Cümə axşamı günü, 01 oktyabr 2026
     

Azərbaycan vaksinasiya prosesində yenə regionun lider ölkəsidir

Image


Dünyanın bir çox ölkəsində koronavirusa yoluxma halları son günlərdəki azalmadan sonra yenidən artmağa başlayıb. Araşdırmalar göstərir ki, artımın başlıca səbəbi yay aylarında artan səfərlər, məhdudiyyətlərin yumşaldılması, insanların daha sıx şəkildə bir araya gəlməsidir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirir ki, sosial məhdudiyyətlərin yumşaldılması fonunda təhlükəsizlik tədbirlərinə riayət edilməsə, yoluxma hallarının çoxalması qaçılmaz olacaq.

Vəziyyəti şərh edən ÜST-ün Avropa regional bürosunun rəhbəri Hans Kluqe pandemiya dövründə insanları bundan sonra da diqqətli olmağa çağırıb. O, Avropada növbəti koronavirus dalğası barədə də xəbərdarlıq edib. Qeyd edib ki, Avropada nizam-intizama ciddi riayət olunmazsa, belə bir dalğa qaçılmaz olacaq. Koronavirusa yoluxanların çoxalmasının başlıca səbəblərindən biri də onun  yüksək yoluxma xüsusiyyətinə malik “delta” variantıdır. Mutasiya nəticəsində əmələ gələn bu variant mövcud yoluxmaların sürətlə artımına əsas səbəblər sırasında yer alır. O, yayılma sürəti və coğrafiyasına görə artıq “alfa” variantını üstələmək üzrədir. ÜST-ün ekspertləri proqnozlaşdırır ki, koronavirusun bu ştammı yayılma və yoluxmaya görə tezliklə dominant varianta çevriləcək. Məlumat verildiyi kimi, artıq Azərbaycana qonşu ölkələr olan Rusiya, Türkiyə, Gürcüstan, İranda “delta” ştammına yoluxmuş xəstələr qeydə alınır. Bu səbəbdən Azərbaycanda koronavirusa qarşı dövlət tərəfindən görülən qabaqlayıcı tədbirlərə paralel olaraq, vətəndaşlar da virusun yayılmasını önləmək üçün müəyyən edilmiş qaydalara riayət etməli, vaksinasiya prosesində iştiraka davam etməlidir. ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı da bu xüsusda Azərbaycan vətəndaşlarına müraciət edib. ÜST rəsmisi qeyd edib ki, qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır: “Eyni zamanda, bu gün bütün dünyada “Delta” ştammı sürətlə yayılmaqda davam edir. Ona görə də səhhətimizə ciddi fikir verməliyik. Özümüzü qorumağa davam etməli, peyvəndlənməyə qoşulmalıyıq. Bilməliyik ki, COVID-19 əleyhinə vaksinasiya ən effektli üsuldur. Ən əsası da, vurulan peyvəndlər təhlükəsizdir. Bunu hər kəs bir-birinə söyləməlidir”. Ölkəmizdə vurulan vaksinlərin ümumi sayı 3,8 miyonu keçir.  Birinci və ikinci mərhələ üzrə vaksinasiya olunanlarla bağlı rəqəmlərin təhlili əhalinin artıq 23 faizinin vaksinasiya prosesindən keçdiyini göstərir. Müqayisə üçün qeyd edək ki, Ermənistanda bu göstərici cəmi 2 faizdir. ÜST-ün Ermənistandakı ofisinin müşaviri Anjela Kjdryan etiraf edir ki, Ermənistanda əhalinin koronavirusa qarşı peyvənd olunmasında məyusedici mənzərə yaranıb. Qarşıdakı dövr ərzində Ermənistanda bu sahədə hansısa ciddi dəyişiklik gözlənilmir. Halbuki, Azərbaycan vaksinasiyasıdan keçənlərin əhali nisbətinə görə postsovet məkanında liderdir. “1in.am” nəşri yazır ki, əksər ölkələrdən fərqli olaraq, Ermənistanda durum həqiqətən də ağırdır:  “Ermənistanda ona diqqət yetirmək lazımdır ki, koronavirus məsələsində çox və ya az sabit və təhlükəsiz vəziyyətə çatmaq üçün peyvəndləmə prosesini sürətləndirmək lazımdır. Üstəlik də, hazırkı məlumatlara əsasən, hələlik Ermənistan əhalisinin cəmi 2 faizi peyvəndlənib. Burada Rusiya amilini də nəzərə almaq lazımdır. “Delta” ştammı Rusiyada sürətlə yayılır. Bu o vaxtda baş verir ki, Ermənistan turizm qapılarını açıb. Bu sahənin əsas axınları isə Rusiyadandır. Və əlbəttə, sağlamlıq təminatı şərtləri, yəni peyvəndləmə, mənfi koronavirus testi olsa belə, böyük axınlar risq ehtiva edir, buna görə də burada Ermənistan sərhədinə nəzarəti gücləndirmək, və ya peyvəndləmə istiqamətində ictimai aktivliyi artırmaq vasitəsilə Ermənistan əhalisinin “kollektiv immunitet”ini qaldırmaq lazımdır. Maksimumu etmək lazımdır ki, bir tərəfdən turist axını azalmasın, Ermənistan Rusiya və digər yerlərdən qonaqlar qəbul etməyə, onlar üçün əyləncə rahatlığını və qonaqpərvərliyi təmin etməyə, lakin digər tərəfdən epidemiya vəziyyətinin sabitliyini təmin etməyə və hər hansı yeni nokdaun səbəbinə sahib olmamağa davam etsin. Çünki bu, öz növbəsində, həm dövlət və ya özəl biznes baxımından, həm də fərdi səviyyədə nəinki iqtisadi məhdudiyyətlərə və çətinliklərə gətirib çıxaracaq, həmçinin siyasi manipulyasiyalar və qeyri-sabitliyə təkan verilməsi üçün yeni fürsət olacaq və  təəssüf ki, Ermənistan buna hazır olan qüvvələrə heç də az sahib deyil.
Və bu haldan Ermənistana qarşı geniş mənada istifadə etmək üçün xarici qüvvələrin çox olduğunu söyləmək də artıqdır. Bu baxımdan, ola bilər ki, şişirdilmiş kimi səslənsin, amma peyvəndləmə prosesinin təşviq edilməsi hələlik Ermənistan üçün təkcə sağlamlıq baxımından yox, həmçinin iqtisadi-siyasi baxımdan təhlükəsizlik və suveren subyektivlik üçün vacib əhəmiyyətə malikdir”.

Koronavirus pandemiyasının elan edildiyi ilk vaxtlardan aktiv şəkildə mübarizəyə qoşulan Azərbaycan isə həm daxili, həm regional, həm də beynəlxalq səviyyədə böyük uğurlara imza atıb. Bu fonda ÜST ölkəmizi region dövlətlərindən bir daha fərqləndirib və üstünlüyünü qeyd edib. Belə ki, ÜST-ün Avropa Regional Bürosu Azərbaycanda koronavirusa qarşı vaksinasiya prosesinin alqışlanmalı nailiyyət olduğunu qeyd edib. Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya 2021-ci il yanvarın 18-də başlayıb.

Tahir TAĞIYEV

 

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ