində sorğu hakimiyyətin rəsmi mövqeyi ilə cəmiyyətdəki əhval-ruhiyyə arasında genişlənən uçurumu aşkar edib. Rumınlar (58 faiz), polyaklar (52 faiz) və italyanlar (48 faiz) müharibə səbəbindən unudulmalarından xüsusilə narazıdırlar. Hakimiyyətə qarşı ən az şikayət skandinaviyalılar və ingilislərdir. Sorğular göstərir ki, avropalılar Putindən qorxur. Onun atom bombası atacağından (61 faiz) və ya onlara hücum edəcəyindən (42 faiz) qorxurlar. Amma elektrik və istilik enerjisinin bahalaşması onları heç də az narahat etmir (61 faiz). Sorğu göstərir ki, Avropanın Rusiyadan qopması ən azı ortamüddətli perspektivdə dönməzdir. Avropalılar Rusiyanın nə öz siyasi icmasına, nə də hər hansı digər strukturlarına inteqrasiyasını açıq şəkildə təsəvvür etmirlər. Onlar Rusiya ilə əlaqələri tamamilə kəsilmiş Avropa ilə gələcəyə hazırlaşırlar”. Hələlik isə Rusiya və Qərb iqtisadi savaşı davam edir. Qərb sanksiyalarının hansı şərtlərlə aradan qaldırılacağı göstərilmir. Elə Rusiya da Qərbdən uzaqlaşmağa hazır olduğunu bildirir.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ