Cümə günü, 02 oktyabr 2026
     

Ermənistanda əsl xaos başladı

Image


Ermənistanda parlament seçkisindən müəyyən müddət keçsə də, bu ölkədə siyasi müstəvidə qeydə alınan gərginlik hələ də səngimək bilmir. Əksinə, hadisələrin inkişaf axarı qarşıdakı dövr ərzində ölkədə daha ciddi fəsadların yaranacağını istisna etmir. Hər halda, postseçki dövründə başlanan repressiyalar da bunu təsdiq edir.

Bunun əvəzində müxalifət yenə əvvəlki kimi hakimiyyəti İkinci Qarabağ müharibəsində məğlubiyyətdə, ölkəni ağır böhrana sürükləməkdə ittiham edir. Erməni ictimai xadim Lilit Poqosyanın bu fonda yazdıqları olduqca maraqlı görünür: “Azərbaycan qalib gəlmiş prezidentə sahibdir. O, gündə bir neçə dəfə 20 iyun seçkiləri ilə Ermənistanın saxta baş nazirinin imzaladığı qeyd-şərtsiz kapitulyasiya aktını ratifikasiya etmiş erməni cəmiyyətinə yumruq göstərir. Azərbaycan qılıncı şərəflə qınına qoyan, erməni ordusunu məhv etməyi az hesab edərək ölkəsinin Silahlı Qüvvələrini səylə silahlandıran, möhkəmləndirən, modernləşdirən Ali Baş Komandana sahibdir. Ermənistan isə özünün uydurduğu “vətən” müharibəsini biabırcasına uduzmuş, uğursuz olmuş, növbə ilə bütün xarici oyunçuların, eləcə də rəqibin ayaqqabılarını yalayan fərari “ali baş komandan”a sahibdir. O, ardıcıl şəkildə müdafiə xərclərini azaldır və ordunu ləğv etmək - iki illik məcburi hərbi xidməti “beş ildən bir üç aylıq” təlimlərlə əvəz etməklə hədələyir”. Bu fonda erməni müxalifətinin lideri hesab edilən sabiq prezident Robert Köçəryan son açıqlamaları ilə cəmiyyəti faktiki qanuni hakimiyyətə qarşı itaətsizliyə və inqilaba çağırıb. Onun “il yarım sonra Ermənistanda erkən seçkiyə tələbat yaranacaq, biz bu hakimiyyəti sakit buraxmayacağıq” fikri də bundan xəbər verir. Ekspertlər qeyd edir ki, seçkidə yenə qələbə qazanan Nikol Paşinyanı bundan sonra, müharibə istisna olmaqla, yenidən erkən seçki keçirməyə heç nə vadar edə bilməz. Buna baxmayaraq, Paşinyan qarşısındakı əsas maneə olan Köçəryanı neytrallaşdırmaq barədə düşünür. Təsadüfi deyil ki, keçmiş prezidentə qarşı yenidən məhkəmə işi başlayıb. Doğrudur, hazırda deputat mandatına malik olan Köçəryanı həbs etmək elə də asan deyil. Ancaq Köçəryan həddini aşarsa, parlamentdə səs çoxluğuna malik Paşinyan eks-prezidentin deputat toxunulmazlığını ləğv edə bilər. İndilikdə isə Paşinyan Köçəryana sadiq olan məmurları sıradan çıxarır. Ermənistanın Lori vilayətinin qubernatoru, hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Aram Xaçatryanın açıqlamaları da bunu sübut edir.

Aram Xaçatryan bildirir ki, 20 iyun seçkisində məğlub olmuş siyasi qüvvələri dəstəkləyən yerli icra başçıları istefaya getməlidir. “Azatutyun” radiosunun məlumatına görə, qubernator iddia edib ki, bu icra nümayəndələrinə həmin icmalarda etimad yoxdur və dəstəklədikləri siyasi qüvvələrin məğlubiyyəti onların da məğlubiyyəti hesab olunur: “Bu mənim subyektiv fikrimdir ki, bu adamlar istefaya getməli və yenidən seçkidə iştirak etməlidirlər. O zaman məlum olar ki, onlara etimad var, ya yox. Bu, yeganə sivil yoldur. Mən əminəm ki, onların bir çoxu yenidən seçiləcəyinə inanmır”.

Xatırladaq ki, son seçkilər zamanı bir sıra yerli icra başçıları növbədənkənar parlament seçkisində Nikol Paşinyana müxalif olan qüvvələri dəstəkləyib. Belə qüvvələrdən biri də Robert Köçəryanın “Ermənistan” seçki bloku olub. Bəziləri isə daha bir keçmiş prezident Serj Sarkisyanın adı ilə bağlılığı olan “Şərəf duyuram” blokuna səs verib. Məsələn, Güləgərək icmasının başçısı Mqer Gevorkyan seçkiqabağı dövrdə öz siyasi mövqeyini gizlətməyərək, açıq şəkildə “Ermənistan” blokunu dəstəkləmişdi. Lakin onun başçı olduğu ərazidə Köçəryanın blokuna 6700 seçicidən yalnız 710-u səs verib. Bu bölgədə hakim “Vətəndaş Müqaviləsi” partiyasına üç dəfə çox səs verildiyi bildirilir. Lakin bu kəndə 19 ildir başçılıq edən Gevorkyan istefa vermək fikrində olmadığını deyib: “Mən niyə istefaya getməliyəm? Məni adamlar seçiblər. Ümumi iclas mənə nə vaxt “çıx get” desə, onda gedərəm. Mən hətta gələn seçkidə də namizədliyimi verəcəyəm”. Lakin Lori vilayətinin qubernatoru Aram Xaçatryan iddia edir ki, tezliklə insanlar hər bir bölgədə onlara verilmiş “polad mandatı” hiss edəcəklər. Qubernator ad çəkmədən bildirib ki, seçkiqabağı dövrdə vətəndaşlara Nikol Paşinyanın mitinqlərində iştirakı qadağan edənlər, təzyiq göstərənlər və qorxudanlar olub. Xaçatryan əmindir ki, belə hərəkətlər cəzasız qalmayacaq: “Sizi əmin edirəm ki, çox yaxın bir vaxtda bunlar praktikada həyata keçəcək. Biz o vaxt deyirdik: “Bizə polad mandat verin”. Adamlar polad mandatın gücünü özlərində hiss eləməlidirlər. Bu bir hədə deyil. Hər bir kəs öz əməllərinə görə məsuliyyət daşımalıdır”.

Erməni mediası yazır ki, ötən həftə Odzun kəndinin başçısı və “Ermənistan” blokunun tərəfdarı Arsen Titanyan qubernator Xaçatryanın ondan istefa tələb etməsi ilə bağlı polisə şikayət edib. Titanyan iddia edirdi ki, Xaçatryan onu qubernatorluğa çağırtdırıb, istefasını tələb edib və onu elə dəhlizdəcə əzişdirib. Titanyan bundan sonra da istefa verməkdən imtina edib. Hazırda hadisə üzrə cinayət işi qaldırılıb, Ermənistan Xüsusi İstintaq Xidməti Odzun icma başçısını zərərçəkən qismində tanıyıb. Amma bu iş üzrə müttəhim yoxdur. Lori qubernatoru iddia edir ki, rəqib siyasi qüvvəni təmsil edən şəxs ona şər atır. Qeyd edək ki, Güləgərək və Odzun icmalarında başçı seçkisi bu payız keçirilməlidir. İndiyədək bu vəzifəyə dörd dəfə seçilmiş Odzun icma başçısı deyib ki, vaxtından əvvəl istefaya getmək fikrində deyil. Başçı, üstəlik, qubernatoru Paşinyanın birlik çağırışına əməl etməməkdə günahlandırıb: “Mən baş nazirin çıxışını axıradək dinlədim və düşündüm ki, birliyə çağırış doğrudan da mövcuddur. Amma bəzi adamlar anlamırlar ki, baş nazir elə əvvəlki kimi bəzilərinin yox, hamının baş naziridir”.

Samirə SƏFƏROVA

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ