Bazar günü günü, 11 oktyabr 2026
     

Rusiya və Qərb arasında rubl çəkişməsi şiddətlənir

Image


Məlum olduğu kimi, bu günlərdə Rusiya prezidenti Vladimir Putin dost olmayan ölkələrə qazın rus rublu ilə satılmasını tapşırıb. Putinin bu bəyanatından sonra Rusiya valyutası bahalaşmağa başlayıb, dolların məzənnəsi 90 rubldan aşağı enib. Rublun bahalaşmasının davam etməsi gözlənilir. Amma məsələnin maraqlı tərəfi odur ki, Avropa Rusiyadan qaz alışının əvəzini rublla ödəmək niyyətində deyil.

Avropa İttifaqı ölkələri bəyan edirlər ki, Rusiya “Qazprom”una mavi yanacağın pulunu rublla ödəmək istəmirlər. Məsələ ilə bağlı Rusiya Strategiya Mərkəzinin rəhbəri Qleb Vışlinski qeyd edir ki, vəziyyət mürəkkəb xarakter almağa başlayır: “Qaz bazarda yox, müqavilə əsasında satılır. Rusiya qazını alan Avropa rəsmiləri qeyd edirlər ki, müqavilələrdə rubl yox, başqa valyuta nəzərdə tutulub. Bu tələb rublun müvəqqəti möhkəmlənməsinə yönəlmiş qısamüddətli siyasi gediş kimi görünür”. Vışlinskinin fikrincə, iqtisadi nöqteyi-nəzərdən alman qaz istehlakçısının “Qazprom”a avro ilə ödəniş etməsinin və sonra Kremlin bu avroları Rusiyanın valyuta bazarında satmasının fərqi yoxdur. Yaxud əvvəlcə alman istehlakçısı avronu valyuta bazarında satacaq və “Qazprom”a rubl verəcək: “Bununla avronun sayı dəyişmir, ona görə də bu daha çox siyasi gedişdir”. O hesab edir ki, Putinin ödənişi rublla tələb etməsi Avropa İttifaqının Rusiya qazından uzaqlaşması üçün ilk addım ola bilər. Amma Rusiya bu risqi də gözə alır. Bunu Amerikanın “PBS” teleşirkətinin efirində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun dedikləri də təsdiq edir: “Rusiya xeyriyyəçiliklə məşğul olmaq və Avropanı öz təbii qazı ilə pulsuz təmin etmək niyyətində deyil, Moskva, Avropa İttifaqı bu cür tədarükü rublla ödəməkdən imtina edəcəyi təqdirdə, vəziyyəti öyrənəcək və əlavə qərarlar qəbul edəcək. Bu fürsəti rədd edəndə nə baş verəcək, bilmirəm. Yekun qərardan xəbər tutan kimi nəyin edilə biləcəyini araşdıracağıq. Lakin biz qətiyyən bununla bağlı xeyriyyəçiliklə məşğul olmaq, Qərbi Avropaya pulsuz qaz göndərmək niyyətində deyilik. Ödəniş yoxdursa, qaz da yoxdur”. Peskov bildirib ki, Qərb dövlətləri əslində Rusiyaya qarşı genişmiqyaslı iqtisadi müharibəyə başlayıb: “Qərbi Avropa ölkələri, ABŞ, Kanada, Avstraliya faktiki olaraq bizə qarşı ticarətdə, iqtisadiyyatda müharibə aparır, əmlakımızı zəbt edir, pulumuzu ələ keçirir, maliyyə əlaqələrimizi əngəlləyir, biz Rusiyada özümüzə qarşı müharibəni hiss edirik. Və biz yeni reallığa uyğunlaşmalıyıq”.

Baş verənlərlə bağlı rus ekspert Vadim Pavlov qeyd edir: “Artıq Rusiyanın Avropa İttifaqına, ABŞ-a və digər “dost olmayan ölkələrə” öz mallarını dollar, avro və bir sıra digər valyutalarda satmasının heç bir mənası yoxdur. "Dost olmayan ölkələrdən" gələn alıcılar eyni həcmləri eyni qiymətlərlə almağa davam edəcəklər, sadəcə olaraq, onların mövcud müqavilələrə bir növ əlavə razılaşmaları olacaq ki, bu da onları əməliyyatda əlavə bir addım yerinə yetirməyə - valyutanı rubla çevirməyə məcbur edəcək”. Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bildirib ki, texniki nöqteyi-nəzərdən rublla tədarüklərə keçməkdə heç bir problem yoxdur, çünki heç kim qiymət düsturunu dəyişmək niyyətində deyil: “Qazprom”un müqavilələri hələ də ticarətin dollarla aparıldığı spot bazarlarda qazın qiyməti ilə bağlıdır. Sadəcə olaraq, indi son anda – alıcı pulu “Qazprom”a köçürməli olanda onları dollar və ya avro ilə deyil, rublla köçürəcək. Əgər indi “Qazprom” üç gün ərzində valyuta gəlirlərinin 80%-ni daxili birjada satmalıdırsa, yəni əslində dollar və avronu rubla dəyişməlidirsə,  indi alıcının özü birjaya getməli, valyutasını dəyişməli və “Qazprom”a dərhal Rusiya rublu verməlidir". Yəni ekspertin fikrincə, Rusiya qazının alıcıları üçün əsaslı heç nə dəyişmir: "Bəli, onlar üçün əlavə bir aksiya görünür, lakin bu cür hərəkətlər, birincisi, qadağan edilmir, ikincisi, Qərb şirkətlərinin rubl almaq üçün heç bir əlavə xərci belə yoxdur". İqor Yuşkovun fikrincə, bu tədbir Qərb alıcılarına Rusiyaya qarşı sanksiya siyasətinin onlara zərbə vurduğunu göstərmək üçün nəzərdə tutulub: “Əlbəttə, Avropa şirkətlərinin gəlib Rusiya Mərkəzi Bankından çoxlu rubl alması çox asan olardı, lakin o, sanksiyalar altındadır. Buna görə də, hazırkı dəyişikliklər Rusiya Federasiyası Mərkəzi Bankının sanksiyalardan çıxarılmasının zəruriliyini nümayiş etdirmək üçün nəzərdə tutulub. O vaxta qədər qərbli alıcılar birjaya getməli, rublu dollara və avroya dəyişməyə hazır olan şirkətlərdən hansının sanksiya siyahısında olmadığını, kiminlə əlaqə saxlayıb, kiminlə əlaqə saxlamadığını özləri görməli olacaqlar. Qeyd edək ki, bu qara siyahıya düşməyən və böyük həcmdə rubl satmağa hazır olan şirkətlər o qədər də çox deyil. Və əlbəttə ki, bu, Rusiyanın müəyyən bir ultimatumudur: ya biz rublla alver edirik, ya da heç ticarət etmirik. Qərb şirkətləri üçün rubla keçmək çətin olmayacaqsa, texniki cəhətdən onu reallaşdırmaq asan olacaq, amma Qərb siyasətçiləri üçün Rusiyanın ultimatumuna razılaşmaq çətin olacaq. Ona görə də hesab edirəm ki, siyasi müstəvidə Qərbdən kifayət qədər böyük müqavimət olacaq. Amma Rusiya xatırlatmağa çalışır ki, bütün bəyanatlarına baxmayaraq, Avropa hələ də Rusiya qazından kifayət qədər asılıdır. İndi, yeni sanksiyaların inkişafının qızğın vaxtında avropalılar nədənsə çox vaxt unudurlar ki, asılılıq həqiqətən böyükdür, Rusiya Avropa bazarına ən böyük qaz tədarükçüsüdür. İndi onlar seçim qarşısında qalacaqlar - rublla köçürmə ilə bağlı əlavə müqavilələr imzalamaq və ya imzalamamaq. Onlar indi nə edəcəklərini qiymətləndirəndə sadəcə Rusiyanın təchizatlarından nə qədər asılı olduqlarını başa düşməlidirlər”. Milli Enerji İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov isə bildirirr ki, Rusiya hakimiyyətinin bu qərarı Qərbin Rusiya Federasiyasının xarici valyutada ifadə olunan aktivlərinin bir hissəsini dondurması ilə bağlıdır: "Bizə qarşı dost olmayan ölkələr və onların şirkətləri hələ də enerji daşıyıcılarımızı alan bu vəsaitləri dondurmaqdan imtina etdiyinə görə, bu onların başqa cür geri qaytarılacağı deməkdir. Guya Avropa şirkəti bizim Mərkəzi Banka gedir, valyutaya rubl alır, onlarla qaz alır. Beləliklə, valyuta tədricən Avropadan Rusiyaya vurulur”. Hələlik isə Avropa ölkələrində Rusiya ilə qaza görə rublla hesablaşmalar məsələsində fikir ayrılığı yaranıb. Belə ki, ölkələrin müəyyən bir hissəsi, məsələn, Polşa və Baltikyanı ölkələr qazın rublla ödənilməsinin mümkünsüzlüyünü və Rusiyanın “mavi yanacağından” imtina etdiyini bəyan edirsə, o zaman ölkələrin başqa bir hissəsi, məsələn,  Bolqarıstan, Türkiyə və Serbiya əksinə, rublla ödəniş etmək üçün heç bir maneənin olmadığını bildirir. Rusiya qazının ən böyük alıcısı olan Almaniyada da bu məsələdə vahid mövqe yoxdur. Bundestaqın iqlim və enerji komitəsinin rəhbəri Klaus Ernst bildirir ki, nəzəri cəhətdən Almaniya qazın pulunu rublla ödəyə bilər, lakin o zaman ölkə öz sanksiyalarından yan keçməli olacaq. Almaniyanın vitse-kansleri Robert Habek isə Rusiyanı mövcud razılaşmaları pozmaqda ittiham edir və qəbul edilən qərarı Rusiya Federasiyasının etibarlı enerji təchizatçısı olmadığının nümayişi adlandırır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ