Cümə axşamı günü, 26 noyabr 2026
     

Putinin rubl gedişi Avropanı dalana dirədi, Qərbdə gözlər yenə Azərbaycana dikildi

Image


Rusiya prezidenti Vladimir Putinin hasil edilən  qazın “dost olmayan ölkələr”ə rublla satışının yeni qaydası haqqında fərman imzalaması dünya bazarlarında ciddi ajiotaj yaradıb. Artıq qaz bazarlarında yenidən sürətli qiymət artımı qeydə alınır. Bu prosesin qarşıdakı günlər ərzində daha geniş miqyas alacağı proqnozlaşdırılır. Buna səbəb məhz Putinin qərarlarıdır.

Aviasiya sənayesi ilə bağlı müşavirədə çıxış edərkən bu haqda Putin özü bildirib: “Biz “dost olmayan” ölkələrdən olan müqavilə tərəflərinə aydın və şəffaf sxem təklif edirik. Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdırlar. Ödənişlər bu il aprelin 1-dən başlayaraq bu hesablar üzərindən edilməlidir”. O əlavə edib ki, həmin ölkələrin yanacağın rublla ödənişindən imtina etməsi öhdəliyi icra etməmələri kimi hesab olunacaq və bu halda mövcud müqavilələr dayandırılacaq. Bildirilib ki, “Qazprombank” xarici alıcılar üçün qaz tədarükünü ödəmək məqsədilə səlahiyyətli bank kimi təyin edilib. Lakin Avropa buna qarşı çıxır. Xüsusən də Fransa və Almaniya Rusiyadan qaz idxalına görə rublla ödəniş tələbini rədd edir. Fransa iqtisadiyyat və maliyyə naziri Bruno Lö Mer bildirib: “Böyük yeddiliyin” açıqlamasını xatırlatmaq istərdim. Qaz ödənişini başqa valyutada etmək tələbini qəbul etməyəcəyik. Müqavilədə belə bir şey yoxdur. Müqavilə imzalanıbsa, yerinə yetirilməlidir”. Almaniya kansleri Olaf Şolts da eyni mövqedən çıxış edir: “Biz müqavilələrə baxdıq. Orada ödənişin avro və dollarla aparılması göstərilib. Putinə dedim ki, ödəniş bu valyutalarda qalacaq”. O, Almaniyanın yaxın 1 il ərzində Rusiyadan neft və daş kömür asılılığına son qoya biləcəyini, amma qaz asılılığının qalacağını vurğulayıb. Bütün bunlar öz növbəsində qaz bazarlarında yeni qiymət artımına səbəb olub. Belə ki, Avropa bazarında aprelin 1-də keçirilən hərracın açılışında mavi yanacağın min kubmetrinin qiyməti 5 faiz artaraq 1500 dolları ötüb. Niderlanddakı TTF habında min kubmetr qazın may fyuçersinin qiyməti 1522 dollara qalxıb. Ümumilikdə isə mavi yanacağın qiymətində 5,6 faiz bahalaşma müşahidə olunub. Qeyd edək ki, martın 7-də Avropada mavi yanacağın qiyməti tarixdə ilk dəfə min kubmetrə görə 3900 dollara çatmışdı. Qiymətlərin yenidən bu həddə çatması istisna edilmir. Çünki Avropada rus qazını əvəz edəcək mənbə yoxdur. Lakin bəzi ölkələrdən Avropaya qaz nəqli artacaq və belə ölkələrdən biri kimi Azərbaycan üzərində diqqət daha çox cəmləşməyə başlayıb.

Avropa Yenidənqurma və İnkişaf Bankı bildirir ki, Azərbaycan indiki halda həm iqtisadi mövqeyni daha da yaxşılaşdıracaq, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu artıracaq. Qurumun “Regional Economic Prospekt” adlı hesabatına əsasən, bu il Azərbaycanın iqtisadi artımı 5 % olması gözlənilir ki, bu da bankın noyabr proqnozu ilə müqayisədə 1,8 faiz bəndi çoxdur. Avropa Yenidənqurma və İnkişaf Bankı təbii qaz nəqli ilə bağlı qeyd edir: "Azərbaycan iqtisadiyyatı artan neft qiymətlərindən və Avropa ölkələrinin alternativ neft və qaz tədarükçülərinə keçməsindən faydalana bilər. Bununla da, Azərbaycanın bu il ÜDM artımı daha da yüksələ bilər". Hesablamalara əsasən, inkişaf etmiş ölkələrin, o cümlədən Avropa dövlətlərinin təbii qaz istehlakını 2030-cu ilə qədər ən azı 15% artıracağı gözlənilir. Bu isə “köhnə qitə”nin mühüm qaz təminatçılarından biri kimi Azərbaycanın Avropanın enerji bazarında mövqeyinin daha güclü hala gəlməsini şərtləndirir. İlk növbədə o baxımdan ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə hesab edilir. Azərbaycanın malik olduğu zəngin enerji resursları ölkəmizin iqtisadi potensialını gücləndirməklə yanaşı, regional əməkdaşlıqda mühüm rol oynayır. Avropa ilə yaradılan enerji əməkdaşlığı, bu kontekstdə 2020-ci ilin sonunda tam istifadəyə verilmiş “Cənub Qaz Dəhlizi” qeyd edilənlərin real təsdiqidir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə  töhfə verən ölkələrdən biri hesab edilir. 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı olan və müvafiq ixrac infrastrukturuna malik Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşıdır. Azərbaycanın öz ehtiyatları ilə yanaşı, digər mənbələrdən də Avropa təbii qaz nəqlində əsas tranzit ölkələrdən birinə çevrilməsi gözlənilir. Gələcəkdə ilk olaraq Türkmənistandan “Cənub Qaz Dəhlizi” ilə təbii qaz nəql edilməsi proqnozlaşdırılır. Belə ki, ötən ay Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb. Yataqdan hasil edilən qazın, eləcə də Türkmənistanın öz yataqlarından çıxarılan “mavi yanacağın” “Cənub Qaz Dəhlizi” ilə Avropaya nəqli nəzərdə tutulur. Türkmənistanla imzalanan Anlaşma Memorandumu Orta Asiya qazının “Cənub Qaz Dəhlizi”nə qoşulması üçün daha çox imkanlar açır. Bundan başqa, “Cənub Qaz Dəhlizi” ilə İsraildən də Avropaya qaz nəql edilə bilər. Bunda İsrail maraqlı olduğunu yüksək rəsmi səviyyədə bir neçə dəfə bəyan edib. Gələcəkdə İran, İraq kimi ölkələrin də öz təbii qazını “Cənub Qaz Dəhlizi” ilə Avropaya nəql etməsi istisna olunmur. “Cənub Qaz Dəhlizi”ndə Azərbaycanın əsas payçılardan biri olması digər ölkələr öz qazını bu kəmərlə ixrac edəcəyi təqdirdə Azərbaycanın bundan böyük həcmdə mənfəət əldə etməsini şərtləndirəcək.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ