Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycan iqtisadi müstəvidə daha qüdrətli ölkəyə çevrilir...

Image


Rusiyanın fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlamasından sonra neft qiymətlərində kəskin artım yaşanır. Hətta bu həftənin ilk günündə “Brent” markalı neftin qiyməti 139 dollara yüksəlib. Düzdür, sonradan qiymətlər enib. Amma neft hələ də 120 dollardan baha satılır. Ekspertlər isə qeyd edir ki, Qərb tərəfindən Rusiyanın enerji sektoruna tətbiq edilən qadağalar artdıqca, neft qiymətləri qalxmaqda davam edəcək.

Məsələ ilə bağlı məşhur “Financial Times” qəzeti yazır ki, Rusiyadan neft idxalına qadağanın dairəsi genişlənərsə, təchizat şoku 1979-cu il böhranına yaxın olar. Xaırladaq ki, 1979-cu ildə neft böhranı İran inqilabının başlanması səbəbilə yarandı. İranda yeni rejim neft ixracını yenidən bərpa edənə qədər bazarda qiymətlər çox qalxdı. İndi də eyni təhlükə yaranıb. Ancaq Rusiyanın dünyaya neft ixracı tam qadağan olunmayıb. Rusiyadan enerji təchizatından daha çox asılı olan Avropa İttifaqı (Aİ) hələ bunu etməyib. İndilikdə ABŞ Rusiyaya qarşı bu adımı atır və Britaniya da ona qoşulmağa hazırlaşır. ABŞ dünyada ən böyük neft bazarı hesab olunur, günə 20 milyon barrel neft istehlak edir. 2021-ci ildə ölkə günə 8.5 milyon barrel xam neft və yanacaq idxal edib və bunun 8 faizi Rusiyanın payına düşüb. Qəzet yazır ki, Rusiyadan xam neft idxalının kəsilməsi daha az hiss olunacaq, nəinki vakuum qazoylu kimi neft məhsullarının. ABŞ-da emal zavodları sonuncudan ilkin xammal kimi istifadə edirlər. “Energy Aspects”in təhlilçisi Robert Kempbel bildirir “Rusiyadan xam neft idxalı əsasən konyunktura addımı idi. Daha çox təsir ilkin xammal idxalında hiss olunacaq”.

Son illər ABŞ-da yerli neft hasilatı artdığından, ölkənin emal zavodlarında “daha ağır” neft emal olunur, əməliyyatların rahat getməsi üçün Rusiyanın neft məhsullarından istifadə edilib. Kempbel bu fonda qeyd edir: “Bu həcmlər ABŞ-ın ümumi neft tələbatına nisbətdə kiçikdir, amma təchizatın azalması emal əməliyyatlarını çətinləşdirəcək. Ölkənin benzin bazarında çətinlik yaranacaq”. Yaranmış vəziyyətdə "Fitch Ratings" beynəlxalq reytinq agentliyi bildirir ki, Ukraynadakı müharibə və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar "MDB+" regionuna daxil olan ölkələr (Türkmənistan, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Ukrayna, Rusiya) üçün mühüm şoklar yaradır.

Qeyd edilir ki, münaqişənin gedişi və sanksiyaların son həcmi və müddəti ilə bağlı proqnozların verilə bilinməməsi regiondaxili ticarət və maliyyə axınlarının, eləcə də nəqliyyat və logistika əlaqələrinin pozulmasının miqyası ilə bağlı qeyri-müəyyənliyə gətirib çıxarır. Lakin elan edilmiş sanksiyaların şiddəti Rusiya iqtisadiyyatının 2022-ci ildə azalmasını qaçılmaz edir, ticarət, pul köçürmələri və turizm kanalları vasitəsilə "MDB+" ölkələrinin iqtisadiyyatlarına təzyiq göstərir. Məsələn, "Fitch" qeyd edir ki, hazırda Belarus 2021-ci ildə ixracının təxminən 40%-ni və idxalının 50%-ni təşkil edən Rusiyadan qaynaqlanan şoklara ən çox məruz qalan ölkədir. Belarus, Rusiya və Ukraynadan başqa "Fitch" heç bir region ölkəsinin reytinqlərində və ya reytinqləri üzrə proqnozlarında dəyişiklik etməyib. Belə ki, sözügedən ölkələrin məzənnə çevikliyi şokları hələlik təsirsiz olsa da, yüksək dövlət borcları və idxal inflyasiyası onlara əlavə yük olur. Agentliyə görə, Qazaxıstan, Türkmənistan, Azərbaycan və Özbəkistan kimi ölkələrdə böyük xarici buferlər sözügedən mənfi təsirləri aradan qaldırmaq üçün kifayət edir. Bundan əlavə, Azərbaycanın (kredit reytinqi "BB+"/"Stabil") ssenarisində yüksək karbohidrogen qiymətlərinin ölkənin kredit reytinqinə müsbət təsir göstərə biləcəyi bildirilir. Yeri gəlmişkən qeyd edək ki, Qərb indi Azərbaycandan daha çox neft və qaz almağa maraq göstərir. Burada xatırladaq ki, inkişaf etmiş ölkələrin, o cümlədən Avropa dövlətlərinin təbii qaz istehlakını 2030-cu ilə qədər ən azı 15% artıracağı gözlənilir. Bu isə “köhnə qitə”nin mühüm qaz təminatçılarından biri kimi Azərbaycanın Avropanın enerji bazarında mövqeyinin daha güclü hala gəlməsini şərtləndirir. İlk növbədə o baxımdan ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə hesab edilir. Azərbaycanın malik olduğu zəngin enerji resursları ölkəmizin iqtisadi potensialını gücləndirməklə yanaşı, regional əməkdaşlıqda mühüm rol oynayır. Avropa ilə yaradılan enerji əməkdaşlığı, bu kontekstdə “Cənub Qaz Dəhlizi” qeyd edilənlərin real təsdiqidir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə  töhfə verən ölkələrdən biri hesab edilir. 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı olan və müvafiq ixrac infrastrukturuna malik Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşıdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal iştirakı ölkəmizin həm regional, həm də qlobal miqyasda geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir, onu daha güclü hala gətirir. Qərb istiqamətində neft nəqlində də Azərbaycan önəmli rola malikdir. “The New York Times” qəzeti Rusiyadan neft idxalına qadağanın ABŞ iqtisadiyyatına təsir göstərəcəyini, qazın bahalanacağını yazır. Təhlilçilər bu qadağanın iqtisadi fəsadlarının miqyasının onun strukturundan asılı olacağını deyir. Məsələn, avropalılar da Rusiyadan neft-qaz idxalını yasaqlayarsa, miqyas böyüyər. Amma bunlar fonunda, Azərbaycan da daxil olmaqla, digər ölkələrdən neft-qaz idxalının artması zərurətə çevriləcək. Təbii ki, bu da Azərbaycanın karbohidrogen satışından daha çox gəlir əldə etməsi deməkdir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ