Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycanla əməkdaşlığın genişləndirilməsi Avropada əsas prioritetə çevrilir...

Image


Son bir il ərzində Avropada xüsusi diqqət mərkəzində yer alan əsas məsələlərdən biri də enerji təhlükəsizliyi, xüsusən də təbii qazla etibarlı təminata nail olmaqdır. Bu məqsədlə Avropa tərəfdaşları, xüsusən də Azərbaycanla əməkdaşlığını daha da dərinləşdirməyə çalışır.

"Fitch Ratings" beynəlxalq reytinq agentliyinin analitikləri bütün bunları təsadüfi hesab etmir. Analitiklər qeyd edir ki, Avropa qaz bazarındakı mövcud vəziyyət regionu təchizatçıların sayını genişləndirməyə və uzunmüddətli perspektivdə enerji keçidini sürətləndirməyə sövq edə bilər: "Ehtiyatların aşağı səviyyədə olması, "Qazprom"dan tədarükün azalması və son bir neçə ayda artan geosiyasi gərginlik Avropa qaz bazarında daha böyük qıtlıq və əlavə tədarüklərin axtarışına zəmin yaradıb. Qısamüddətli perspektivdə Avropanın Rusiya qazının tədarükündən asılı qalmaqda davam etməsinə baxmayaraq, uzunmüddətli perspektivdə Rusiyadan tədarükün azalması təchizatçı bazasının daha geniş şaxələndirilməsinə və enerji keçidinin sürətləndirilməsinə gətirib çıxara bilər. Avropada qaz ehtiyatlarının aşağı olması fonunda avropalı istehlakçılar mayeləşdirilmiş təbii qaz (LNG) üçün asiyalılarla rəqabət aparır. Bu, son həftələrdə rekord səviyyələrdən bəzi enişlərə baxmayaraq, Avropada təbii qaza olan spot qiymətləri yüksək səviyyədə saxlayır. LNG və boru kəmərləri ilə qaz tədarükçülərindən əlavə həcmlər qısa müddətdə "Qazprom"dan tədarükün azalmasını kompensasiya etməyə kömək edir”. Tərəfdaşlarla əməkdaşlığın daha da dərinləşdirilməsi Avropaya qaz böhranını çözməyə kömək edəcək əsas amillərdən biri kimi dəyərləndirilir. Bu xüsusda Azərbaycanla əməkdaşlıq indi daha çox diqqət cəlb edir.

Hesab edilir ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII iclası Azərbaycan və Avropa arasında enerji müstəvisində əməkdaşlığı daha da dərinləşdirəcək növbəti mühüm hadisə olacaq və hazırda tərəflər bu xüsusda aktiv müzakirələr aparır, yeni razılıqlar üzərində işləyirlər. Ekspertlərə görə, “Cənub Qaz Dəhlizi” üzv ölkələr arasında milli səviyyədə əməkdaşlığın yeni formatıdır. Bu fonda layihəyə maraq artıb, yeni-yeni ölkələr ona qoşulmağa can atır. Bu, həm də Azərbaycanın “qaz diplomatiyası”nın mühüm uğurlarıdır. Uğurun əsas səbəbi həm də  Azərbaycanın 2006-ci ildən dünya enerji bazarında özünü etibarlı tərəfdaş kimi tanıtması, enerji siyasətini sırf iqtisadi siyasət kimi yürütməsi, partnyor ölkələrin isə bu reallığı qəbul etməsidir. Təsadüfi deyil ki, artıq alıcı və potensial olaraq alıcı olmaq istəyən ölkələr Azərbaycandan daha çox qaz almaq, Azərbaycan qazının Balkanlar istiqamətində ixrac coğrafiyasını genişləndirmək arzularını bəyan edirlər. O da xüsusi diqqət mərkəzində yer alır ki, Azərbaycanın təsdiq edilmiş 2,6 trilyon kubmetr qaz ehtiyatları mövcuddur, ölkə yeni yataqların işlənməsi ilə qaz ixracını artırmaq gücünə sahibdir. Uzunmüddətli müqavilələr qarşılığında Azərbaycan öz alıcılarını qazla təmin etmək gücündədir. Digər tərəfdən, Azərbaycanın "yaşıl enerji" layihələrinə start verməsi ixrac üçün əlavə ehtiyatlar yaranmasına səbəb olur. Hesablamalara əsasən, 2021-ci il və bu ilin yanvar ayı ərzində “Cənub Qaz Dəhlizi” vasitəsilə Gürcüstan, Türkiyə və Avropadan olan istehlakçılar ümumilikdə 18,5 milyard kubmetrdən çox, Avropa ölkələri isə 8,9 milyard kubmetr təbii qazla təchiz olunub. Bu onu göstərir ki, “Cənub Qaz Dəhlizi” Avropa ölkələrinin enerji təchizatında böyük əhəmiyyət kəsb edir. Bu amil isə dəhlizin Avropanın digər dövlətlərinə qədər genişləndirilməsini aktual edir. Beləliklə, layihə çərçivəsində Azərbaycan onunla müttəfiq olan ölkələrlə əlaqələrini daha da gücləndirir. Avropa İttifaqının genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyi bunlar fonunda qeyd edir ki, "Cənub Qaz Dəhlizi” Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edir. Komissar qeyd edib ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır: “Biz nəinki Avropa İttifaqı ölkələri, eləcə də Balkan ölkələri üçün qaz tədarükü arzusundayıq”. Avropa İttifaqı rəsmisi Azərbaycanı Avropanın etibarlı tərəfdaşı və enerji daşıyıcıları təchizatçısı olaraq dəyərləndirib.

Xatırladaq ki, Azərbaycan cari ildə Avropaya daha çox qaz göndərməyə hazırlaşır. Bunu hələ “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxışı zamanı Prezident İlham Əliyev də təsdiq edib: "Hazırda qaz bazarındakı vəziyyət sabit deyil, qiymətlər dəyişkəndir. Bu amillər nəzərə alınaraq, bu il Azərbaycan keçən illə müqayisədə ixracı daha da artıracaq. Azərbaycanın böyük təbii qaz potensialı buna imkan verir. Biz neft ixracatına uzun illər bundan əvvəl – 2006-cı ildə başlamışıq. Təchizatda heç bir fasilə olmayıb, müqavilə şərtləri pozulmayıb, enerji siyasətinin arxasında heç bir siyasi gündəm dayanmayıb. Bizim enerji siyasətimiz həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb. İndi isə mən qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı ilə əlaqədar son məlumatlara baxanda görürəm ki, bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Çünki biz hasilatı artırmağı planlaşdırırıq”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ