Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Avropa dövlətləri bir-bir Azərbaycana minnətçi düşməyə başladı

Image


Rusiya-Ukrayna qarşıdurması fonunda təbii qazla bağlı təminat səviyyəsi Avropada indi əsas müzakirə predmetidir. Bu fonda Avropa Komissiyası yeni qərar layihəsi hazırlayıb. Sənədə əsasən, Avropa İttifaqına (Aİ) üzv olan dövlətlərin qaz anbarlarının doluluğunun 80% səviyyəsində saxlanılması tələb olunacaq.

Qeyd olunur ki, Avropanın yeni enerji strategiyasının layihəsi gələn həftə təqdim olunacaq. O reallaşacağı təqdirdə, bu ilin sentyabrın 30-dək anbarlar tələb olunan səviyyəyədək doldurulmalıdır. Eyni zamanda, 80%-lik hədəf bütün Avropa İttifaqı üzrə orta səviyyədir, ayrı-ayrı ölkələrdə bu göstərici fərqlənəcək. Məlumata əsasən, şirkətlər lazımi həcmdə ehtiyatı təmin edə bilməyəcəyi təqdirdə, dövlət bu prosesi öz hesabına həyata keçirə bilər. Avropa Komissiyasının qaz üzrə ekspert əlaqələndirmə qrupu bazardakı vəziyyətə nəzarət edəcək. İndi əsas məsələ tələb edilən qazın haradan alınmasıdır. Avropanın bu məsələdə əsas ümid yerlərindən biri, əvvəlki kimi, Azərbaycandır. Bunu ayrı-ayrı Avropa dövlətləri də açıq ifadə edir. Məsələn, Bolqarıstan rəsmiləri bildirir ki, ölkə üçün Rusiyadan tədarükdə problemlər yaranarsa, əlavə həcmdə təbii qazın tədarükü ilə bağlı Azərbaycanla danışıqlar aparılcaq. Bolqarıstanın energetika naziri Aleksandr Nikolov sektoral parlament komissiyasının iclası zamanı qeyd edib ki, problemlər yarandığı halda alternativ imkanlar mövcuddur və bu imkanlardan biri də “Cənub Qaz Dəhlizidir”. Yunanıstan vasitəsilə əlavə həcmdə təbii qazın tədarükü mümkündür. Qeyd edək ki, Azərbaycan tezliklə Bolqarıstan bazarına 1 milyard kubmetrə qədər qaz tədarükü həyata keçirəcək. Lakin perspektivdə bu həcmin artırılması Bolqarıstanın maraq dairəsindədir. Bolqarıstan bazarına Azərbaycan qazının tam həcminin, yəni 1 milyard kubmetrə qədər, tədarükü Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşası həyata keçiriləndən sonra mümkün olacaq. Ötən il isə Bolqarıstana 273 milyon kubmetr Azərbaycan qazı ixrac edilib. Yunanıstan-Bolqarıstan İnterkonnektoru hazır olmadığına görə Bolqarıstan tam həcmdə qaz ala bilmir. Qeyd edək ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının ikinci mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. Yunanıstan-Bolqarıstan İnterkonnektorunda tikinti işlərinin bu ilin ikinci yarısında başa çatacağı gözlənilir.”Cənub Qaz Dəhlizi”nin inkişafı çərçivəsində Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.

Bolqarıstandan başqa, Rumıniya da Azərbaycan qazı ilə yaxından maraqlanır. Bu məsələ  energetika naziri Pərviz Şahbazovun Rumıniyanın energetika naziri Virgil Daniel Popesku və strateji layihələr üzrə xüsusi nümayəndə Ana Birçal, həmçinin “Transgaz” və “Romgaz” şirkətlərinin rəhbər şəxslərinin daxil olduğu nümayəndə heyəti ilə görüşündə də diqqət mərkəzində olub. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığının prioritet istiqamətləri üzrə müzakirələr aparılıb. Energetika sahəsində əməkdaşlığın inkişafında Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin mühüm rol oynadığı qeyd edilib. Həmçinin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində 8-ci nazirlər iclasında Rumıniyanın iştirakı, layihəyə marağı yüksək təqdir edilərək, dəhlizin genişləndirilməsi çərçivəsində bu ölkənin layihəyə qoşulma perspektivləri müzakirə edilib. Bununla yanaşı, məlumdur ki, Şimali Makedoniya, Xorvatiya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina da Azərbaycan təbii qazını Avropaya nəql edən “Cənub Qaz Dəhlizi”nə qoşulmağa hazırlaşır. Hazırda “Cənub Qaz Dəhlizi” yeddi ölkəni - Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyanı birləşdirir. Daha bir neçə Avropa  ölkəsi də layihəyə qoşulmaqla bağlı artıq müvafiq addımlar atıb. Perspektivdə daha çox sayda ölkənin “Cənub Qaz Dəhlizi” vasitəsilə “mavi yanacaq” idxal etməsi proqnozlaşdırılır. “Cənub Qaz Dəhlizi”nin Azərbaycan qazı ilə yanaşı, yaxın perspektivdə digər mənbələrdən Avropaya “mavi yanacaq” nəqlində  əsas tranzit kəmərlərdən biri olması gözlənilir. İlk növbədə Türkmənistanda, daha sonra Şərqi Aralıq dənizində, İranda hasil edilən qazın bir hissəsinin məhz “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropaya nəqli proqnozlaşdırılır. Bununla “Cənub Qaz Dəhlizi” Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha böyük rol oynayacaq. Qeyd edək ki, XXI əsrin layihəsi hesab edilən “Cənub Qaz Dəhlizi”nin istifadəyə verilməsi ölkəmizin enerji potensialının dünya bazarlarında reallaşdırılması baxımından növbəti mühüm hadisə hesab edilir. Bununla Azərbaycan həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində daha mühüm rol oynamağa başlayıb.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ