Cümə axşamı günü, 01 oktyabr 2026
     

Dünya elm mərkəzlərində çalışan azərbaycanlı alimlərin bəşəriyyətə töhfələri...

Image


Azərbaycanlı elm adamları dünyanın ən müxtəlif ölkələrində, elmi mərkəzlərində, ali məktəblərində də çalışırlar.

Müxtəlif dövrlərdə xaricə getmiş alimlərimiz ABŞ-ın, Avropanın, bir sözlə, dünyanın müxtəlif ölkələrinin elm mərkəzlərində tədqiqatlarla məşğul olurlar. Azərbaycanlı alimlər ABŞ-ın Şimali Dakota, Kanzas, George Vaşinqton, Klemson, Radford və başqa universitetlərində işləyirlər.

Xaricdə yaşamış alimlərimiz arasında, heş şübhəsiz ki, Lütfi Zadə daha populyardır və onun elmi kəşfləri, ixtiraları dünya elminə bəxş edilən böyük töhfələrdir.

  • Dünya elminin Lütfi Zadəsi...

Bu gün müxtəlif xarici ölkələrdə yaşayan və işləyən alimlərimizin böyük bir hissəsi ötən əsrin 90-cı illərinin əvvəllərində “beyin axını seli”nə qoşularaq xarici ölkələrə üz tutub. Məşğul olduqları elm sahələrini, öz potensiallarını daha da zənginləşdirmək, öz bacarıqlarını gerçəkləşdirmək üçün bu yolu seçdikləri məlumdur. Onlar ölkəni tərk edərkən əsas məqsəd kimi dünya elminə töhfələr verməyi qarşılarına qoyublar. Bizim bəzi alimlərimiz də var ki, onlar 50-60 il bundan əvvəl ölkəmizdən gediblər və öz zəhmətləri, savadları, elmi ixtiraları nəticəsində dünya elminə töhfələr veriblər.

Əslən Azərbaycandan olan alim, süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin qurucusu, Berkeley Universitetinin professoru Lütfi Zadə. Bu ad bütün dünyaya məlumdur. O, bu ali təhsil müəssisəsinin ömürlük seçilmiş professoru olan yeganə şəxs olub. Amerika diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə bir sıra xarici akademiyaların üzvü olub və o, dünyanın ən məşhur alimlərindən hesab olunur. Yalnız 1990-2000-ci illərdə onun əsərlərinə 36000-dən çox istinad edilib.

  • İren Məlikova kimdir?

Mətbuatın yazdığına görə, İren Məlikova 1917-ci ildə Sankt-Peterburqda anadan olub və ailəsi ilə birlikdə Fransaya köçüb. Milliyyətcə azərbaycanlı olan İren Məlikova filologiya elmləri doktoru, professor vəzifələrində çalışıb. Parisdəki liseydə ingilis dilini bitirib. “Sorbonnsk” universitetində aldığı təhsil ilə yanaşı, o, Şərq dillərində ərəb, fars və türk tədqiqat institutlarında təhsil alıb. 1947-ci ildə o, Fransaya qayıdaraq, "Türkiyənin orta əsrlər dastanları" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, Strasburq Universitetində professor vəzifəsinə layiq görülüb. 400-ə yaxın elmi əsərin müəllifidir. "Koroğlu", "Umur Paşa", "Məlik Ağayev", "Seyid Batddal", “Babək hərəkatı”, “Qızılbaşlar tarixi”, “Əbu Hüseyn Xorasaninin yaradıcılığı” və sair mövzularda tədqiqatlar aparıb. İren Məlikovanın bu cür təşəbbüsləri sayəsində Strasburq Universitetində Türk filialı açılıb və tezliklə elmi-tədqiqat institutuna çevrilib. Bu institutun direktoru vəzifəsinə də elə İren xanım təyin olunub. Bu institutda Azərbaycan mədəniyyətinin öyrənilməsi mərkəzi yaradılıb. 1966-cı ildə İren Məlikova "Turkika" adlı jurnal dərc etdirir. Bu jurnalda türk xalqlarının tarixi, ədəbiyyatı və mədəniyyətini fransız oxucularına təqdim edir. Bu jurnalda Anar, Çingiz Hüseynov, Sara Aşurbəyli, Tofiq Məlikov və bir neçə digər azərbaycanlı müəllifin əsərləri nəşr olunub.

  • Almaniya hökumətinin təsis etdiyi A. Fon Humboldt adına mükafat alan azərbaycanlı alim…

Hazırda Almaniyada yaşayan riyaziyyatçı, professor Məsud Əfəndiyev Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsində iki il oxuduqdan sonra təhsilini M.Lomonosov adına Moskva Dövlət Universitetində (MDU) davam etdirib. Münhen, Ştuttqart, Berlin universitetlərində dərs deyən soydaşımız H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiridir. M.Əfəndiyev Almaniya hökumətinin təsis etdiyi A. Fon Humboldt adına mükafata layiq görülüb. O bu nüfuzlu mükafatı alan ilk azərbaycanlıdır. 2005-ci ildə isə Yaponiyanın nüfuzlu "Japan Society for the Promotion of Scionce - JSPS" təşkilatının mükafatına layiq görülüb. Onun Almaniya, Amerika və Yaponiyanın ən mötəbər nəşriyyatlarında çap olunan monoqrafiyaları dünya elminə böyük töhfədir.

  • Dünyanın hər yerindən gələn səslər…

Digər bir alimimiz isə görkəmli fizik, fizika-riyaziyyat elmləri doktoru Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımovdur. Moskva Dövlət Universitetinin (MDU) Fizika fakültəsini bitirən alim hazırda Dubna şəhərində (Rusiya) Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) çalışır.

Meksikada Riyaziyyat İnstitutunda calışan riyaziyyatçı-alim, professor Atakişiyev Natiq Məmməd oğlu da xaricdə fəaliyyət göstərən alimlərimizdəndir.

Bu gün biotexnologiya üzrə mütəxəssis Vidadi Yusifov, Tahir Qasımov, Qərib Mürşüdov,

Mübariz Qarayev, Nazim Kərimov, Fərhad Hüseynov,

Azər Kərimov, Fikrət Məmmədov, Yaqut Allahverdiyev, Nizami Məhərrəmov kimi alimlərimizin dünyanın müxtəlif elmi mərkəzlərində, universitetlərində dünya elminə töhfə verən ixtiraların, elmi nailiyyətlərin ortaya çıxmasında böyük əməkləri var.

  • “Nobel” alanlarımız da var…

Elm sahəsində “Nobel” mükafatı alanlar sırasında azərbaycanlılar da var. Mətbuatın yazdığına görə, elmi istiqamətlərdə Nobel alan alimlərin yalnız bir faizi müsəlmanlardır. Azərbaycanlı alimlər arasında “Nobel” qazanan alimlərimiz olub. Bu alimlərdən biri bayaq barəsində geniş məlumat verdiyimiz, Almaniyada yaşayan professor Məsud Əfəndiyevdir. 

1995-ci ildən İ-NET firmasında işə başlayan azərbaycanlı alim, həmin vaxtdan bu günədək Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdə çalışan Bəxtiyar Siracov Nobel alanlar sırasındadır.  

Qeyd edək ki, bəzi nominasiyalarda Nobel mükafatı fərdi şəxslərə deyil, bütövlükdə, bir komandaya verilir. İqtisadiyyat, fizika və kimya üzrə mükafatlandırma aparılarkən bu hallar müşahidə olunur və B.Siracov da bu şəkildə alıb. Bu barədə alimin özü belə deyir: “Bizim təşkilatın dünyada sülhün təmin olunmasında əvəzsiz rolu var və bu rol da 2005-ci ildə “Nobel”in verilməsi ilə nəticələndi. Beynəlxalq Nobel Komissiyası bizim işimizi dəyərləndirib və “Nobel” sülh mükafatı ilə təltif edib. O mükafat bizə də şamil edilir. Siyahı uzundur. Çünki hamımız sülh prosesinin qorunmasında çox zəhmət çəkmişik. Mən də fəxr edirəm ki, bir azərbaycanlı kimi adım o siyahıda var. O zaman Azərbaycanın adının çəkilməsi və dünyada sülhə xidmət edən bir təşkilatda onun da nümayəndəsinin olması, təbii ki, mənim üçün bir qürurdur”.

  • “Xaricdə fəaliyyət göstərən və dünya elminə töhfələr verən alimlərimiz çoxdur”

AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə bildirdi ki, tarixin müxtəlif dönəmlərində azərbaycanlı alimlər dünya elminə böyük töhfələr veriblər. Bu, XXI əsrdə daha aydın şəkildə özünü göstərir. M.Zülfüqarlı hesab edir ki, azərbaycanlı alimlər dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər və biz onları Azərbaycana, cəmiyyətimizə daha yaxından tanıtmalıyıq.

“Olduqca aktual bir məsələyə toxunmusunuz. Azərbaycanlı alimlərin xarici ölkələrə getməsi, xarici elm mərkəzlərində, universitetlərdə çalışmasının səbəbi hər kəsə məlumdur. Bilirik ki, Azərbaycan Elmlər Akademiyasında və ali məktəblərdə əməkhaqqının nisbətən aşağı olması, eyni zamanda, öz elmi potensiallarından səmərəli istifadə edə bilməmələri azərbaycanlı alimlərin çoxunun xarici ölkələrə getməsinə səbəb olur. Ad çəkmək olardı, amma sayları az olmadığı üçün, bir-bir sadalamaq çətindir. Biz əvvəllər dünya elminə böyük töhfələr vermiş Lütfi Zadədən danışardıq, Landaunun adı çəkilərdi. Amma indi xaricdə fəaliyyət göstərən və dünya elminə töhfələr verən alimlərimiz çoxdur”.   

  • “Tədqiqatlarla elmə yenilik gətirirlər”  

“Azərbaycan alimləri diasporu” İnformasiya Sisteminin yaradıldığını deyən M.Zülfüqarlının sözlərinə görə, bu sistemdə çoxlu sayda azərbaycanlı alimin adı var. Eyni zamanda, AMEA-nın ayrı-ayrı elmi-tədqiqat institutlarının saytlarında bu alimlər, onların dünya elminə verdiyi töhfələr haqda məlumatlar olduğunu qeyd edən M.Zülfüqarlının sözlərinə görə, bu alimlərin fəaliyyəti dünya elmində çox parlaq şəkildə görsənir: “Azərbaycan alimləri müasir dünyanın elm mərkəzlərində apardıqları tədqiqatlarla elmə yenilik gətirirlər. Özü də illərdir bunu edirlər. Bu gün Amerikada, Avropada fəaliyyət göstərən ən üstün alimlər Cənubi Azərbaycandan gedən alimlərdir. Cənubi Azərbaycandan olan alimləri seçə bilmərik, onlar da bizimdir. Azərbaycan alimlərinin dünya elmində göstərdikləri müsbət nəticələr Azərbaycan xalqının qürur yeridir. Bununla yanaşı, çox istərdik ki, gələcəkdə elə bir şərait yaransın və xaricdəki azərbaycanlı alimlər gəlib öz vətənlərində fəaliyyət göstərsinlər, Azərbaycan elminə daha çox fayda versinlər, ölkəmizin elm tutumlu dövlətlərdən birinə çevrilməsinə təkan versinlər. Doğrudur, onlar başqa ölkələrdə çalışsalar da, əslində, dünya elminə fayda verirlər. Bilirsiniz ki, elm milli deyil, elmin nailiyyəti bəşəridir. Amma o alimlər o kəşfləri, ixtiraları Azərbaycanda etsələr, Azərbaycandan dünyaya bu addımları atsalar, bu, Azərbaycanın bir dövlət kimi beynəlxalq nüfuzunun artmasına kömək edə bilər.

Məsələn, elə alimlərimiz var ki, hazırda xarici ölkələrdə internet televiziyaları təşkil ediblər, Azərbaycanla bağlı öz təkliflərini irəli sürürlər, bu alimləri ölkəmizə dəvət etmək, onların potensialından istifadə etmək lazımdır”.

M.Zülfüqarlı hesab edir ki, bu alimləri ölkəmizə dəvət etməliyik. Onun sözlərinə görə, bu gün yalnız fizika-riyaziyyat, biologiya, kimya sahələrində deyil, ictimai və humanitar elmlər sahəsində də Azərbaycanın dünyada çox nüfuzlu alimləri var ki, onların Azərbaycanla əlaqələndirilməsi çox vacibdir. M.Zülfüqarlının sözlərinə görə, hazırda xarici ali məktəblərdə, elm mərkəzlərində azərbaycanlı alimlərə çox böyük şərait yaradılıb və alimlərimiz orada çalışırlar.  

İradə SARIYEVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ