Bazar günü günü, 11 oktyabr 2026
     

Avropanın qaz böhranı dərinləşir, uzunmüddətli yeni müqavilələrə ehtiyac var

Image


Avropada qazın 1000 kubmetrinin qiyməti yenidən 1400 dollarlıq həddi keçib. Burada  ən likvid virtual satış mərkəzi sayılan Niderlandın “Title Transfer Facility” birjasında iyul sövdələşmələrinin qiyməti 1426,6 dollar təşkil edib.

Qiymətlərin daha da yüksəlməsi gözlənilir. Çünki Avropada qaz böhranı dərinləşir. Hətta iş o yerə çatıb ki, iyulun 8-də Almaniya hökuməti qaz təchizatında yaranmış gərgin vəziyyətlə əlaqədar fövqəladə vəziyyət rejiminin tətbiq olunacağını bildirib. “Frankfurter Allgemeine Zeitung” nəşri yazır ki, indi Almaniyada enerji təhlükəsizliyinin təmin edilməsi üçün fövqəladə planın bir hissəsi kimi birinci hazırlıq dərəcəsi elan edilib. Bu, Almaniya Federal Şəbəkə Agentliyini təbii qaz təchizatı ilə bağlı vəziyyət haqqında gündəlik məlumat verməyə və vəziyyətə daim nəzarətə vadar edir. İkinci mərhələdə isə hökumət şirkətlərə təbii qaza qənaət etməyi tövsiyə edəcək. Bu şərtlər çərçivəsində vəziyyət hələ də tənzimlənə bilər, lakin əlavə qiymət artımları mümkündür. Qəzet qeyd edir ki, ikinci mərhələyə beş və ya on gün ərzində keçiləcəyi gözlənilir. Bu addıma hazırlıq Rusiya təbii qazının “Şimal axını” ilə təchizatı ilə bağlı vəziyyətə reaksiyadır. Qeyd edək ki, bu kəmərlə təbii qaz tədarükü 40%-dək azalıb. İqtisadiyyat naziri, federal hökumətin vitse-kansleri Robert Habek də  ölkədə “həyəcan rejimi” tətbiq olunduğunu elan edib. Bu addım son vaxtlar yeraltı anbarlarda onsuz da az olan təbii qaz ehtiyatlarının daha da azalması ilə bağlıdır. Bu ehtiyatlar demək olar kritik aşağı səviyyəyə çatıb. Qazın qiyməti əvvəlki kimi yüksəkdir və getdikcə artır, tədarük isə əksinə, kəskin şəkildə azalır. Nazir hazırkı vəziyyəti qaz böhranı adlandırıb:  “Bundan sonra qaz  defisit məhsul deməkdir. Bu gün qiymətlər yüksəkdir və biz qiymətlərin bundan sonra da artmasına hazır olmalıyıq”. Nazir tədarüklərin azalmasını ölkəsinə “iqtisadi hücum” adlandırıb, almanları “kəmərlərini möhkəm bağlamağa” çağırıb. “Deutsche Welle” nəşri yazır ki, qəza planının ikinci dərəcəsi ya bu yanacaqla bağlı tədarüklərdə ciddi fasilələrin yarandığı vaxt, ya da qaza tələbat son dərəcə yüksək olan vaxt tətbiq olunur. Amma qazla bağlı problem təkcə Almaniyada qeydə alınmır.  Avropa İttifaqının (Aİ) iqlim siyasəti üzrə rəhbəri Frans Timmermans qeyd edir ki,  Rusiyanın qaz tədarükünü kəsməsi qurumun 12 ölkəsinə təsir edib. O qeyd edib ki, Rusiya enerjidən silah kimi istifadə edir və bu günlərdə qaz tədarükünün dayandırılması ilə bağlı əlavə bəyanatlar veriləcək: “Bütün bunlar Rusiyanın bizim birliyimizi sarsıtmaq cəhdləridir”. Onun sözlərinə görə, indi 12 üzv ölkə Rusiyanın tədarükü birtərəfli qaydada dayandırmasından təsirlənib: "Qaz tədarükünün tam dayandırılması riski indi hər zamankından daha realdır”. Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Avropaya Rusiyanın qışda qaz tədarükünü tamamilə kəsəcəyinə hazırlaşmağı tövsiyə edib: “Avropa Rusiya qazının tamamilə kəsiləcəyi məqama hazır olmalıdır. Qış yaxınlaşdıqca, Rusiyanın niyyətlərini bir o qədər yaxşı anlayırıq”.

Bu şəraitdə Avropa yeni mənbələrdən qaz idxalı üçün fəaliyyətini genişləndirir. Lakin görünən budur ki, qeyd edilən məsələ elə də asan deyil. Məsələn, ətər Avropadan, egər daha çox qaz almaq istəyirsə, uzunmüddətli müqavilələr imzalamağa tələb edir.Bu tələb Almaniyanın ABŞ-dan maye qaz almaq üçün 20 illik müqavilə imzalamasından sonra qoyulub. Qeyd olunur ki, Qətər tərəfindən irəli sürülən belə bir istək Avropanın istixana qazı tullantılarını məhdudlaşdırmaq, eyni zamanda Rusiya qazından asılılığı azaltmaq məqsədini çətinləşdirə bilər. Onu da xatırladaq ki, hazırda enerji resursları, xüsusən də təbii qazla bağlı müəyyən problemlərlə üzləşmiş Avropa bu sahədə çətinliklərin aradan qaldırılmasında əsas tərəfdaşlarından biri qismində məhz Azərbaycanı gördüyünü açıq mətnlə bəyan edir. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel qaz tədarükü məsələsində təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə maraqlı olduğunu bildirib. Avropa İttifaqının sözçüsü Tim Makfay da  Azərbaycanın Avropaya qaz tədarükünün diversifikasiyasındakı rolunun diqqət mərkəzində olduğunu bəyan edib. Ancaq Azərbaycan da bəyan edir ki, qazla bağlı həcmi və hasilatı artıra bilər, lakin bunun üçün və yeni uzunmüddətli müqavilələr imzalanmalıdır. Yeni müqavilələr imzalanacağı halda Azərbaycan Avropaya daha böyük həcmdə qaz nəqli üçün lazımı infrastruktura malikdir. Əsrin layihəsi hesab edilən  “Cənub Qaz Dəhlizi” buna imkan verir. Bu dəhlizin ötürücülük qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaq mümkündür. Bundan əlavə, Qərbdə nəzərə alınır ki, “Cənub Qaz Dəhlizi” Azərbaycan qazı yanaşı, yaxın perspektivdə digər mənbələrdən Avropaya “mavi yanacaq” nəqlində  əsas tranzit kəmərlərdən biri ola bilər. İlk növbədə Türkmənistanda, daha sonra Şərqi Aralıq dənizində, İranda hasil edilən qazın bir hissəsinin məhz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli proqnozlaşdırılır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ