Cümə axşamı günü, 01 oktyabr 2026
     

Bakının yeni diplomtik uğuru, Kreml və İrəvanın son şansı...

Image


Son günlərin ən mühüm hadisəsi, heç şübhəsiz, Füzuli və Zəngilanda basdırılan təqribən 92 min minanın xəritələrinin əldə edilməsidir. Xatırladaq ki, Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə 92 min minaya dair xəritələri iyulun 3-də Rusiyanın təşəbbüsü ilə Azərbaycan tərəfinə təqdim edib. Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi, ekspertlərin fikrincə, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, Azərbaycan diplomatiyasının növbəti uğurudur.

Azərbaycanda məsələyə bu prizmadan yanaşıldığı halda, Ermənistanda müəyyən siyasi qüvvələr xəritələrin verilməsinə görə Nikol Paşinyan iqtidarını sərt tənqid edir. Ancaq istənilən halda, xəritələrin alınması Azərbaycan üçün mühüm uğurdur. İşğaldan azad edilmiş ərazilərə nəzər yetirəndə məlum olur ki, Füzuli və Zəngilan coğrafi baxımdan mühüm əhəmiyyətə malik rayonlardır. Bu fonda Ermənistan mina xəritələrini uzun müddət idi ki, Azərbaycana verməkdən boyun qaçırırdı. Lakin Prezident İlham Əliyevin apardığı rasional və uzaqgörən siyasət nəticəsində ölkəmiz əvvəlcə Ağdamda, sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrini Ermənistandan aldı. Azərbaycanın bu uğuru dünyada böyük rəğbətlə qarşılanır. ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde də Azərbaycanla Ermənistan arasında saxlanılanların və minalanmış ərazilərin xəritəsinin mübadiləsinə dair növbəti razılaşmanı alqışlayıb. Bununla bağlı onun sosial şəbəkə paylaşımında deyilir: “Saxlanılmış daha 15 erməninin Azərbaycan tərəfindən buraxılmasını və Ermənistanın minalanmış ərazilərin xəritəsini təqdim etməsini alqışlayıram. Rusiyanın vasitəçiliyini təqdir edirəm. Ümidvaram ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi ilə daha çox etimadın yaradılması davamlı həllə yol açacaq”.

Avropa İttifaqının Cənubi Qafqaz regionu və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da Ermənistanın Füzuli və Zəngilan rayonlarında basdırılan minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim etməsini alqışlayıb: “Saxlanılan ermənilərin buraxılması yaxşı haldır. Azərbaycana isə vacib olan mina xəritələri təqdim edilib". Xatırladaq ki, Azərbaycanın qaytardığı ermənilərin cəza müddəti bitib. Onlar ötən həftə Bakı Apellyasiya Məhkəməsi tərəfindən "Azərbaycanın dövlət sərhədini pozmaq" ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilmişdilər. Həbsdə saxlanıldıqları müddət 6 aydan çox olduğuna görə cəza müddəti bitmiş hesab edilib. Bu arada məlum olub ki, Ermənistana təhvil verilən diversantların hamısı eyni bölgədəndir. Ermənistan mətbuatının yazdığına görə, 3 iyul 2021-ci il tarixində Bakıdan İrəvana aparılan erməni hərbçilərin hamısı Şirak bölgəsinin sakinidir. Onu da xatırladaq ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Hesab olunur ki, xəritələrin növbəti partiyasının verilməsi Azərbaycanın gələcəyi üçün olduqca önəmli hadisədir. Rusiyalı politoloq Oleq Kuznetsov sosial şəbəkə hesabında qeyd edib ki, son prosesdə Azərbaycan həm də Rusiyanın xilaskarına çevrilib: “Füzuli və Zəngilandakı minalanmış ərazilərin xəritələrinin Rusiya vasitəsilə Azərbaycana verilməsi və bundan əvvəl də Ağdam üçün oxşar xəritələrin ABŞ və Gürcüstanın vasitəçiliyi ilə Bakıya ötürülməsi birmənalı şəkildə sübut edir ki, Kreml bölgədəki əvvəlki təşəbbüsünü gündən-günə itirir. Kreml yavaş-yavaş Cənubi Qafqazda siyasi manipulyasiya obyektinə çevrilir ki, ona ondan asılı olmayan prosesə qoşulmağa və iştirak etməyə icazə verilir. Azərbaycanın bu xəritələri Ermənistandan diversantlar müqabilində və ya köhnə sxemdə olduğu kimi Gürcüstan üzərindən ala biləcəyinə dair heç bir şübhə yoxdur. Bu da Kremlin açıq-aşkar alçaldılması və müharibədən sonra Dağlıq Qarabağdakı gücsüzlüyünün daha bir sübutu olardı. Lakin Bakı belə bir demarşa getmədi və ehtiyatla Rusiyaya sülhməramlıların komandanı kimi təmsil olunmanın simasında taksi sürücüsü rolunu oynamasına və mövzudan kənarlaşmamasına, əksinə, iştirakına icazə verdi”. O qeyd edib ki, indi Bakının Kremli Qarabağ məsələlərində ağıllı şəkildə manipulyasiya etdiyi, onu öz qaydaları ilə oynamağa məcbur etdiyi, eyni zamanda Kremlin öz iradəsini yeritdiyi və şərtlərini qoyduğu görüntüsünü yaratdığı tamamilə aydındır: “Ancaq bu gün Bakı təkcə Kremli deyil, həm də diversantlar müqabilində minalanmış ərazilərin xəritələrini ötürmək üçün alternativə sahib olan İrəvanı idarə edir. İrəvan qəfildən inadlaşıb yalnız Gürcüstan ərazisindən keçərək xəritəni dəyişməyə hazır olduğunu desəydi, o zaman mübadilə general Muradovun iştirakı olmadan baş verəcəkdi. Bu isə Muradovun yuxarıya çox da xoş olmayan hesabat verməsi demək idi və bundan sonra Kreml 10 noyabr 2020-ci il tarixli sazişdən çıxmalı olacaqdı. Azərbaycan və Ermənistan ona mərhəmət göstərməyə qərar verdilər və bununla da bir daha göstərdilər ki, bu sənədin icrası hələ davam edir. Kreml Qarabağın Azərbaycana inteqrasiya prosesini ləngitməməli, bu başağrısını dayandırmaq üçün prosesi sürətləndirməlidir. Cənubi Qafqazda Moskva getdikcə daha çox fakt qarşısında qalır, artıq nə etmək və necə etmək lazım olduğu soruşulmur. Kreml artıq Azərbaycanın öz gücünə və müstəqil şəkildə öz zövqünə, iradəsinə görə tarix yaratmağı ilə barışıb. Sadəcə, bir vəziyyəti başa düşə bilmir və ya başa düşmək istəmir: Azərbaycanda son iki əsrdə İmperiya/Sovet/Rusiya hökumətinin dəstəyi ilə ermənilərin əlindən əziyyət çəkməyən bir ailə belə yoxdur. Azərbaycanlılar Tanrı tərəfindən qorunan Rusiya xalqını bağışladılar və kin saxlamırlar, amma səlahiyyətliləri yox. Buna görə də, Kreml istəsə də, istəməsə də, azərbaycanlılar ermənilərə bütün bəla və bədbəxtliklərinə görə qarşılığını verəcəklər. Həm də tarixi bir şansa sahib olduqları müddətdə və bunu İrəvanın etdiyi kimi Rusiyadan dilənməyəcəklər. Burada intiqamdan deyil, yalnız kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, vaxtı artıq gələn ədalətdən danışırıq.

Ermənistan heç vaxt Qafqaz İsveçrəsinə çevrilməyəcək, bunun İrəvanda xəyallarını qurmağı xoşlasalar da. Bu istək yavaş-yavaş və davamlı olaraq çürüməyə və Azərbaycan faktoruna görə tamamilə tənəzzül etməyə davam edəcək. Bu proses bir müddət ləngiyə bilər, amma dayandırıla bilməz. Ölməkdə olan Ermənistanın reanimasiyasının tamamilə qeyri-mümkün olduğunu və Bakının “yaxşı əllərinə” verməyin vaxtı gəldiyini başa düşmək üçün Kreml daha nə qədər pul, vaxt, vəsait və səy sərf etməlidir?”

Nahid SALAYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ