Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Avropa Azərbaycanı iki ölkədən biri elan etdi...

Image


Dünya qaz bazarında tezliklə əsl xaotik vəziyyət yaranması gözlənilir. Buna əsas səbəb dünyada ən böyük təbii qaz təchizatçısı olan Rusiyanın satdığı “mavi yanacaq”dan Qərb ölkələrinin imtina etməyə hazırlaşmasıdır.

Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın açıqlamalarına əsasən, "Böyük Yeddilik" ölkələri Rusiya qazından imtinanın zəruriliyi ilə bağlı razılığa gəliblər: “Biz birlikdə Ukraynanı dəstəkləyəcəyik, Rusiya iqtisadiyyatını isə sanksiyalarla sarsıdacağıq”. İndi maraq doğuran odur ki, yaranmış vəziyyətdə Avropa Rusiya qazını necə əvəzləməyi düşünür. Məhz belə bir vaxtda Avropa İttifaqının Rusiya qazından asılılığını azaltmaqla bağlı 10 bəndlik plan dərc olunub. Avropa Komissiyası və Beynəlxalq Enerji Agentliyi tərəfindən hazırlanan sənədin ikinci bəndində regionun ehtimal edilən mühüm qaz təchizatçıları kimi Norveç və Azərbaycan göstərilir. Qeyd edilir ki, 2021-ci ildə Avropa İttifaqı ölkələrinə Rusiyadan 140 milyard kubmetr təbii qaz və 15 milyard kubmetr maye qaz  idxal olunub, bütövlükdə həmin ölkə hesabına məcmu qaz ehtiyacı 40 faiz səviyyəsində qarşılanıb. Plana görə, düşünülmüş addımlarla Rusiyadan illik qaz idxalını 50 milyard kubmetr, o cümlədən başqa mənbələr hesabına 30 milyard kubmetr azaltmaq mümkün olacaq. Belə ki, Rusiyadan qaz idxalına dair 2022-ci ildə 15 milyard kubmetrlik, 2030-cu ilədək daha 40 milyard kubmetrlik müqavilələr başa çatdığından, başqa variantlara üz tutmaq üçün əlverişli fürsət qarşıya çıxır. Norveç və Azərbaycandan boru kəməri vasitəsilə idxal 2021-ci ilə nisbətən 2023-cü ildə 10 milyard kubmetr arta bilər.  Bununla yanaşı, 200 milyard kubmetr həcmində illik reqazifikasiya imkanları olduğu nəzərə almaqla Avropa İttifaqı maye qaz  idxalını 2021-ci ilə nisbətən 60 milyard kubmetr, o cümlədən 2023-cü ildə 20 milyard kubmetr artırmağı hədəfləyir.

Bunlar fonunda Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borell qeyd edir ki, təmsil etdiyi qurum Ukraynadakı münaqişə ilə əlaqədar olaraq Rusiyadan enerji daşıyıcılarının idxalının dayandırılmasını istisna etmir. Onun sözlərinə görə, bütün variantlar nəzərdən keçirilir: “Siz gördünüz ki, bütün sanksiyalar masanın üstündə idi. Heç kimin gəbul olunacağını gözləmədiyi tədbirlər qəbul edildi. Biz artıq Rusiya iqitsadiyyatına güclü zərər vuracaq buna kimi görülməmiş maliyyə, siyasi və iqitsadi sanksiyaları qəbul etdik. Biz Ukraynanın müdafiə hüququnu dəstəkləyirik”. Bu halda Avropa alternativ mənbələrdən təbii qaz idxalını vacib sayır və bu müstəvidə əsas diqqət Azərbaycan üzərində cəmləşir. Bu gün Azərbaycan dünya miqyasında mühüm neft və qaz hasilatçılarından, təminatçılarından biri kimi qəbul olunur. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin istifadəyə verilməsi ölkəmizin enerji potensialının dünya bazarlarında reallaşdırılması baxımından növbəti mühüm hadisə hesab edilir. Bununla Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha mühüm rol oynamağa başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən  “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsi və Azərbaycan qazının “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya çatdırılması ilə ölkəmizin “köhnə qitə”nin enerji təhlükəsizliyinin təmin olunmasında rolu daha da artıb. Qərb dünyasında belə bir fikir hakimdir ki, “Cənub Qaz Dəhlizi” Avropaya enerji asılılığından xilas olmağa kömək etmək iqtidarındadır. Bu səbəbdən Avropa Azərbaycanla enerji sahəsində əməkdaşlığını daha da dərinləşdirməlidir. Yeni müqavilələr imzalanacağı halda Azərbaycan Avropa bazarına daha böyük həcmdə təbii qaz göndərə bilər. Burada daha bir önəmli nüans ondan ibarətdir ki, Azərbaycan təbii qazının qiyməti digər mənbələrdən daxil olan “mavi yanacaq”dan ucuzdur və tamamilə yeni mənbədən gəlir. Ümumiyyətlə, “Cənub Qaz Dəhlizi”nin Avropa üçün vacibliyi Avropa bazarı üçün əlavə qaz həcmlərinin təmin edilməsi ilə yanaşı, alternativ mənbə olması ilə izah edilir.

Onu da bildirək ki, daha çox ekoloji enerji mənbələrinə üstünlük verən Avropa bazarı əlavə qaz həcmlərini qəbul etməyə həmişə hazırdır. Azərbaycan da, öz növbəsində, sözügedən əlavə həcmlərin bir hissəsini təşkil etmək gücündədir.  Bu da ondan irəli gəlir ki, ölkənin qaz ehtiyatları tək “Şahdəniz” yatağı ilə kifayətlənmir. Son illərdə aşkar olunmuş “Abşeron” və “Ümid” yataqları və Xəzərdə yerləşən digər perspektiv strukturlar gələcəkdə respublikada qaz hasilatının kəskin artacağı haqda danışmağa imkan verir. Bu proqnozlar əsassız deyil və konkret rəqəmlərlə təsdiqlənir. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Babək", "Naxçıvan", "Zəfər-Məşəl", "Araz-Alov-Şərq" və "Şəfəq-Asiman" perspektiv strukturlarından ilkin çıxarıla biləcək qaz ehtiyatları 2,2 milyard kubmetr həcmində qiymətləndirilir. Bu həcmin 1,2  milyard.kubmetri "Araz-Alov-Şərq" (700 milyard kubmetr) və "Şəfəq-Asiman" (500 milyon kubmetr) strukturlarının payına düşür. Azərbaycanda yeni yataqların açılması və böyük potensiala malik olan bir sıra perspektiv strukturların mövcudluğu qaz hasilatının artırılması üçün şərait yaradır.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ