Bazar günü günü, 11 oktyabr 2026
     

İtaliya, İsveçrə, Fransa üçün də Azərbaycan qazının önəmi artır

Image


Avropa ölkələri üçün bu gün xüsusi diqqət mərkəzində yer alan məsələlərdən biri Rusiya qazından asılılığın azaldılmasıdır. Artıq bu istiqamətdə Avropa ölkələri aktiv fəaliyyət həyata keçirir. Sözügedən xüsusda Avropa ölkələrinin Azərbaycanla təmaslarını intensivləşdirməsi də müşahidə edilir.

Yuxarıda qeyd edilənlər fonunda İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirir ki, son ay yarım ərzində o, Azərbaycan, eləcə də Əlcəzair, Qətər, Konqo, Mozambik, Anqola kimi ölkələrlə İtaliyaya enerji tədarükünün artırılmasını müzakirə edib: “Təəssüf ki, biz gecikmişik, çünki bir ölkə olaraq qaz tədarükünü çox əvvəllər şaxələndirmək lazım idi, lakin bizim dünyada çoxlu tərəfdaşlarımız və dostlarımız var”. Hazırda İtaliya Azərbaycandan qaz tədarükünün artırılması ilə bağlı ölkəmizlə sıx təmasdadır. Bu arada bəlli olub ki, İsveçrə də Azərbaycan qazına böyük maraq göstərir. İsveçrə Qaz Sənayesi Assosiasiyasından Tomas Heqqlin məsələ ilə bağlı bildirir: “İsveçrə, Rusiyadan qaz təchizatında problem yaranarsa, cənubdan - Şimali Afrikadan İtaliyaya keçməklə “mavi yanacaq” almağa davam edə biləcək, həmçinin Azərbaycandan tədarük edəcək. Rusiya qazının Avropaya nəqlində fasilələr yaranarsa, İsveçrə də öz istehlakını azaltmalı olacaq. Bununla belə, bütün istiqamətlərdə əlaqələrinə görə digər ölkələrlə müqayisədə üstünlüyə malikdir. Bildiyimiz kimi, Rusiyanın qaz tədarükünü dayandıra biləcəyi və ya Qərbin sanksiya tədbiri olaraq Rusiyadan qaz idxalını dayandırmağa qərar verə biləcəyi ssenarilərimiz var. Biz buna hazır olmalıyıq”. Onun sözlərinə görə, Rusiya qaz təchizatında çatışmazlığı, ən azından qısa müddətdə, həmçinin istehlakı azaltmadan Avropa daxilində tam kompensasiya etmək mümkün deyil: “İsveçrədə çatışmazlıq olsaydı, Konfederasiya iki yanacaqlı istehlakçılar üçün (təbii qazı əvəzləyə bildiyi) mazuta keçid də daxil olmaqla tədbirlər görər, qənaətə çağırışları edər və böyük istehlakçılar üçün tələblər məhdudlaşdırılardı. Ancaq İsveçrəyə qaz tədarükünün təhlükəsizliyi boyük əksəriyyəti ilə təmin olunur. Qiymətlər müstəsna yüksək səviyyədə olsa da, sənaye üçün kifayət qədər qaz olmalıdır. Gələn qışda qaz təchizatını təminat altına almaq böyük problemə çevrilə bilər. Bu səbəblə Federal Şura artıq martın əvvəlində tədbirlər haqqında qərar verib. Beləliklə, qaz şirkətlərinin birgə qaz, anbar tutumu və mayeləşdirilmiş təbii qaz birgə alımına davam edə biləcəkləri gözlənilir”.

Azərbaycan qazı getdikcə Fransanın da diqqətini cəlb etməyə başlayıb. Bu məsələ energetika naziri Pərviz Şahbazovla Fransanın Avropa və Xarici İşlər Nazirliyinin nümayəndələri və “ENGIE” şirkətinin vitse-prezidenti, “Eurogas” Beynəlxalq Assosiasiyasının prezidenti Didier Holleaux arasında görüş zamanı diqqət mərkəzində olub. Görüşdə qlobal enerji gündəliyində olan məsələlər, “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi və “yaşıl enerji”nin Avropaya ixracı imkanları ətrafında fakir mübadiləsi aparılıb. Pərviz Şahbazov “Cənub Qaz Dəhlizi” ilə Azərbaycan qazının Avropa ölkələrinə ixrac olunan həcmləri, eləcə də TANAP və TAP layihələrinin ötürücülük gücünün artırılması perspektivləri barədə məlumat verərək, layihənin genişləndirilməsini təmin edəcək məsələlərlə bağlı fikirlərini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın özünü və tərəfdaşlarını uzun müddət təmin edə biləcək qaz resursları var. Bu resursların hasil edilərək mövcud infrastrukturun təkmilləşdirilməsilə ixracı üçün çoxtərəfli əməkdaşlıq və birgə səylər əsasında əməli addımlar atılmalıdır. Söhbət zamanı Fransa ilə qaz sektorunda uzunmüddətli əməkdaşlığın bərpa olunan enerji sahəsində davam etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. Həmçinin Azərbaycanın regional enerji əməkdaşlığında iştirakından irəli gələn məsələlər nəzərdən keçirilib. Hazırda Cənub Qaz Dəhlizi yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirir. Daha bir neçə Avropa  ölkəsi də layihəyə qoşulmaqla bağlı artıq müvafiq addımlar atır. Şimali Makedoniya, Xorvatiya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina da Azərbaycan təbii qazını Avropaya nəql edən “Cənub Qaz Dəhlizi”nə qoşulmağa hazırlaşır. Rumıniya da belə bir istəyinin olduğunu bəyan edib. “Cənub Qaz Dəhlizi”nin Yunanıstan və Albaniya ərazisində, İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. Hətta cari ilin əvvəlində Azərbaycan qazı Fransa və İsveçrəyə nəql edilib. “Cənub Qaz Dəhlizi”nin, Azərbaycan qazı yanaşı, yaxın perspektivdə digər mənbələrdən Avropaya “mavi yanacaq” nəqlində  əsas tranzit kəmərlərdən biri olması gözlənilir. İlk növbədə Türkmənistanda, daha sonra Şərqi Aralıq dənizində, İranda hasil edilən qazın bir hissəsinin məhz “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya nəqli proqnozlaşdırılır. Bununla “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha böyük rol oynayacaq. Qeyd edək ki, hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu “Cənub Qaz Dəhlizi”nin Avropa hissəsi olan TAP kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr qaz təşkil edir. İndiki halda TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.Azərbaycan qazının TAP vasitəsilə Avropaya ümumi təchizatı 10 milyard kubmetrə çatıb. Hazırda TAP vasitəsilə Avropaya gündəlik 28 milyon kubmetrdən çox qaz verilir. 2022-ci ildə Azərbaycandan Türkiyəyə qaz ixracının 8,2 milyard kubmetr, Avropaya isə 9,1 milyard kubmetr təşkil edəcəyi gözlənilir.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ