Bazar günü günü, 11 oktyabr 2026
     

Rusiya nefti ətrafında böyük müəmma: Moskva Avropaya əvvəlki həcmdə “qara qızıl” satmağa davam edir...

Image


Qərb ölkələri üçün indi əsas mövzulardan biri Rusiyadan enerji resurslarının, o cümlədən neftin alışının dayandırılmasıdır. Elə bu fonda məşhur “Shell” şirkəti Rusiya neftinin alışına dair məhdudiyyətləri sərtləşdirərək, yanacaq qarışıqları da daxil olmaqla, hər hansı Rusiya tərkibli neft emalı məhsullarını daha qəbul etməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra şirkət Rusiya neftindən imtina edəcəyini açıqlayıb, lakin 50%-dən az yanacağı Rusiyadan olan məhsulları qəbul edib. İndi isə şirkət bu cür məhsullardan da imtina edəcəyini bildirib. “Shell”in “Platts” ticarət platformasında təyyarə yanacağının tədarükü üçün müraciətində bu xüsusda qeyd edilir: “Məhsul satışı üçün ərizə ilə müraciətin şərtləri satıcı tərəfindən satılan və çatdırılan malların Rusiya Federasiyasında istehsal olunmaması və Rusiya Federasiyasında istehsal olunan heç bir məhsulla qarışdırılmaması, satılan malların daşınmasının Rusiya Federasiyasından başlamaması və ya bu ölkədən tranzit keçidinin olmamasıdır”. Beləliklə, Rusiya neftinin alışına daha bir zərbə gəlib. Amma reallıqda baş verənlər əslində mənzərənin daha fərqli xarakter daşıdığını göstərir. Bu barədə danışmazdan öncə qeyd edək ki, Rusiyada sutkada 11,3 milyon barrel neft hasil edilir ki, bunun da 3,6 milyonu daxili tələbatın ödənilməsinə sərf olunur. Qalanı ixraca gedir. İxracın həcmi baxımından Rusiya dünyada beşinci yerdədir. Statistika göstərir ki, hər gün təxminən 7,5 milyon barrel Rusiya nefti xaricə gedir. Ukrayna müharibəsi də ixrac həcminin azalmasına təsir etməyib. Məsələ burasındadır ki, 7,5 milyon barrel neftdən 4,5 milyon barreli uzunmüddətli müqavilələrə əsasən satılır. Yerdə qalan 3 milyonu da Rusiya, Qərb sanksiyalarına baxmayaraq, ixrac edə bilir. Düzdür, Ukrayna müharibəsindən sonra Rusiyanın enerji resurslarının ixrac tədarükü sektoru həqiqətən böyük təzyiq altındadır. Amma burada çox mühüm bir məsələni qeyd etmək lazımdır. Belə ki, hazırda Rusiya xam neftinin alınmasına birbaşa qadağa yoxdur. Elə bu fonda Moskva Avropanın neft və neft məhsullarının əsas tədarükçüsü olaraq qalır. Məsələn, Ukrayna müharibəsindən sonra Finlandiya Rusiyadan iki dəfə çox neft alıb. Yunanıstanda da oxşar tendensiya qeydə alınır. Rumıniya alışları 40 min barreldən 140 min barrelə qədər, Estoniya 50-dən 180-ə qədər, Hollandiya 520-dən 660 minə qədər artırıb. Analitika və konsaltinq işi ilə də məşğul olan Amerikanın “S&P Global” holdinqi martda Rusiya ixracatının itkisini üç milyon barrel səviyyəsində qiymətləndirir, lakin xəbərdarlıq edir ki, hazırkı sürət qorunub saxlanarsa, ruslar may ayında bütün itkiləri geri qaytaracaq.

Məsələnin maraqlı tərəfi isə dəniz yollarında baş verir. Bu xüsusda diqqət çəkən odur ki, Rusiyada neft ixracında artım indi ictimai kimliyini səylə gizlədən naməlum alıcılar hesabınadır. Məsələn, belə alıcılardan biri  martda təxminən 30 min barrel neft alıb, apreldə isə bu həcmi 660 min barrelə çatdırıb. "The Wall Street Journal" yazır ki, aprel ayında Rusiya limanlarında tankerlərin anbarlarına, təxminən, 11 milyon barrel neft yüklənib, daşıma sənədlərində isə marşrutun son nöqtəsi Atlantik okeanı kimi göstərilib və ya ümumiyyətlə son nöqtə yoxdur. Elə bu fonda, analitiklərin fikrincə, Rusiya İran sxemi ilə silahlanıb. Xatırladaq ki, Donald Tramp administrasiyası İran neftinin ixracına total embarqo tətbiq etdiyi Amerika-İran münasibətlərinin kəskinləşməsi dövründə təsirli alqoritm meydana çıxmışdı. Belə bir şey hazırda Ust-Luqa və digər Rusiya limanlarında baş verir. Burada neftin köçürülməsi imkanı nəzərdə tutulur. Amerikanın profilli şirkətləri tankerlərin yerini real vaxt rejimində izləmək mümkün olan müvafiq saytlara maksimal dərəcədə yaxından nəzarət edir. Onların məlumatına görə, gəmilər bir nöqtədə radarlardan, sadəcə, “buxarlanır”. “Panamax” tipli tankerlər Rusiya neftinin çatdırılması üçün əsas vasitə olan transponderləri ya birbaşa limanlarda söndürürlər ki, bununla da  onların yerdəyişməsini prinsipcə izləmək mümkün olmur, ya da dənizlərdə görüntü zonasından yox olurlar. Bununla tədarükçünün və alıcıların belə bir boz sxemin köməyi ilə, sadəcə, sanksiyalardan və Rusiya ilə əməkdaşlığa görə məsuliyyətdən yayınan sövdələşməsinin bariz nümunəsi yaranır. "Radarlardan yayınmaq" üçün daha çox ehtimal olunan metodika kimi neftin birbaşa dənizdə “Panamax”dan (60-80 min ton tutumlu) daha böyük tankerlərə ötürülməsini göstərmək olar. Bu zaman, çox güman ki, Rusiya nefti digər növlərlə qarışır. Nəticədə tankerin yük yerində neftin Qərb üçün tamamilə leqal partiyası peyda olur. Bu prosesdən hər kəs tam razıdır. Naməlum alıcılar yalnız naməlum ölkələrin maraqlarını təmin etmir, həm də Rusiya neftini rahatlıqla satır və elə həmin Avropaya göndərirlər. Məsələn, aprel ayında məlum olub ki, bütün tarixi boyu xaricdən xammal alan Hindistan ixracatçıya çevrilib və indi Böyük Britaniyaya neft və dizel yanacağı satır. Eyni zamanda, prosesin bütün iştirakçıları özlərini elə göstərirlər ki, guya bu xammalın nə olduğunu və haradan meydana çıxdığını başa düşmürlər. Hindisran isə nefti indi Rusiyadan daha ucuz alıb, Avropaya daha baha satır. Avropada əsas alıcılar istehlakın azaldılması barədə heç düşünmürlər, bu sahədə Rusiyanın həcmlərini əvəz etmək üçün isə, sadəcə, heç bir şey yoxdur. Beləliklə, reallıqda Rusiya neftinə qarşı embarqo tətbiq edilmir, Avropa və Asiyaya isə lazımi həcmdə xammal və yanacaq daxil olur. İstisna deyil ki, elə proses bu qaydada da davam edəcək.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ