Cümə günü, 02 oktyabr 2026
     

Qarabağ qazisi diaspor təşkilatlarının toplantısında iştirak etdi - FOTO

Image


“Dünyanın müxtəlif yerlərində yaşayan, xalqımızın müqəddəs amalları, azərbaycançılıq və müstəqil dövlətçilik ideyaları ətrafında birləşmiş soydaşlarımızla, həmvətənlərimizlə müzəffər ordumuz, mübariz silahlı qüvvələrimiz üçün əlamətdar olan bir gündə görüşmək məndə böyük sevinc və qürur hissi doğurdu.

İştirakçısı olduğum 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimiz münasibətilə onların hər birindən eşitdiyim təbriklər bütün ağrı-acılarımı unutdurdu. Möhtərəm Prezidentimiz, müzəffər sərkərdəmiz cənab İlham Əliyevin rəhbərliyi ilə doğma yurdumun işğaldan azad edilməsi uğrunda döyüşlərdə oğlumla birlikdə iştirakımdan fəxarət duyuram. Qələbəmiz bütün dünya azərbaycanlıları üçün misilsiz nailiyyətdir”. Bu sözləri Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə xaricdəki Azərbaycan Evlərinin və Azərbaycanlıların Koordinasiya Şuralarının iyunun 26-da Türkiyənin İstanbul şəhərində keçirilmiş birgə toplantısının qonağı olan Füzuli rayonundan məcburi köçkün, birinci və ikinci Qarabağ müharibələrinin veteranı, hərbi təqaüdçü Adil Quliyev deyib. O, ötən ilin oktyabrında Füzuli uğrunda döyüşlərdə aldığı ağır qəlpə yarasının müayinəsi və müalicəsi üçün “Yaşat” fondu tərəfindən qardaş ölkəyə göndərilib və İstanbuldakı “Avrasiya” klinikasına yerləşdirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi toplantının keçirildiyi vaxt İstanbulda müalicədə olan azərbaycanlı hərbçilərin hər biri ilə əlaqə saxlayıb, onlarla görüşüb, səhhətlərindən xəbər tutub və hərəkət etmək imkanı olanların dünya azərbaycanılarının toplantısında qonaq qismində iştirakını təmin edib. Müzəffər ordumuzun qəhrəman qaziləri toplantı iştirakçıları tərəfindən alqışlarla qarşılanıb, Silahlı Qüvvələr Günü münasibətilə səmimi təbrikləri qəbul ediblər. Bu diqqət və səmimi münasibətə görə komitənin rəhbərliyinə, diaspor hərəkatının fəallarına minnətdarlığını bildirən Adil Quliyev erməni faşizmi üzərində möhtəşəm qələbənin qazanılmasında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi müdrikliyi və sərkərdəlik istedadı, rəşadətli ordumuzun yenilməz gücü və qəhrəman hərbçilərimizin hədsiz fədakarlığı ilə yanaşı, ümumxalq birliyinin, mili həmrəyliyin  həlledici amil olduğunu vurğulayıb. O deyib: “İstanbuldakı toplantıda Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun və diaspor fəallarının çıxışlarını maraqla dinlədim və bir daha əmin oldum ki, xaricdə yaşayan soydaşlarımız xalqımızın haqq səsini, dövlətimizin ədalətli mövqeyini son illərdə daha böyük mütəşəkkilliklə dünya ictimaiyyətinə çatdırıblar. Bu da erməni faşizminə qarşı mübarizədə dövlətimizə xaricdəki dostlarımızın güclü dəstəyini qazandırıb. İstanbuldakı toplantıda diaspor hərəkatının yeni inkişaf istiqamətləri müəyyənləşdirildi. Xüsusən Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyəti üçün möhkəm zəmin olduğu bildirildi”.

Məcburi köçkün qazi həmçinin qeyd edib ki, xaricdə yaşayan azərbaycanlılar, diaspor təşkilatları və nümayəndələri bu ilin may ayı ərzində keçirilən “Yaşat” Xeyriyyə Marafonunda mütəşəkkil qaydada iştirak etməklə, şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının yanında olduqlarını bir daha göstəriblər.

Xatırladaq ki, Adil Quliyev birinci Qarabağ müharibəsində əvvəlcə yerli özünümüdafiə dəstəsinin başçısı, sonra milli ordunun bölük komandiri kimi iştirak edib. 1993-cü ilin avqustunda ağır yaralanıb, müalicə olunduqdan sonra yenidən cəhbəyə qaydıb. 1994-cü il yanvarında ulu öndər Heydər Əliyevin rəhbrəliyi ilə ordumuzun apardığı uğurlu Horadiz əməliyyatının iştirakçısı olub. Həmin əməliyyat nəticəsində Füzuli rayonunun 24 yaşayış məntəqəsi işğaldan azad edilib. Atəşkəs dövründə də zabit kimi hərbi xidmətini davam etdirən Adil Quliyev 1996-cı ildə ordudan tərxis olunub. Bundan sonra ictimai fəal kimi cəmiyyətdə vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunun möhkəmləndirilməsinə xidmət göstərib. “Məşəl” Əlil və Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyinin üzvüdür. İkinci Qarabağ müharibəsinin – 44 günlük Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq hərbi xidmətə qayıdıb,  54 yaşında yenidən erməni işğalçılarına qarşı döyüşlərdə iştirak edib və ağır yaralanıb. Daxili qoşunlarının zabiti olan oğlu baş leytenant Rüfət Quliyev də öz komandanlığına müraciət edərək döyüşən orduya göndərilməsini xahiş edib və xahişi yerinə yetirilib. O da doğma yurdunun işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edib.

Dövlət başçısı torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında göstərdiyi şəxsi igidlik və şücaətə görə Adil Quliyevi Füzulinin və Qubadlının azad eilməsinə görə, həmçinin “Cəsur döyüşçü” medalları ilə təltif edib. Cəsur və vətənpərvər qazimizə tezliklə sağalmağı, işğaldan azad edilmiş doğma yurdun dirçəlişində iştirak etməyi arzulayırıq.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ