Cümə axşamı günü, 26 noyabr 2026
     

ABŞ da Avropanın enerji təhlükəsizliyində Azərbaycanı əsas tərəfdaş qismində görür

Image


“ABŞ Avropanın qaz tədarükündə Rusiyanı əvəz edəcək tərəflərlə danışıqlar aparır”. Belə bir açıqlama ilə Ağ Evin mətbuat katibi Cen Psaki çıxış edib.

Xatırladaq ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell Avropa İttifaqının Rusiyaya alternativ olaraq ABŞ, Qətər və Azərbaycanla qaz tədarükü məsələsi ilə bağlı danışıqlar apardığını bildirib. Elə ABŞ da Avropanın təbii qazla təmin edilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirir. Bunu ABŞ-ın Azərbaycandakı səfirliyi də açıq mətnlə bəyan edir. Səfirlik bu xüsusda bildirir: “Amerika Birləşmiş Ştatları Azərbaycanın “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfəsini etiraf edir. ABŞ Azərbaycanla iqtisadiyyat, energetika və təhlükəsizlik sahəsində 30 illik əməkdaşlığa yüksək dəyər verir. Azərbaycanın “Cənub Qaz Dəhlizi” vasitəsilə Avropanın enerji təchizatının şaxələndirilməsinə əhəmiyyətli töhfəsini etiraf edirik”. Səfirlikdən bildirilib ki, ABŞ və Avropa İttifaqının dəhlizin reallaşdırılmasına verdiyi dəstək Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsi, habelə ölkənin karbonsuzlaşdırılma və Avropaya qaz tədarükünün şaxələndirilməsi səylərinə dəstəklə bağlı uzunmüddətli məqsədin bir hissədir. Bunlar fonunda amerikalı ekspert İrina Zukerman qeyd edir ki, enerji və  digər istiqamətlər üzrə Azərbaycanla Qərb dünyası arasında əməkdaşlığın daha da dərinləşməsini gözləmək olar. Bu prosesdə ABŞ da fəal iştirak edəcək: “Azərbaycanla ABŞ arasında yeni və nəhayətsiz əməkdaşlıq imkanları açılır". Onun sözlərinə görə, ötən müddət ərzində Ağ Ev Azərbaycanın Cənubi Qafqazda siyasi müttəfiq və iqtisadi tərəfdaş kimi mühüm rolunu dəyərləndirib. Bundan sonra, xüsusilə də Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə ortaya çıxan yeni gerçəkliklərlə bağlı iki ölkənin əməkdaşlığı daha sürətlə inkişaf edəcək: “Təəssüf ki, iki ölkənin münasibətləri enerji və hərbi əməkdaşlıq çərçivəsindən o yana getməyib. Amma İkinci Qarabağ müharibəsindəki qələbədən, torpaqların azad olunmasından sonra vəziyyət kökündən dəyişib, növbəti 30 ildə daha geniş imkanlar görünür”. O diqqətə çatdırıb ki, rəsmi Vaşinqton bir tərəfdən Azərbaycana azad edilən torpaqları minalardan təmizləmək üçün mühüm yardımlar göstərib, digər tərəfdən isə “Cənub Qaz Dəhlizi”nin Avropadakı enerji böhranını dəf etməkdə oynadığı mühüm rolu dəstəkləyir: “İndi mədəniyyət və elm sahəsindəki təmaslar, yeni enerji və yüksək texnologiyalar növləri və sair sahələrdə işgüzar və iqtisadi əməkdaşlıqlar üçün yollar açılır. Bəli, Qafqazdakı vəziyyət Birləşmiş Ştatların heç vaxt öncül məsələsi olmayıb, amma indi Azərbaycan özünü yeni müstəvidə, yəni geosiyasi böhranların iştirakçısı qismində yox, ABŞ-ın böyük şirkətlərinə, hökumətin müxtəlif layihələri üçün çox şey təklif edə biləcək tərəfdaş olaraq doğrultmaq fürsəti qazanıb”.

Bu arada qeyd edək ki, fevralın 4-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısı keçiriləcək. Azərbaycanın Avropanın qaz tədarükündə rolunun artırılması burada geniş müzakirə ediləcək. Xtırladaq ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı isə 2021-ci il fevralın 11-də keçirilib. Avropa Komisiyasının enerji komissarı Kadri Simson bildirir ki, "Cənubi Qaz Dəhlizi” Məşvərət Şurası layihənin bütün iştirakçılarını bir araya gətirərək onun reallaşmasına böyük töhfələr verib: “İndi də bu layihənin gələcək rolunu müzakirə edəcəyik”.  Avropa komisarının sözlərinə görə, SGC Avropa İttifaqınnın enerji mənbələrinin şaxələndirilməsinə və təchizatın təhlükəsizliyinə töhfədir, Avropa enerji sistemini gücləndirir: "Cənubi Qaz Dəhlizi” təbii qazı Avropa İttifaqına yeni mənbədən, yeni yolla çatdırır”. Bu fonda Avropa ölkələri Azərbaycandan daha çox qaz nəqlində maraqlı tərəf kimi çıxış etdiklərini bəyan edir. Məsələn, İtaliya hökuməti Azərbaycan təbii qazının tədarükünün artırılmasında maraqlıdır. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano bildirib ki, TAP boru kəməri vasitəsilə hər il təxminən 8 milyard kubmetr Azərbaycan qazı İtaliyaya nəql olunur. Hazırda TAP öz tutumunun 80 faizi ilə qaz nəql edir. O, TAP-ın tam işə salınması və ən qısa zamanda təbii qaz nəqlinin 10 milyard kubmetrə çatdırılmasının vacibliyini vurğulayıb. Dövlət katibi, həmçinin, təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi və Avropanın enerji təhlükəsizliyinin artırılması məqsədilə TAP-ın ötürücülük qabiliyyətinin iki dəfə artırılmasının məqsədəuyğunluğunu qeyd edib. Vurğulayıb ki, TAP-ın infrastrukturu uzunmüddətli perspektivdə hidrogenin nəqli üçün istifadə edilə bilər. Azərbaycanın energetika naziri Pərviz Şahbazov Azərbaycan hökumətinin TAP boru kəmərinin ötürücülük qabiliyyətini artırmağa hazır olduğunu bildirib. Nazir qeyd edib ki, hazırda bununla bağlı bazar sınaqları aparılır.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

26.11.2026 / 09:46
“Azeri Light” bahalaşdı - Azərbaycan neftinin bir barreli 100 dolları keçdi

26.11.2026 / 09:23
Ukraynadan Rusiyanın enerji sisteminə ağır zərbə – Şimali Qafqazın əsas elektrik stansiyası vuruldu...

26.11.2026 / 09:15
Qazaxda evdə qaz partlayışı - ana və oğul xəsarət aldı, yaralı oğul Bakıya gətirilir

26.11.2026 / 08:29
Zelenskidən Lukaşenkoya sərt cavab - “Mən çemodan deyiləm” -

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ