Cümə axşamı günü, 01 oktyabr 2026
     

Bakının yekun sülh və ikitərəfli danışıqlar təklifi bütün Ermənistanı silkələdi

Image


Bu gün Azərbaycan Ermənistanla yekun sülh müqaviləsinin imzalanmasında maraqlı tərəf qismində çıxış etdiyini bütün dünya ictimaiyyətinin diqqətinə çatdırır. Rəsmi Bakı hesab edir ki, Qarabağ məsələsi həll edildikdən sonra Ermənistanla yekun sülh müqaviləsinin imzalanması, ikitərəfli münasibətlərin qurulması üçün heç bir əngəl qalmayıb. Elə bu səbəbdən Azərbaycan Ermənistana ikitərəfli danışıqlar təklif edir.

Bakıdan İrəvana unikal təklif...

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında Bakının Ermənistana sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrə başlamağı təklif etdiyini bildirib. Nazir bu xüsusda qeyd edib: “Azərbaycan Ermənistanın müsbət reaksiyasını gözləyir. Ermənistanda revanşist ritorika ilə müşayiət olunan Azərbaycana qarşı nifrət ciddi narahatlıq doğurur”.

Ekspertlər qeyd edir ki, İrəvan Bakının ikitərəfli danışıqlar barəsində fikirlərini qəbul edəcəyi halda bu, iki ölkə arasında mühüm bir ilk proses olacaq. Məsələ burasındadır ki, indiyə qədər iki ölkə arasında istənilən danışıqlar üçüncü tərəfin vasitəsilə həyata keçirilib. Amma Azərbaycan bu praktikaya son qoyulmasını təklif edir. Düzdür, Azərbaycanla Ermənistan arasında bu vaxta qədər hər hansı birbaşa təmas olmayıb. Ötən il baş verən Vətən müharibəsindən sonra isə Rusiyanın iştirakı ilə üçtərəfli sazişlər bağlanıb. Lakin ekspertlərin fikrincə, artıq Ermənistanla Azərbaycan arasında birbaşa təmasın qurulması ciddi zərurətdir. Bunun üçün bütün ilkin şərtlər də var. İlk növbədə o baxımdan ki, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. İndi əsas məsələ Ermənistanla sərhədlərin müəyyən edilməsidir. Elə bu fonda Azərbaycan Ermənistanla sərhədin delimitasiya və demarkasiyası məsələsini gündəmə gətirib, heç bir şərt qoymadan Ermənistanı bu məsələni ikitərəfli qarşılıqlı müzakirələrlə həll etməyə çağırır. Bu baxımdan xarici işlər naziri Ceyhun Bayramovun təklifi olduqca aktual xarakter daşıyır. Ermənistan üçüncü tərəf olmadan Azərbaycanla sülh müqaviləsi imzalaya, sərhədin delimitasiya və demarkasiyası məsələsini həll edə, Zəngəzur dəhlizinin açılmasını reallaşdıra bilər.

Hələlik görünən budur ki, Azərbaycandan fərqli olaraq, Ermənistan hələ də lazımi qətiyyət nümayiş etdirə bilmir. Bunu Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının üzvü Ruben Rubinyanın açıqlaması da təsdiq edir. O iddia edir ki, Ermənistan təzyiq altında Azərbaycanla heç bir sülh müqaviləsi imzalamayacaq. Rubinyan Zəngəzur dəhlizinin Ermənistanın suveren ərazisindən keçərək reallaşmayacağını da qeyd edib: “Dünyada Azərbaycan və Türkiyədən başqa heç bir ölkə Zəngəzur dəhlizinin reallaşmasından danışmır”. Halbuki, Zəngəzur dəhlizinin açılması Qafqazda maraqlı qüvvələrin, o cümlədən Rusiyanın da xüsusi maraq dairəsində yer alır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Antalyada baş tutan görüşündən sonra bu xüsusda qeyd edib: “Rusiya əmindir ki, bölgədəki ölkələrin və qonşuların, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə nəqliyyat kommunikasiyalarının açılması, Zaqafqaziyada çoxşaxəli iqtisadi əməkdaşlığın təşviqi üzrə səylər Qarabağda vəziyyətin hərtərəfli sabitləşməsinə xidmət edəcək. Cənubi Qafqazdakı vəziyyəti, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində keçən il noyabrın 9-da və bu il yanvarın 11-də əldə olunan razılaşmaları ətraflı müzakirə etdik. Bakı və İrəvana inam tədbirlərinin gücləndirilməsi də daxil olmaqla, münasibətlərin normallaşdırılması üzrə praktik məsələlərdə kömək etmək məqsədilə səylərimizi əlaqələndirmək üçün razılığa gəldik. Biz atəşin dayandırılması və bütün hərbi əməliyyatlara nəzarət edilməsi üzrə Azərbaycanın Ağdam rayonunda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən məmnunuq”.

Sülh müqaviləsi Ermənistanın sabitliyi və inkişafı üçün vacibdir

Ermənistan bu gün onu da nəzərə almalıdır ki, sərhəd məsələsi iki ölkə arasında həll oluna bilər. Yəni sərhədin müəyyən edilməsi iki ölkə tərəfindən həyata keçirilir. Bu səbəbdən üçüncü dövlətin bu məsələyə qarışmasına lüzum yoxdur.

Hazırda Ermənistan qeyd edilən məsələdə daha çox Rusiyadan ehtiyat edir. Lakin İrəvan nəzərə almalıdır ki, Rusiyanın vasitəçiliyi olmadan Gürcüstan və ABŞ-ın vasitəçiliyi ilə erməni diversantlarla mina xəritələrinin dəyişdirilməsi həyata keçirilib. Bu proses ümumiyyətlə hər hansə vasitəçi olmadan da davam etdirilə bilər. Həm də Gürcüstan vasitəsilə erməni diversantların xəritələrə dəyişdirilməsi və Rusiyanın buna mane olmaması göstərdi ki, gələcəkdə bu istiqamətdə ikitərəfli addımlar atıla bilər. Ona görə də İrəvan Bakının ikitərəfli danışıqlar təklifini adekvat qiymətləndirməlidir. Bundan başqa, Rusiya artıq Nikol Paşinyan iqtidarından özü üçün hər hansı təhdid görmür. Bu səbəbdən onun Azərbaycanla ikitərəfli danışıqlara getməsinə də maneə yaratmayacaq. Bunu rus ekspert Modest Kolerov da xüsusi olaraq vurğulayır. Onun sözlərinə görə, Paşinyan hakimiyyətə birmənalı olaraq Rusiyanın əleyhinə olan siyasətçi kimi gəlib, amma reallıq onu Ermənistanın təhlükəsizliyinin təmin edilməsində Rusiyanın mühüm rolunu qəbul etməyə məcbur edib: “Paşinyanın artıq Rusiyanın əleyhinə olmadığına heç bir şübhə yoxdur. Seçicilərin cəmi 25%-i dəstəkləmiş olsa da, Paşinyanın yeni qələbəsi onun bu siyasətin davam etdirilməsi üçün mandatı olduğunu göstərir. Rusiya olmadan Ermənistan dövlətinin gələcəyi yoxdur. Bundan başqa, Paşinyan bilməlidir ki, Qarabağda çox şey Rusiya sülhməramlılarının mandatının uzadılıb-uzadılmayacağından asılı olacaq. Mənə bu aydın deyil ki, onlar qalacaq, ya yox. Bundan başqa, bütün amillərlə yanaşı, bu, müstəsna olaraq İlham Əliyevdən asılıdır”.

Real vəziyyətin təhlili göstərir ki, ikitərəfli danışıqlara başlanılması, sülh müqaviləsinin imzalanması Ermənistana daha çox lazımdır. Onsuz da Azərbaycan öz torpaqlarını azad edib və artıq delimitasiya, sərhəddə müvafiq infrastrukturun bərpası işlərinə başayıb. Ermənistan bunlara qarşı hər hansı addım atmağa cəhd edəcəksə, o zaman Azərbaycan ordusunun qarşısını nə Rusiya sülhməramlısı, nə də ATƏT-in Minsk Qrupunun həmsədrləri ala biləcək. Bunu da Ali Baş Komandan dəfələrlə vurğulayıb. Ermənistanın da bunu nəzərə alması onun xeyrinə olardı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda qırğızıstanlı həmkarı Ruslan Kazakbayevlə birgə keçirdiyi mətbuat konfransında bu fonda bildirir: “Qonşu dövlətlərə qarşı qanunsuz tələblərin irəli sürülməsi və bu cür addımların atılması siyasətinin heç bir perspektivi yoxdur. Ermənistanda bunun əksini düşününlər varsa, 30 illik təcavüz siyasətinin nəticəsi olaraq bugünki vəziyyətə nəzər salsınlar və nəticə etibarilə bunun Ermənistana nə verdiyini özləri təhlil etsinlər”. Nazir təcavüz siyasətinin bumeranq effekti verdiyini bildirib: “Biz uzun illər deyirdik ki, təcavüz siyasətinin sonu yoxdur, qonşularla münasibətlər normallaşmalıdır, ölkələr arasında beynəlxalq sərhədlər müəyyən edilməlidir. Ermənistan cəmiyyəti də bu siyasətin ağır nəticəsini görür”.

Ermənistana son şans verilib

Ermənistan onu da qəbul etməlidir ki, bundan sonra onun Qarabağ məsələsinə hər hansı formada təsir etmək imkanları da yoxdur. Bu xüsusda Modest Kolerov da maraqlı fikirlər səsləndirir: “Ermənistanın Qarabağın gələcəyinə təsir etmək üçün heç bir imkanı yoxdur. Ermənistan tarixi məğlubiyyətə uğrayıb. Ermənistandakı revanş çağırışları isə “psixo-terapevtik” haldır. O da unudulmamalıdır ki, Paşinyan kiminsə Rusiyanı əvəz edə və onun təhlükəsizliyinin zamini ola biləcəyinə və digər utopik ideyalara ümid edir. Buna görə, yaxın gələcəkdə Rusiya bazaları Gümrüdən və Erebunidən çıxarıla bilər. Hazırda artıq bu bazalara heç bir ehtiyac yoxdur. Abxaziya və Cənubi Osetiyada Rusiya hərbi bazaları qurulduqdan sonra Ermənistana ehtiyac yoxdur. Kollektiv Qərb isə Ermənistanın təhlükəsizliyini təmin edə bilməz və etmək istəməz.

İndiki halda Ermənistan öz dövlətçiliyinin ardıcıl olaraq məhv edilməsi yoluna qədəm qoyub və bu, təkcə sonuncu müharibənin təsiri deyil. Qarabağ amili Ermənistanın xarici siyasi çəkisinin 99%-ni təşkil edirdi. İndi isə Qarabağ yoxdur”. Belə şəraitdə Ermənistan Azərbaycan qarşısında daha gücsüz durumda olduğunu qəbul etməlidir. Digər tərəfdən, Bakı erməniləri birgə yaşamağın mümkünlüyünə inandırmaq üçün müharibədən sonra kifayət qədər addımlar atıb. İndi növbə Ermənistanındır. Bu ölkə ya Azərbaycanla əməkdaşlığa gedib normal inkişaf yoluna çıxmalı, ya da birdəfəlik məhv olmaq yolunu seçməlidir. Erməni ekspert Metaxa Akopyan da qeyd edir ki, həqiqətən İrəvanın başqa yolu yoxdur: “Bunu hakimiyyət də bilir. Sadəcə, indi Ermənistan hakimiyyəti teatr tamaşası göstərir. Şübhəsiz ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmi səviyyədə tanıyacaq. Bizim başqa yolumuz da yoxdur.

Azərbaycan hakimiyyəti bəyan edir ki, sülh sazişinin imzalanması vacibdir. Paşinyan bütün bunları imzalayacaq və Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Bu artıq bəllidir”. Elə rusiyalı ekspert Viktor Nadein-Rayevski də eyni fikirdədir: “İrəvan Ermənistan-Türkiyə, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinə dair bütün iddialarından və tələblərindən tamamilə imtina edəcək. Ermənistan sülh və həmrəylik şəraitində yaşamaq istəyirsə, qonşularına olan iddialarından əl çəkməlidir. Yaxın zamanlarda bütün sərhəd məsələləri tənzimlənəcək, Naxçıvan və Azərbaycanı birləşdirən Zəngəzur dəhlizi qurulacaq”.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur. 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ