Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycanın Avropaya qaz nəqlindən gəlirləri qat-qat çoxalacaq

Image


"Cənub Qaz Dəhlizi” Avropa üçün enerji resurslarının vacib tədarük mənbəyidir". Belə bir açıqlama ilə Rumıniyanın energetika naziri Vircil-Daniel Popesku çıxış edib.

O bildirib ki, bu ciddi enerji layihəsinin başlanmasından keçən 7 il ərzində "Cənub Qaz Dəhlizi”nin birinci mərhələsi artıq bir ildən çoxdur tamamlanıb: “Rumıniyanın lap əvvəldən dəstəklədiyi "Cənub Qaz Dəhlizi”, xüsusilə də mövcud enerji böhranları şəraitində Avropanın enerji təhlükəsizliyi üçün nə dərəcədə əhəmiyyətli olduğunu getdikcə daha çox sübut edir”. Onun sözlərinə görə, ötən il bütün ölkələrin enerji sektoru üçün ciddi sınaq ili olub və "Cənub Qaz Dəhlizi” vasitəsilə nəql edilən Azərbaycan qazı regionun bir sıra ölkələri üçün sığorta rolunu oynayıb. Bununla bağlı “report”a açıqlamasında nazir qeyd edib: “İlk dəfə olaraq Azərbaycan qazının Avropaya birbaşa nəqli həyata keçirildi. Bu səylərin davamlı olması vacibdir, çünki Avropanın bir çox ölkələri bu uğurlu layihəyə qoşulmaq istəyir və bunda maraqlıdır. Bu isə gələcək inkişaf mərhələlərinin icrasına töhfəsini verə bilər”. Monteneqronun Kapital İnvestisiyaları Nazirliyinin dövlət katibi Marko Perunoviç bütün bunları təsadüf hesab etmir. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısı fonunda o qeyd edir: “Tədbir çərçivəsində bir çox məhsuldar müzakirələrimiz oldu. “Cənub Qaz Dəhlizi” Qərbi Balkan regionunda yerləşən bütün dövlətlər, o cümlədən Monteneqro üçün çox əhəmiyyətli layihədir. Bizim çox böyük enerji potensialımız var. Ölkəmizin zəngin enerji potensialı mövcuddur və müzakirələr zamanı biz qarşıdakı illərdə yeni bərpaolunan enerji mənbələrinin yaradılması məsələlərinə toxunduq. Hələlik Monteneqronun təbii qaza çıxışı yoxdur. Lakin ümid edirik ki, bu tezliklə mümkün olacaq. Ölkədə təbii qaz tədarükünün həyata keçirilməsinin əsas yollarından biri davamlı enerji istehsalı istiqamətində yeni layihə hazırlamaqdır. Bunun üçün isə “Cənub Qaz Dəhlizi”nin davamı olacaq “İon-Adriatik” boru kəmərinə ehtiyacımız var. Monteneqro regiondan olan tərəfdaşlarla bu istiqamətdə danışıqlar aparır. Ümid edirik ki, hər hansı razılaşma əldə edilərsə, o zaman biz Avropadan olan tərəfdaşlarımızdan, o cümlədən TAP və “Cənub Qaz Dəhlizi”nin iştirakçısı olan ölkələrdən də dəstək ala bilərik. Biz inanırıq ki, tezliklə həmin layihəni uğurla həyata keçirəcəyik və davamlı enerji istehsalını təmin etmiş olacağıq”.

Bolqarıstanın energetika naziri Aleksandr Nikolov isə qeyd edir ki, hazırda “Cənub Qaz Dəhlizi” daha da genişlənir: “Biz Avropa dövlətlərindən olan tərəfdaşlarımızla birgə inanırıq ki, təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin artırılması məsələlərində “Cənub Qaz Dəhlizi” layihəsi təkcə cənub-şərqi Avropa regionu üçün deyil, həmçinin bütün Avropa İttifaqı ölkələri üçün çox əhəmiyyətlidir. Bundan əlavə, Bolqarıstan və Serbiya arasında interkonnektorun tikintisi layihəsi ilə bağlı yeni imkanlar axtarışındayıq”. Proseslərin real axarı göstərir ki, ölkəmzinin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, onu qlobal enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Avropada baş verən sonuncu qaz böhranı və yaranmış vəziyyətdə Azərbaycanın oynaya biləcəyi rol bunun bariz nümunəsidir. Bu baxımdan Avropa İttifaqının yaranmış qaz böhranı ilə bağlı Azərbaycanla danışıqlara başlamasını və Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti, 8-ci iclası mühüm əhəmiyyət kəsb edir. İclasda 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edib. Bu gün Avropa İttifaqı üzləşdiyi qaz böhranının aradan qaldırılması üçün Azərbaycanın “Cənub Qaz Dəhlizi” vasitəsilə hasilatın həcminin artırılması istiqamətində danışıqlara başlayıb. Amma hesab edilir ki, qaz hasilatının həcminin artırılması qısamüddətli, müvəqqəti çətinliklərin həlli ilə bağlı olmamalıdır. Bu, vədlər əsasında deyil, uzunmüddətli müqavilələr əsasında həyata keçirilməlidir. Çünki qaz kəmərində həcmin artırılması çox mürəkkəb bir prosesdir və bu nəzərə alınmalıdır. Gələcəkdə “Cənub Qaz Dəhlizi” vasitəsilə il ərzində 32-34 milyard kubmetr qaz nəql etmək mümkündür. Əgər Avropa İttifaqı öz bazarını etibarlı şəkildə qazla təmin etmək istəyirsə, o zaman bu məsələ ciddi müzakirələr tələb edir. Danışıqlarda Azərbaycan gələcəkdə təkcə öz qazı deyil, eyni zamanda, digər Xəzəryanı ölkələrin qazının da “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropa bazarına çıxarılması məsələsi müzakirə edilə bilər. Bakıdakı tədbir çərçivəsində təşkil olunmuş mətbuat konfransında Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson da bildirib ki, “Cənubi Qaz Dəhlizi” Cənub-Şərqi Avropa ölkələrinə gözəl töhfədir. Onun sözlərinə görə, hazırda enerji bazarında sıxıntı və qiymətli artım müşahidə olunur: “Yaxın gələcəkdə bu boru kəmərinin imkanlarını genişləndirmək düşünülür. Xüsusilə Qərbi Balkan istiqamətində genişləndirməklə bağlı müzakirələr aparılır”. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban məsələ ilə bağlı bildirir: “Biz 4 fevral 2022-ci il tarixini Azərbaycan və Avropa arasında təbii qaz sahəsində əməkdaşlıqda yeni səhifənin açılması kimi qiymətləndirə bilərik". Onun sözlərinə görə, 19 sentyabr 2013-cü il tarixində “Şahdəniz” konsorsiumunda 10 Avropa şirkəti arasında qazın alqı-satqısı ilə bağlı imzalanan saziş bu layihənin birinci mərhələsi idisə, sözügedən tədbirlə ikinci mərhələsinin əsası qoyulub: “Bir tərəfdən Avropa ölkələri Azərbaycandan əlavə qaz almaq niyyətlərini ortaya qoyublar, digər tərəfdən isə Azərbaycan bu niyyətə müsbət cavab verib. Onun detallarının açıqlanması isə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun mətbuat konfransında qeyd etdiyi kimi, müəyyən detallı təhlillərdən sonra olacaq. Yəni Avropa ölkələri hansı həcmdə əlavə qaz həcmləri qəbul etməkdə maraqlı olacaqlar və buna uyğun olaraq da “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi məsələləri gündəmə gələcək. Bakıda keçirilmiş nazirlərin VIII toplantısının əsas əhəmiyyəti budur”. İ.Şabanın fikrincə, toplantı həm də Azərbaycan qazının Avropa bazarında satılmasının ilk ilinin yekunlarına həsr olunub: “Bu ilin təhlili onu göstərdi ki, Azərbaycan qaz bazarı məkanına yeni bir oyunçu kimi daxil oldu. Ölkəmiz özünü intizamlı bir oyunçu kimi göstərdi və bu müddətdə Avropadakı istehlakçıların inamını qazandı. Hətta Azərbaycan Avropada rəğbət hissi də oyada bilib. Bunun nəticəsidir ki, nəinki qaz alan ölkələrdən, hətta Azərbaycan qazı getməyən ölkələrdən belə ona sifarişlər gəlib".

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ