Bazar günü günü, 11 oktyabr 2026
     

BMT-dən ümumdünya aclıq xəbərdarlığı...

Image


Birləşmiş Millətlər Təşkilatı bütün planetdə aclığın olacağını proqnozlaşdırır. Qurumun Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bizli bildirib ki, dünya ictimaiyyəti hazırkı ərzaq böhranına məhəl qoymasa, kütləvi aclıq, siyasi sabitlik və nəzarətsiz miqrasiya ilə üzləşmək risqi var: “Biz artıq görünməmiş böhranla üz-üzəyik. Onunla strateji və effektiv şəkildə mübarizə aparmasaq, kütləvi qıtlıq, onlarla ölkədə sabitliyin pozulması və kütləvi miqrasiya ilə üzləşəcəyik”.

BMT-nin nümayəndəsi xəbərdarlıq edib ki, gələn il bu baxımdan indikindən xeyli pis ola bilər. O, həmçinin, dünya birliyinin növbəti 6-12 ay ərzində ərzaq qiymətlərinin artması səbəbindən çətinlik çəkəcəyini də ehtimal edib: “Bundan sonra problemi həll etmək mümkün olmasa, dünya ərzaq qıtlığı ilə üzləşə bilər”. Bizlinin sözlərinə görə, vəziyyət digər məsələlərlə yanaşı, Rusiya və Belarusdan dünya bazarlarına gübrələrin tədarükünə qoyulan məhdudiyyətlərə görə də gərginləşib. Bundan başqa, Ukraynadan taxıl və digər aqrar məhsulların ixracı ilə bağlı yaranan çətinliklər də vəziyyətə təsir edir. Rusiya isə Ukraynadan taxıl və digər məhsulların ixracına şərtlərinin yerinə yetirilməsi halında icazə verəcəyini bildirir. Rusiya prezidenti Vladimir Putin Tehranda Astana qarant ölkələrinin zirvə görüşündən sonra keçirilən mətbuat konfransında bu xüsusda bildirib: “Moskva Rusiyanın ərzaq məhsullarının ixracına qoyulan bütün məhdudiyyətlərin aradan qaldırılması şərti ilə Ukrayna taxılının ixracını asanlaşdırmağa hazırdır. ABŞ ərzaq bazarında vəziyyəti yaxşılaşdırmaq istəyirsə, Rusiya taxıl ixracına qoyulan bütün məhdudiyyətləri aradan qaldırmalıdır.Türkiyə Cümhuriyyəti və şəxsən prezident Rəcəb Tayyib Ərdoğan Ukrayna taxılının ixracı ilə bağlı razılığa gəlmək üçün çox işlər görüblər. Amma əvvəlcə biz məsələni elə qaldırdıq ki, problem tam həll edilsin, yəni: biz Ukrayna taxılının ixracını asanlaşdıracağıq, lakin Rusiya taxılının mümkün ixracı ilə bağlı bütün məhdudiyyətlərin götürüləcəyindən də çıxış edirik. Biz bunu ilkin olaraq beynəlxalq təşkilatlarla razılaşdırdıq, onlar bütün bunları yığmağı öz öhdələrinə götürdülər”. Onun sözlərinə görə, indiyədək heç kim, o cümlədən ABŞ buna etiraz etməyib: “Görək yaxın gələcəkdə nə baş verəcək”. Bu fonda məlum olub ki, Avropa İttifaqı Rusiyaya tətbiq etdiyi sanksiyalara düzəliş edəcək, Rusiyanın aparıcı banklarının qlobal ərzaq və gübrə ticarətində çətinliklərini aradan qaldırmaq üçün tələb olunan bəzi vəsaitlərin istifadəsinə icazə verəcək. Rusiyanın aparıcı kreditorları olan VTB, “Sovcombank”, “Novikombank”, “Otkritie FC Bank”, VEB, “Promsvyazbank” və “Bank Rossiya”ya məxsus iqtisadi resurslara qarşı sanksiya götürüləcək. Bununla yanaşı, Avropa sanksiyalardan sonra treyderlərin xidmətini dayandırdığı Rusiya limanlarından ərzaq ixracının asanlaşdırmasına yardımı da planlaşdırır. Bildirilir ki, bu addım Afrika ölkələri liderlərinin sanksiyaların ticarətə mənfi təsiri ilə bağlı tənqidləri fonunda atılıb.

Dünya Bankı bütün bunları vacib hesab edir. Qeyd edilir ki, belə hal aclıq təhdidinin aradan qaldırılması üçün vacibdir. Qurum xtırladır ki, buğda ixracına 22 ölkənin məhdudiyyətlər tətbiq etməsi taxıl qiymətini iyunun əvvəlinə 9% artırıb. Məlumata görə, əsas istehsalçı ölkələrdə əlverişsiz hava şəraiti koronavirusun səbəb olduğu tənəzzüldən sonra sürətli iqtisadiyyatların bərpası, enerji və gübrələrin qiymətini artırıb. Bununla yanaşı, Ukraynadakı müharibə buğda qiymətlərindəki artımı sürətləndirib. Belə ki, müharibə dünyanın ən böyük ərzaq tədarükçülərindən biri olan Ukraynadan yüklərin daşınmasını ciddi şəkildə pozub. Qeyd olunub ki, mart ayından etibarən dünyanın ikinci ən böyük buğda ixracatçısı olan Rusiya buğda və digər taxılların ixracına müvəqqəti qadağa qoyub. Daha sonra Qazaxıstan və Türkiyə yeni məhdudiyyətlər tətbiq etməyə başlayıb. Ümumilikdə tətbiq edilən məhdudiyyətlər dünya taxıl ticarətinin 21 faizini əhatə edib: “Ticarət məhdudiyyətlərindən ən çox zərər çəkən Afrika, Asiya, Latın Amerikası və Yaxın Şərqin inkişaf etməkdə olan ölkələri olub. Yaxın dövrdə alternativ təchizatçıların olmaması və artan qiymətlər idxaldan kəskin asılı olan bir sıra ölkələrin əhalisi üçün ciddi çətinliklər yarada bilər”. Hazırda əksər ölkələrdə qiymətlər sürətlə artır, ərzaq və enerji böhranı yaranıb, müxtəlif növ əmtəə və xidmətlərin çatdırılmasında problemlər var. Mərkəzi banklar hələ ki, inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini artırmağa üstünlük verir. Amma bu da vəziyyətdən çıxış yolu deyil. Çünki iqtisadiyyata pul axınlarını məhdudlaşdırmaq iqtisadi aktivliyi və insanların real gəlirlərini azaldır, sosial gərginlik yaradır. 

Lakin dünyadakı belə vəziyyətə baxmayaraq, Azərbaycan dinamik inkişaf edir, sosial-iqtisadi inkişaf yüksələn templə gedir. Azərbaycanda bütün sosial tədbirlər davam etdirilir və iqtisadi sferada iqtisadi inkişaf müvəffəqiyyətlə gerçəkləşir. Ölkədə antiinflyasiya siyasəti üzrə xüsusi tədbirlər planı təsdiqlənib və icrası həyata keçirilir. Həmin tədbirlər planı çərçivəsində ərzaq bazarlarında sağlam rəqabətin təmin edilməsi və qiymət manipulyasiyasının qarşısının alınması, minimum istehlak səbətinə daxil olan ərzaq malları üzrə daxili bazarda özünütəminat səviyyəsinin qorunması reallaşır. Bundan başqa, ərzaq məhsulları üzrə idxalın dayanıqlılığının və ixraca effektiv nəzarətin təmin edilməsi, onların daxili istehsalının genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ