Cümə axşamı günü, 01 oktyabr 2026
     

Saxta tarix düzəldən erməni alimlərinin beynəlxalq tədbirlərdən sıxışdırılması başlayır...

Image


Azərbaycan ərazilərində vaxtilə qanunsuz arxeoloji qazıntılar aparan Ermənistan arxeoloqlarının beynəlxalq konfranslara yolları tədricən bağlanmaqdadır.

Ağdamın Şahbulaq qalasında və onun ətrafında “qədim Tiqranakert”i tapmaq üçün uzun illər aparılmış qanunsuz arxeoloji qazıntılara rəhbərlik edən Ermənistan Milli Elmlər Akademiyasının Arxeologiya və etnoqrafiya institutunun əməkdaşı, separatçı Hamlet Petrosyan erməni mətbuatına Ermənistanın, erməni şəhərlərinin və erməni mütəxəssislərinin bu ilin oktyabr ayında Danimarkada keçiriləcək   "Kənarda olan şəhərlər: Cənubi Qafqazda antik şəhərsalmanın araşdırılması (AD 300-600)" adlı konfransdan kənarda qaldığını, bunun isə  düşünülmüş addım olduğunu deyib.

Petrosyan iddia edib ki, bu, Ermənistan-Azərbaycan-Türkiyə qarşıdurmasının təzahürüdür və siyasəti elm sahəsinə gətirməyə çalıışırlar. O bildirib ki,  Azərbaycan tərəfi tez-tez ermənilərin Qafqaza sonradan gəldiyini, Qarabağda, ümumiyyətlə, erməni olmadığını irəli sürür: “Görünən odur ki, bu ideologiya tarixə, keçmişə, yaddaşlara yayılıb və  Cənubi Qafqazın 3-6-cı əsrlərə aid şəhərlərini  Ermənistan olmadan araşdırmağı planlayan bu konfrans da onun sübutudur”.

Petrosyanın açıqlamasının növbəti hay-küy olub-olmadığını araşdıran Azərbaycan KİV-nin qeyd etdiyinə görə, bu ilin oktyabr ayında Danimarka Orxus və Oxford Universitetləri tərəfindən təşkil olunacaq beynəlxalq elmi konfransa evsahibliyi edəcək və Danimarkanın Heyberq şəhərindəki (Orxus ətrafı) “Moesgaard” muzeyində keçiriləcək konfrans dünyanın müxtəlif ölkələrindən görkəmli Qafqazşünas və albanşünas alimləri bir araya gətirəcək. Konfransın saytındakı məlumatlara görə, məruzəçilər arasında həqiqətən Ermənistanın nümayəndəsi yoxdur. 

Vaxtilə Ağdamda saxtaTiqranakert axtaran, Ağdamın altını üstünə çevirən arxeoloji ekspedisiyanın rəhbəri H.Petrosyanın məlumatından aydın görünür ki, erməni alimlərinin Cənubi Qafqazla bağlı beynəlxalq konfransa gedən yolunu Azərbaycan və Azərbaycan həqiqətləri tərəfi bağlayıb. Bundan da belə qənaətə gəlmək olur ki, artıq Ermənistan yavaş-yavaş saxtakarlığı təbliğ etməkdən kənarda qalır və beynəlxalq elmi tədbirlərdən uzaqlaşdırılır.

  • Faiq İsmayılov: “İndiyə qədər görülən işlərin nəticəsidir”

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, mədəni irs üzrə tədqiqatçı-ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov baki-xeber.com-a bildirdi ki, qarətçilərdən biri də Hamlet Petrosyandır, o, Azərbaycan ərazilərində qanunsuz arxeoji qazıntılara rəhbərlik edib və Azərbaycanın sərvətlərini talayıb: “O, İrəvan Dövlət Universitetinin Kulturologiya kafedrasının müdiridir, vaxtilə işğalda olan ərazilərimizdə aparılan bütün qanunsuz qazıntılara bu adam rəhbərlik edib. O, birmənalı olaraq, bu cinayətə xarici ölkə mütəxəssislərini də cəlb edib və əldə edilən zinət əşyaları, məişət əşyaları və sair məmulatların İrəvana, oradan da üçüncü ölkəyə daşınmasında iştirak edib. Yəni Petrosyan cinayətkardır, mədəni irsimizin qarət olunmasında, mədəniyyətimizin soyqırıma uğradılmasında çox böyük “əməyi” olan şəxsdir ki, bu gün o, beynəlxalq məhkəmə qarşısında ittiham edilməli, iştirak etdiyi bütün cinayətlərə görə cavab verməlidir”.

F.İsmayılov qeyd etdi ki, torpaqlarımız işğaldan azad edildikdən sonra bütün dünya əyani şəkildə Ermənistanın cinayətlərinin şahidi oldu və bu toplumun Azərbaycan ərazilərində maddi-mədəni, arxeoloji, dini irsin başına gətirdikləri dəhşətləri gördü. F.İsmayılov hesab edir ki, Qafqazla bağlı beynəlxalq tədbirlərə erməni alimlərinin dəvət edilməməsinin Azərbaycan tərəfin son dövrlər həyata keçirdiyi beynəlxalq təbliğatla da əlaqəsi var. Ekspert deyir ki, ermənilər Qafqaza gəlmədirlər, onların bura gəlmə, köçürülüb məskunlaşdırma tarixini beynəlxalq elmi dairələrdə çox gözəl bilirlər. F.İsmayılov vurğuladı ki, Ermənistan arxeoloqları Azərbaycana qarşı törətdikləri mədəni cinayətə görə cavab verməlidirlər: “Əlbəttə, ermənilər Qafqaza yad toplumdurlar, onların bu ərazilərə hansı əsrdə köçürülüb məskunlaşdırıldıqları dünyaya məlumdur. Erməni alimləri hansı beynəlxalq tədbirə gedirlərsə, çap etdirdikləri saxta kitabları, xəritələri, bukletləri və sair təbliğ edirlər, bununla da öz yalanlarını yayırlar. Bu gün bizim alimlər, mütəxəssislər  erməni alimlərinin saxtakarlığını, oğurluğunu, düzənbazlığını beynəlxalq aləmdə ifşa edirlər. Bu, indiyə qədər görülən işlərin nəticəsidir”.

Qeyd edək ki, 2009-cu ildə Qarabağ xanlığına məxsus Şahbulaq qalasının  ərazisində “Tiqranakert qoruğu” yaradan ermənilər 2010-cu ildə burada  "Tiqranakert Arxeologiya Muzeyi" də açıblar.  Əvvəllər qala yaxınlığında aşkarlanan tapıntılar da muzeyə köçürülüb. Baş Prokurorluğa ünvanlanan müraciətdə qeyd edilir ki, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan torpaqları azad edildikdən sonra Petrosyan özü “Facebook” səhifəsində bütün maddi və mədəni irs nümunələrinin muzeydən Ermənistana aparıldığını yazıb.

  • Ənvər Çingizoğlu: “Biz nəinki indi, sonrakı dövrlərdə də erməni alimlərinin beynəlxalq tədbirlərdə oyundankənar vəziyyətə salındıqlarını görəcəyik”

Tarixçi-etnoqraf  Ənvər Çingizoğlu isə hesab edir ki, Azərbaycan tərəfin əlinə çox yaxşı imkan düşüb və həmin beynəlxalq konfransda Ermənistan alimlərinin indiyə qədər həyata keçirdikləri bütün saxtakarlıqları növbəti dəfə faktlarla sübut etmək lazımdır. “Erməni alimlərinin saxtakarlığı ifşa olunur. Bu istiqamətdə Azərbaycan alimləri də çalışır, dövlət qurumları da təbliğat aparır, xaricdən Azərbaycana gəlib erməni vandalizmini görən rəsmi və qeyri-rəsmi şəxslər də öz gördüklərini bəyan edirlər. Azərbaycan ərazilərində qanunsuz arxeoloji qazıntılar aparan və abidələrimizin altını üstünə çevirən Ermənistan alimləri cinayətlərinə görə hər an cavab verməlidirlər. Petrosyanın açıqlamasından açıq görsənir ki, Azərbaycanın erməni saxtakarlığı ilə bağlı apardığı işlər öz effektini verir, erməniləri beynəlxalq aləmdə biabır edir. Azərbaycan təkcə 44 günlük müharibədə qazandığı qələbə ilə deyil, həm də elm platformalarında ermənilərin belini qırır. Biz nəinki indi, sonrakı dövrlərdə də erməni alimlərinin beynəlxalq tədbirlərdə oyundankənar vəziyyətə salındıqlarını görəcəyik. Bu hələ işin başlanğıcıdır. Beynəlxalq tədbirlərdə Petrosyan və digər qarətçilər tərəfindən qanunsuz olaraq Ermənistana aparılıb muzeylərdə sərgilənən maddi-mədəni irs nümunələrimizin Azərbaycana təhvil verilməsi məsələsini qabartmalıyıq” - deyə ekspert qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ