Cümə günü, 02 oktyabr 2026
     

“Tolerant və multikultural QHT-lər" dövlətin pulunu göylərə necə sovurur...

Image


Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan multikulturalizminin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği istiqamətində göstərdiyi konkret hədəflərə çatmaq üçün atılan əməli addımlar dövlət qurumları, siyasətçilər, hökumət adamları ilə yanaşı, hər bir vətəndaşımızın üzərinə şərəfli vəzifə qoyur.

  • Londondakı BBC-nin qərargahından tutmuş, İndoneziyanın Coqyakarta şəhərindəki Ahmad Dahlan Universitetinə qədər…

Qanunvericiliyimizdən və Azərbaycan multikulturalizminin özəl prinsiplərindən irəli gələrək icra edilən din siyasəti və ölkəmizdə yaşayan azsaylı xalqların, toplumların mədəniyyət nümunələrinin qorunması, hüquqlarının ali təminatı istiqamətində görülən işlərin dünya ictimaiyyətinə çatdırılması üçün müəyyən layihələr həyata keçirilir.

Sülh və dostluq şəraitində yaşamın dünya üçün yeni modeli olan Azərbaycan multikulturalizmi xarici ölkələrdə təkcə universitetlərdə deyil, eyni zamanda müxtəlif təşkilatlarda kollokviumlar, seminarlar, “dəyirmi masa”lar formatında da təqdim edilib. Bu təqdimatlar Londondakı BBC-nin qərargahından tutmuş İndoneziyanın Coqyakarta şəhərindəki Ahmad Dahlan Universitetinə qədər olan geniş coğrafiyanı əhatə edib. Azərbaycan mədəniyyətini, tarixini, dilini, ədəbiyyatını, iqtisadiyyatını, müasir ictimai-siyasi durumunu özündə kompleks şəkildə birləşdirən “Azərbaycan multikulturalizmi” fənni ölkəmizdə, özəlliklə, texniki peşələr və dəqiq elmlər təmayüllü universitetlərdə, institutlarda və xüsusi tipli təhsil ocaqlarında tədris olunmağa başladı və bu gün də davam etməkdədir. Tolerantlığın təbliği həm dövlət qurumları, həm də ictimai təşkilatlar tərəfindən həyata keçirilir. İstənilən polietnik və çoxmədəniyyətli cəmiyyətdə münbit şərait yaratmaq üçün dövlət bir neçə vasitədən istifadə etməlidir.

  • Tolerantlıq mühitini formalaşdırmaq və qorumaq üsullarından biri də maarifləndirmə metodudur

Birincisi, bütün etnik qrupların, fərqli mədəniyyətə aid insan qruplarının vətəndaş hüquqlarını bərabər səviyyədə təmin edə biləcək qanunvericilik bazası yaradılmalıdır. Bununla yanaşı, dövlət bu qanunların işləməsi üçün hərtərəfli təminat verməlidir. Bu yalnız inzibati yollarla cəmiyyətdə multikulturalizmə töhfə vermək üsulu sayıla bilər. Amma cəmiyyətin hüquqi və mədəni həyatını əhatə edən bir məsələni yalnız hüquq müstəvisində çözmək düzgün olmazdı. Ona görə də problemin həlli, sabitliyin yaradılması və qorunması üçün müxtəlif forma və vasitələrdən istifadə olunması daha məqsədəuyğundur. Bu baxımdan tolerantlıq mühitini formalaşdırmaq və qorumaq üsullarından biri də maarifləndirmə metodudur. Maarifləndirmə hərəkətverici mənbəyinə görə iki formada həyata keçirilir. Bir tərəfdən dövlət qrumları bu missiyanı dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirir. Bu tədbirlərin təşkili o qədər də çətin məsələ deyil. İlk əvvəl bu işi reallaşdıra biləcək dövlət qurumu yaradılır, tədbirlər planı tutulur və dövlət büdcəsi hesabına reallaşdırılır. Azərbaycanda bu işi əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir və il boyu biz mətbuatdan bu barədə informasya əldə edə bilirik. Digər tərəfdən, bu sahədə dövlət sityasəti elə qurulmalıdır ki, cəmiyyət - vətəndaşlar və vətəndaş cəmiyyəti institutları bu cür maarifləndirmə işinə maraq göstərsinlər, özəl tədbirlər həyata keçirərək dövlətə dəstək olsunlar. Azərbaycan hökuməti bu istiqamətdə də bir çox addımlar atıb. Belə ki, həm mətbuata, həm də qeyri-hökumət təşkilatlarına dövlət büdcəsi hesabına yardım fondları yaradıb və həmin fondlar cəmiyyətin hədəflədiyi istiqamətlərdə layihələr həyata keçirmək istəyən vətəndaş cəmiyyəti institutlarına maliyyə yardımları ayırır. Həmin istiqamətlər arasında məhz milli və dini tolerantlıq, multikultralizm mövzusu da geniş yer tutur.

  • Vacib sahələrin təbliği ilə bağlı verilən qrantların müqabilində görülən işlər formal xarakter daşıyır

Xüsusilə də QHT sektorunda bu istqiamətləri əhatə edən bir çox layihələr həyata keçirilir. Biz fikir versək görərik ki, bir çox QHT-lərin adlarında tolerantlıq, multikulturalizm sözlərinə çox rast gəlirik. Ayrılan qrantların təsnifatından görürük ki, həmin QHT-lərə lazımi şəkildə maliyyə ayrılır. Qrant formasında verilən maliyyənin mənbəyi Azərbaycan dövlətidir. Ancaq gəlin görək, həmin QHT-lərin bu yöndə təbliğatları və gördükləri işlər onlara göstərilən dövlət qayğısı ilə adekvatdırmı? Bir çox hallarda bunun əksini görürük. Deyilən vacib sahələrin təbliği ilə bağlı verilən qarantların müqabilində görülən işlər formal xarakter daşıyır. QHT rəhbərləri daha çox öz yaxınlarını toplayıb, foto çəkdirib, güya tədbir keçirdi deyə aldıqları qrantları həzm-rabedən keçirməklə məşğuldur. Elə QHT var ki, Azərbaycan həqiqətlərini Türkiyədə çatdırmaq üçün həmin ölkədəki universitetlərdən birində tədbir keçirib. Çox maraqlıdır ki, zalda dinləyici kimi oturanların hamısı Türkiyədə təhsil alan azərbaycanlı tələbələr olub. Təbiidir ki, bu cür formalizmlər kənara qoyulmalıdır.

  • Fəal QHT-lər erməni təbliğatını Türkiyədə məhv edir

Ancaq bunu bütün QHT-lərə də aid etmək olmaz. Diqqətimizi Beynəlxalq Diaspor Mərkəzi adlı QHT-nin Türkiyədə icra etdiyi bir layihə çəkdi. Məlumdur ki, ermənilər, hər yerdə olduğu kimi, Türkiyədə də bir çox ərazilərə və tarixi abidələrə iddia edirlər. Həmin ərazilərdən biri də Van şəhəri və oradakı Akdamar kilsəsidir. Gəlin, sözügedən QHT-nin keçirdiyi tədbirin mahiyyətinə diqqət edək.

Türkiyənin Van şəhərində Beynəlxalq Diaspor Mərkəzi (BDM), Türk Kalkınma İşadamları Dərnəyinin (TÜMKİAD) Van il şöbəsi və Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. “Olimpus” Şirkətlər Qrupunun dəstəyi ilə həyata keçirilən səfər çərçivəsində bu bölgədə yerləşən Akdamar adasındakı tarixi Akdamar kilsəsi ziyarət edilib. Ziyarətdə Azərbaycanda fəaliyyət göstərən Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafik Danakari və icmanın üzvü Sevan Maqari iştirak edib. Dini icmanın rəsmiləri tərəfindən kilsədə ayin keçirilərək dualar edilib. İcma rəsmisi Rafik Danakari ayindən sonra Türkiyə mətbuatına açıqlama verərək, bu bölgədə mövcud olan kilsələri ermənilərin özününküləşdirmə siyasətini pisləyib.

O, açıqlamasında, Azərbaycanda olduğu kimi, Türkiyənin Van bölgəsində də kilsələrin Alban kilsəsi olduğunu və ermənilərlə yaxından-uzaqdan heç bir əlaqəsinin olmadığını bildirib. O, Türkiyə hökumətinə Akdamar kilsəsində ziyarət üçün yaradılmış şəraitə görə təşəkkür edərək, bölgə insanlarını sülhə çağırıb. Rafik Danakari Azərbaycanda yaradılmış dinlərarası xoş münasibət və tolerantlıq haqda da media və ziyarət iştirakçılarını məlumatlandırıb. Sonra Azərbaycan nümayəndə heyəti 1915-ci ildə Van bölgəsində şəhid edilmiş 2500 silahsız insanın xatirə yeri olan Zivə Şəhidliyini ziyarət edib. Şəhidlik abidəsinə gül dəstələri qoyulub, dualar edilib.

Daha sonra mətbuata açıqlama verən BDM sədri İsmayıl Ağayev Zivə şəhidlərinin bu gün Qarabağda, Xocalıda şəhid edilən insanlarımızla bir tutulduğunu bildirərək, vaxtilə Andranikin terror dəstəsinin bu bölgələrdə törətdiyi qanlı cinayətlərin  davamını Qarabağda onların nəvələrinin həyata keçirdiyini qeyd edib. Ziyarətdə iştirak edən Alban-Udi Xristian Dini İcmasının sədr müavini Rafik Danakari, ASİM-DER sədri Göksəl Gülbəy, İSBAM sədri Samir Adıgözəlli, Türk Kalkınma İşadamları Dərnəyinin (TÜMKİAD) Van il başqanı Müslim Birdal çıxış edərək, yüz ildən artıqdır ermənilərin Azərbaycan və Türkiyədə həyata keçirdiyi terror və soyqırımlar haqqında fikirlərini bildirib.

  • Baş girləyən QHT-lərlə yanaşı, əməli iş görənlər də az deyil

Göründüyü kimi, başını girləyən QHT-lərlə yanaşı, əməli iş görənlər də az deyil. Bu baxımdan da QHT-lərin fəaliyyətinə və xüsusilə də onların icra etdiyi layihələrə ayrılan qrantlarla bağlı hesabatlılığın müasir sistemə uyğun həyata keçirilməsi lazımdır. Bu sistemi yaratmaqda əsas məqsəd qeyri-hökumət təşkilatlarına dövlət dəstəyini müasir dövrün tələblərinə uyğun şəkildə təşkil etmək, QHT–dövlət münasibətlərində yeni əməkdaşlıq modelini formalaşdırmaq, Agentliyin fəaliyyətində şəffaflığı, hesabatlılığı və səmərəliliyi daha da artırmaq, mümkün neqativ halları və subyektiv amilləri sıfıra endirmək, ictimai nəzarəti və qərar qəbulu prosesində vətəndaş iştirakçılığını təmin etməkdən ibarətdir.

Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Dünyanın müxtəlif ölkələrinin ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox nümayəndənin iştirak etdiyi “Qloballaşma, din, ənənəvi dəyərlər” mövzusunda tədbir 2010-cu ilin aprelində məhz Bakı şəhərində keçirildi. Bunu Azərbaycanın beynəlxalq aləmdə tanınması, tolerantlıq mühitinin genişlənməsi və inkişafı ilə əlaqələndirmək olar. 2011-ci ildən başlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır. Respublikamızda dini dözümlülüyün, dini müxtəlifliyin, milli və dini tolerantlığın, multikuturalizmin, milli-mənəvi dəyərlərin inkişafında və təbliğ edilməsində Heydər Əliyev Fondunun əvəzolunmaz xidmətləri var. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan Parisin ürəyində" adlı layihə çərçivəsində 2015-ci il sentyabrın 8-də Parisdə "Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti" mövzusunda konfrans keçirilib və "Parisin ürəyində Azərbaycan musiqisi" adlı konsert təşkil olunub. Biz də, harda çalışmağımızdan asılı olmayaraq, bu dəyərlərin təbliğinə vicdanla yanaşmalı, dövlətin dəstəyinə adekvat fəaliyyət ortaya qoymalıyıq.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ