Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Avropa enerji problemini Azərbaycanın yardımı ilə çözəcəyini bəyan edir

Image


Məlum olduğu kimi, bu gün Avropada qaz çatışmazlığı müşahidə edilir və sözügedən hal Ukrayna ilə Rusiya arasında gərginliyin artdığı zamanda baş verir. Bir müddətdir ki, Rusiya Ukrayna sərhədində çoxlu sayda qoşun toplayır, Qərb ölkələri bunu mümkün işğala hazırlıq kimi görür. Rusiya isə belə niyyət güddüyü barədə məlumatları inkar edir. Bu fonda gündəmə gələn məsələlərdən biri məhz Avropanın təbii qazla təminatı məsələsidir.

Avropa İttifaqının xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cosep Borrell bildirir ki, diplomatiyanın uğursuzluğa düçar olacağı variantına Avropa hazırdır və bütün variantları nəzərdən keçirir: "Bu variantlar Rusiya tədarükləri azaltmaq və ya dayandırmaq qərarına gəldiyi halda, qaz təchizatı məsələsində ABŞ, Qətər və Azərbaycan kimi tərəfdaşlarla işləmək də daxil olmaqla, müqavimətimizi artırmaqdan ibarətdir". Artıq bir neçə aydır ki, Rusiya qazının Avropaya axını həmişəkindən daha aşağıdır. Statistik məlumatları bir araya gətirən “Statista” saytına görə, 2020-ci ildə Avropa İttifaqında qaz istehlakının ümumi həcmi 380 milyard kubmetr olub. Rusiya bu bazarın ən böyük təbii qaz təchizatçısıdır və Avropa üçün belə bir həcmi qısa müddətdə başqa mənbələrdən əvəz etmək mümkün deyil. Lakin artıq faktdır ki, Avropa Azərbaycandan daha böyük miqdarda qaz alışında maraqlıdır. Avropa İttifaqı artıq bəyan edib ki, Avropaya qaz təchizatının artırılmasını müzakirə etmək üçün bu həftə Azərbaycanla danışıqlar aparmağı planlaşdırır. Müzakirələr Avropada təbii qaza tələbatın artdığı bir vaxtda və Rusiyanın Ukrayna gərginliyinə görə Avropaya qaz təchizatını azaltmaq təhlükəsi fonunda aparılacaq. Bildirilir ki, Azərbaycan yanacağını Avropaya nəql edən “Transadriatik” boru kəməri (TAP) vasitəsilə ixracın artırılması imkanlarına baxılacaq.

Avropa İttifaqının sözçüsü Tim Makfay “BBC News”a bildirib ki, Bakıda “Cənub Qaz Dəhlizi”nin yeni enerji bazarlarına, xüsusilə kömürdən istifadəni sürətli şəkildə dayandıra biləcək ölkələrə doğru genişləndirilməsi müzakirə ediləcək: "Biz gözləyirik ki, bu müzakirələr Azərbaycanın Avropaya qaz tədarükünün diversifikasiyasındakı roluna diqqət yetirəcək. Buraya TAP vasitəsilə Aİ-yə qaz tədarükünün artırılması potensialı daxildir. TAP Aİ üçün sabit və etibarlı təchizatçı olub". Bu həftə “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının iclasında iştirak üçün Bakıya gələcək Aİ-nin energetika üzrə komissar Kadri Simson Azərbaycanın energetika naziri Pərviz Şahbazov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcək. Xəzər dənizindən çıxarılan qazı Qərbə ötürən TAP-ın gücü hazırda ildə təxminən 10 milyard kubmetrlik qaz nəqlinə yetir. Lakin bu göstəricini dəfələrlə artırmaq mümkündür. Azərbaycan Avropaya ixracı artırmağa hazır olduğunu dəfələrlə bəyan edib. Ötən ilin oktyabrında EFE agentliyinə müsahibəsində təbii qaz ehtiyatlarının 2,6 trilyon kubmetr olduğunu deyən Prezident İlham Əliyev hasilatın arta biləcəyini bildirib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) rəsmisi İbrahim Əhmədov qeyd edir ki, təbii qazın ixracı ilə bağlı qərar veriləndə, adətən uzunmüddətli müqavilələr imzalanır: “Azərbaycan 2013-cü ildə imzaladığı sazişlərə sadiqdir və Avropaya ötən il ərzində götürülən öhdəliklərdən də çox qaz ixrac edilib. Onu bugünkü qiymət şərtlərində satdıq, yəni bu, qısamüddətli satışdır. Bununla həm Avropaya köməyimiz oldu, həm də bizim üçün əlverişli oldu ki, qaza tələbət yüksək olduğu məqamda Avropa bazarına çıxış əldə etdik". Onun sözlərinə görə, dövlət üçün əsas prioritetlərdən biri də ölkənin enerji təhlükəzisliyinin təmin olunmasıdır: “Bunun üçün biz lazimi qədər qaz hasil edirik və əldə edirik". Təhlilçi İlham Şabana görə, Azərbaycandan Avropaya qaz nəqli üzrə TAP kəmərinin buraxıcılıq imkanı 10 milyard kub metrdən 20 milyard kub metrə kimi artırıla bilər. Lakin bunun üçün Avropada bu həcmi qəbul edəcək infrastruktur, bu işləri görmək üçün əlavə investisiyalar tələb olunur. Təhlilçinin fikrincə, hasilatdan fərqli olaraq, infrastruktur layihəsi sayılan boru kəmərinə yatırımlar özünü daha uzun müddət ərzində doğrultduğundan, belə investisiyalar üçün Avropa və ya beynəlxalq maliyyə qurumlarının daha əlverişli kreditləri lazım ola bilər: "Avropa belə layihələrdə zəmanətçi kimi çıxış etsə, bu, həll olunacaq məsələ kimi görünür". O hesab edir ki, ehtimal olunan qaz həcmlərinin nəqli üçün iki il vaxt lazımdır. Bundan başqa, azı 5 il də hasilat işlərinə, platforma tikintisinə gedə bilər: "Hazırda TANAP kəmərində 2 nasos-kompressor stansiyası var, kəməri tam layihə gücünə çatdırmaq üçün isə daha iki belə stansiya tikilməlidir. Bunun üçüün isə təqribən hazırkı bazar qiyməti ilə ümumi 2 milyard ABŞ dolları vəsait lazımdır. Bu, nəql etmək üçün olan məbləğdir". Şərhçi hesab edir ki, nəql xərclərindən başqa hasilat üçün də milyardlarla dollar tələb oluna bilər.

Serbiyanın baş nazir müavini – energetika və mədənçilik sənayesi naziri Zorana Mihayloviç bunlar fonunda qeyd edir ki, "Cənubi Qaz Dəhlizi” layihəsi Avropa ölkələrinə qaz tədarükünü daha təhlükəsiz həyata keçirməklə yanaşı, həm də Cənubi və Cənub-Şərqi Avropa ölkələrini Azərbaycan qazı ilə təchiz etmək üçün onların qaz kəmərlərinin interkonnektorlar vasitəsilə birləşdirilməsinə təkan verib: “Bu kəmər təbii qaz nəql edən ən mühüm sistemlərdən biri olaraq Azərbaycan qazının Avropa ölkələrinə tədarükünü həyata keçirməyə imkan yaradıb. Layihənin Məşvərət Şurasının qarşıdakı 8-ci iclasında Avropa İttifaqının yeni sənədləri baxımından enerji dəyişikliyində təbii qazın rolu, habelə azkarbonlu iqtisadiyyata keçmək yolundakı mövcud maneələr müzakirə olunacaq. Məşvərət Şurası "Cənubi Qaz Dəhlizi” layihəsini çoxtərəfli səviyyədə saxlayaraq həyata keçirilməsi üçün iştirakçı ölkələr arasında yaxından əməkdaşlığı nəzərdə tutan müvafiq üsullar tapıb". Nazir hazırda Serbiyanı Bolqarıstan üzərindən "Cənubi Qaz Dəhlizi”nə qoşacaq qaz kəmərinin tikintisinin davam etdiyini də bildirib: “Bütövlükdə, qonşuluqda olan bütün qaz kəmərlərinə qoşulmağı nəzərdə tuturuq. Təbii qaz zəngini olmayan ölkələrin enerji təhlükəsizliyini gücləndirmək baxımından tədarük yollarının və mənbələrinin şaxələndirilməsi strateji zərurətdir. Serbiya da bu istiqamətdə hərtərəfli işlər görür. Belə ki, 2020-ci ildə “Balkan axını” kəmərinin istismara verilməsilə Serbiya və Macarıstana Bolqarıstan üzərindən tədarükə başlanıb". Xatırladaq ki, "Cənubi Qaz Dəhlizi”  Məşvərət Şurasının 8-ci iclası fevralın 4-də Bakıda keçiriləcək. Əvvəlki kimi budəfəki iclasda da "Cənubi Qaz Dəhlizi” layihəsində iştirak edən SOCAR, BP, TPAO və sair şirkətlərin, habelə Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Böyük Britaniya, ABŞ rəsmilərinin iştirak edəcəyi gözlənilir. Bununla yanaşı, Serbiya, Macarıstan, Rumıniya, Xorvatiya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya və başqa ölkələrin də iştirak edəcəyi istisna deyil.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ