Rusiya əmindir ki, bölgədəki ölkələrin və qonşuların, o cümlədən Türkiyə və Rusiyanın iştirakı ilə nəqliyyat kommunikasiyalarının açılması, Cənubi Qafqazda çoxşaxəli iqtisadi əməkdaşlığın təşviqi üzrə səylər Qarabağda vəziyyətin hərtərəfli sabitləşməsinə xidmət edəcək.
Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında bildirib.
S.Lavrov qeyd edib ki, görüş zamanı Cənubi Qafqazdakı vəziyyəti, Qarabağ münaqişəsinin nizamlanması istiqamətində əldə olunan üçtərəfli razılaşmalar ətraflı müzakirə edilib:
"Bakı və Yerevana inam tədbirlərinin gücləndirilməsi də daxil olmaqla, münasibətlərin normallaşdırılması üzrə praktik məsələlərdə kömək etmək məqsədilə səylərimizi əlaqələndərmək üçün razılığa gəldik. Biz atəşin dayandırılması və bütün hərbi əməliyyatlara nəzarət edilməsi üzrə Azərbaycanın Ağdam rayonunda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətindən məmnunuq”.
Lavrov bildirib ki, Moskva və Ankara birgə səylərlə Bakı ilə Yerevan arasında münasibətlərin normallaşdırılması üzrə praktik məsələlərdə kömək etmək niyyətindədirlər.
Rusiya XİN başçısı qeyd edib: "Etimad tədbirlərini vurğulayaraq, münasibətlərin normallaşdırılması üzrə praktik məsələlərdə kömək etmək məqsədilə səylərimizi əlaqələndərmək üçün razılığa gəldik".
Lavrov, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun ortalarında Şuşaya səfəri zamanı Azərbaycana səfərinin Bakı ilə Ankara arasındakı ikitərəfli münasibətlər çərçivəsində olduğunu qeyd etdi:
"Prezident Ərdoğanın Azərbaycana səfərinə gəlincə, bu, Türkiyə ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli münasibətlər çərçivəsində bir səfər idi".
S.Lavrov vurğulayıb ki, Azərbaycanla Ermənistanın arasında əməkdaşlığın əlavə sahələrindən biri də bu bölgədəki ticarət, iqtisadi, nəqliyyat əlaqələrinin bərpasına kömək etməkdir.