Bazar günü günü, 16 avqust 2026
     

Avropa Azərbaycandan daha çox neft almağa ümid edir

Image


Ukrayna ətrafında cərəyan edən hadisələr fonunda Qərb ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyalar paketinin miqyasını genişləndirir. İndi diqqət mərkəzində yer alan əsas məsələ Rusiya neft və qazından imtina olunmasıdır. Qazla bağlı məsələ elə asan olmasa da, belə görünür ki, Qərb ölkələri, xüsusən də Avropa neft idxalını əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.

Məsələ ilə bağlı yayılan məlumatlar da göstərir ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyaları bu ölkənin neft tədarükünə qarşı tədbirləri əhatə edəcək. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel də bunu təsdq edib: "Əminəm ki, Avropa İttifaqı Şurası qaçılmaz şəkildə, xüsusən Rusiya neftinə qarşı növbəti sanksiyalar tətbiq edəcək". Mişel Yunanıstanın Aleksandrupolis şəhərində üzən maye qaz terminalının tikintisinə başlanılması ilə bağlı danışarkən daha sonra bildirib: “Üzən maye qaz terminalının tikintisi üzrə işlərin vaxtında başlanması mühümdür. Bu, Avropaya qaz tədarükünü şaxələndirməyə, enerji infrastrukturunu gücləndirməyə və Rusiyanın qalıq yanacaqları asılılığı tədricən azaltmağa kömək edəcək. Bu layihə açıq şəkildə Avropa İttifaqının enerji təchizatının təhlükəsizliyinə və iqlim dəyişikliyi ilə bağlı uzunmüddətli hədəflərimizə töhfə verir". Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel də qeyd edir ki, Qərb enerji sektorunda Rusiyanın neft idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarır: "Maliyyə sektorunda daha çox Rusiya bankı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən çıxarılacaq. Hansı bankları deyə bilmərəm, amma olacaq. Enerji sektorunda isə biz Rusiyanın neft idxalına əhəmiyyətli dərəcədə təsir edəcək tədbirlər axtarırıq”. Almaniya kansleri Olaf Şolts isə “Indian Express” nəşrinə bildirib ki, Avropa İttifaqı bu yay Rusiyadan kömür idxalını dayandıracaq, həmçinin ilin sonuna qədər Rusiya neftindən imtina etməyi planlaşdırır. Onun sözlərinə görə, hazırda Rusiyadan ənənəvi enerji daşıyıcılarında idxalından asılılığı azaltmaq üçün iddialı siyasət aparılır:  “Biz bu yay Rusiya kömürünün idxalını dayandıracağıq, ilin sonuna qədər neftindən mərhələli şəkildə imtina edəcəyik və Rusiyadan qaz idxalını ciddi şəkildə azaldacağıq”.

Məsələ ilə bağlı “The New York Times” qəzeti də yazır ki, Avropa İttifaqı yaxın tezlikdə Rusiya neftinin idxalına mərhələli qadağa qoya bilər: “Avropa İttifaqı ölkələri çox güman ki, hətta gələn həftə Rusiya neftinə mərhələli embarqonu təsdiqləyəcək”. Qəzetə informasiya ötürən mənbələrin məlumatına görə, Rusiya neftindən imtina ilə bağlı danışıqlar həftəsonu davam edəcək, yalnız bundan sonra Avropa Komissiyası Avropa İttifaqının daimi nümayəndələrinə neft idxalına qadağa qoyulması təklifini təqdim edəcək. Bəzi avropalı diplomatlar və rəsmilər bildiriblər ki, blokun daimi nümayəndələri tezliklə görüşəcək və gələn həftənin sonuna qədər embarqonun yekun təsdiqini elan edəcəklər. Qeyd olunub ki, blok ölkələrinin müvafiq tədbirin əhatə dairəsi barədə razılığa gəlməsi bir neçə həftə çəkib. Nəşr qeyd edir ki, Rusiyadan neft idxalına qoyulan qadağa Avropa İttifaqının altıncı sanksiyalar paketi çərçivəsində ən mühüm tədbir olacaq. Yeni sanksiyaların Rusiyanın ən böyük bankı “Sberbank” və Rusiyadan olan yüksək vəzifəli məmurlara da təsir edəcəyi gözlənilir. Planlaşdırılan embarqo, tədricən olsa da, qlobal neft qiymətlərinə təsir göstərə bilər. Avropa rəsmiləri qeyd edir ki, Avropa İttifaqı neftə olan tələbatını Körfəz ölkələri, Nigeriya, Qazaxıstan və Azərbaycandan idxalı artırmaqla ödəməyə çalışacaq. Bununla belə o da xatırladılır ki, Rusiya Avropaya ən böyük neft tədarükçüsüdür. O, blokun illik neft ehtiyacının təxminən dörddə birini ödəyir ki, bu da Rusiyanın ümumi ixracının təxminən yarısıdır.  Norveçin "Rystad Energy" konsaltinq şirkətinin analitikləri isə belə hesab edir ki, cari ilin yekunlarına görə, neft və qazın satışından Rusiya büdcəsinin gəlirləri enerji qiymətlərinin kəskin artması səbəbindən əvvəlki iki ilin nəticələrini əhəmiyyətli dərəcədə üstələyərək 260 milyard dollara çatacaq: “Bu il Rusiya neft hasilatında ciddi azalma gözlənilsə də, neftin qiymətinin kəskin artması ilə əlaqədar vergi daxilolmaları əhəmiyyətli dərəcədə artaraq 180 milyard dollardan çox olacaq”. Qeyd olunur ki, Avropada təbii qaza Asiyada isə mayeləşdirilmiş təbii qaza olan həddindən artıq yüksək qiymətlər 2022-ci ildə Rusiya üçün 80 milyard dollar vergi gəliri yaradacaq.

Yuxarıda qeyd edilənlərdən belə bəlli olur ki, Azərbaycan Avropaya daha çox neft satacaq və hazırkı qiymətlər fonunda bu, ölkəyə daah çox gəlir daxil olması deməkdir. Xatırladaq ki, neftin büdcə qiyməti 50 dollardır, hazırda isə satəş qiyməti 110 dollardan yuxarıdır. Beynəlxalq Valyuta Fondunun Orta Şərq və Mərkəzi Asiya regionu üzrə dərc etdiyi "Regional Economic Outlook" hesabatında isə qeyd edilir ki, Azərbaycan üçün 2022-ci ildə bir barrel neftin fiskal itkisiz qiyməti 41,6 dollarıtəşkil edəcək. Bildirilib ki, 2023-ci ildə Azərbaycan üçün neftin itkisiz qiyməti 51,8 dollar təşkil edəcək. Qeyd edək ki, itkisiz qiymət səviyyəsi ölkənin maliyyə itkilərinin və mənfəətinin yaxınlaşdığı və tarazlıqda olduğu qiymət nöqtəsidir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ