Cümə günü, 02 oktyabr 2026
     

Azərbaycan media qanunvericiliyində "Vahid reyestr" qaydası - belə inqilabi təcrübə heç vaxt görünməyib...

Image


Media ilə bağlı bir sıra məsul şəxslərin açıqlamalarından məlum olur ki, “Media haqqında” yeni qanun layihəsi artıq hazırdır. Bu sənədin yaxın zamanlarda Milli Məclisə təqdim edilməsi gözlənilir. Qanun layihəsinin kifayət qədər müasir sənəd olduğu bildirilir.

“Media haqqında” qanun layihəsində medianın vəzifələri, media-cəmiyyət, media-hakimiyyət məsələləri, jurnalistlərin hüquqları kifayət qədər müasir tələblər əsasında qoyulur. Qeyd olunur ki, yeni qanun mediada yaranmış bəzi boşluqları aradan qaldırmaq gücündə olacaq.

Etiraf etməliyik ki, mediamızda həll edilməyən problemlərin kökü illərə dayanır. İllərdir həll olunmayan və üst-üstə qalaqlanan problemlərin qısa zamanda həlli mümkünsüzdür. Burada vacib olan islahat prosesinin başlanması və hədəfə doğru addımların atılmasıdır. Bu günlərdə müzakirə mövzusuna çevrilən Media Reyestrinin tətbiqi və jurnalistlərə vahid vəsiqənin verilməsi məsələsi medianın yenilənməsi, müasirləşməsi və dövrün tələblərinə uyğun fəaliyyəti üçün əsas məqamlardan biridir.

Jurnalistlərin və media subyektlərinin vahid reyestrinin yaradılmasının yeni qanun layihəsində öz əksini tapdığı bildirilir. Bu məsələdə bir sıra incə məqamların olduğu da deyilir. Qeyd olunur ki, KİV-lərin və jurnalistlərin adının vahid reyestrə salınması könüllülük əsasında baş tutacaq. Vahid reyestrə daxil olan media subyektlərində çalışan jurnalistlərə vahid kartın verilməsi də nəzərdə tutulur. Bu o anlama gəlir ki, adı reyestrə daxil edilən media subyektlərinə redaksiyanın təqdim etdiyi vəsiqədən əlavə, vahid jurnalist kartı da təqdim olunacaq. Bunun da jurnalistlər üçün bir sıra üstünlükləri olacaq. Bu kateqoriyadan olan jurnalistlər media üçün qanunverilciliklə nəzərdə tutulan bütün güzəştlərdən istifadə edə biləcəklər. Artıq “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin ilk müzakirəsi keçirilib.

Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsinin hazırlanmasında əsas məqsədi açıqlayıb. Ə.İsmayılov bildirib ki, yeni qanunun hazırlanmasında əsas məqsəd media sahəsində sistemləşmənin təşkil olunması, bunun üçün də media reyestrinin formalaşdırılmasıdır: “Söhbət burada media subyektlərinin reyestrindən gedir. Media subyektlərinin reyestri, demək olar ki, əvvəllər də Azərbaycanda mövcud olmuş çap mediasının uçotunun aparılması qaydasındakı vəziyyətlə eynilik təşkil edir. Sadəcə fərq ondan ibarətdir ki, yeni qanun layihəsində nəinki çap mediası, eyni zamanda audioviziual media subyektləri və onlayn media subyektləri də eyni qaydada reyestrdə qeydiyyatdan keçməlidir”.

Təcrübə göstərir ki, dünyanın inkişaf etmiş ölkələrində medianın vahid reyestri var. Düzdür, adları müxtəlif olur. Ölkədə olan bütün KİV-lər haqqında ümumiləşmiş bir məlumat bazası olur. Çox təəssüf ki, uzun illərdir Azərbaycanda bu yoxdur. Sevindirici haldır ki, bu həm qanun layihəsinə daxil edilib, həm də onun mexanizminin yaradılması istiqamətində iş aparılır. Mahiyyəti budur ki, ölkədə olan bütün KİV qurumları haqda vahid məlumat bazası toplanacaq. Hazırda bizdə belə baza yoxdur, hətta pərakəndəlik var. Vahid reyestrin yaradılması media ilə bağlı bir çox layihələrin həyata keçirilməsinə kömək edəcək. Görürük ki, media ilə bağlı hər hansı bir layihə həyata keçirilərkən çoxlu sayda iddiaçılar ortaya çıxır. Hətta qeydiyyatdan keçən, lakin fəaliyyət göstərməyən KİV də iddiaçı olur. Yeni reyestrdə kəmiyyətlə yanaşı, keyfiyyət uçotu da aparılacaq ki, yalnız KİV təsis etməklə media adına iddia etmək mümkün olmasın, yalnız müəyyən edilmiş standartlara uyğunluğun olduğu aydınlaşandan sonra KİV adına, oradakı güzəştlərə iddialar dilə gətirilsin. Media haqqında qəbul ediləcək vahid reyestr sisteminin tətbiqi jurnalistlər və media subyektləri üçün daha hansı üstünlükləri vəd edir?

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə bildirdi ki, istənilən sahədə inkişaf proqramları hazırlanarkən, ilk növbədə statistik rəqəmlərə istinad olunur: “Hansı nöqtədən hərəkət ediləcəyi, hansı nöqtəyə varılacağı barədə təsəvvür formalaşdırmaq üçün rəqəmlərin müqayisəsi verilir. Təəssüf ki, Azərbaycanda indiyədək KİV qurumları, onların tirajı, auditoriyası, KİV-də çalışanların sayı barədə dəqiq, konkretləşmiş statistik məlumat bazası yoxdur. Çünki bu statistikanı, geniş anlamda desək, KİV-lər haqqında informasiya bankını hazırlayacaq, elan edəcək vahid struktur yoxdur. Azərbaycan Respublikasında medianın tənzimlənməsi prosesini 2001-ci ilədək mərkəzi icra hakimiyyəti orqanı qismində Mətbuat və İnformasiya Nazirliyi (MİN) icra edib. KİV-lərin qeydiyyatı, fəaliyyət istiqamətləri, tirajı və s. barədə statistik məlumatlar MİN-də toplanıb. 2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv edilib. Bundan sonra Azərbaycanda KİV qurumlarının sayı, tirajı, KİV-də çalışanların statistik göstəriciləri barədə məlumatlar konkret qurumda toplanmyıb; ölkədə tiraj komissiyası da mövcud deyil”.

Media ekspertinin sözlərinə görə, qeydiyyatda olan KİV-lərin sayı barədə məlumatlar ayrı-ayrı dövlət qurumlarının əlində cəmləşib: “Həmin qurumların verdiyi məlumatlar isə çox zaman biri-digərini inkar edir, uyğunsuzluq yaranır. Mövcud KİV qurumlarının sayı barədə danışarkən, biri 5.000 (beş min), digəri 5.500 (beş min beş yüz), bir başqası isə 6000 (altı min) rəqəmini işlədir. Jurnalistlərin sayı barədə statistika isə ümumiyyətlə bərbaddır. Burada 3000 (üç min) nəfərdən başlamış 24000 (iyirmi dörd min) nəfərə qədər ən müxtəlif rəqəmlər səsləndirilir. Çünki koordinasiya yoxdur, vahid metodologiya da yoxdur, hər kəs öz “zövqünə”, hesablama metoduna, informasiya mənbələrinə əlçatımlıq imkanlarına görə danışır. Nəticədə bərbad durum alınır. Mən özüm zaman-zaman açıqlanmış məlumatları uyğunlaşdırmağa çalışmışam. Görmüşəm ki, problem təkcə rəqəmlərdən birinin digəri ilə uyğunsuzluğunda deyil, problem həm də sadalanan rəqəmlərin heç birinin reallığı əks etdirməməsindədir. İş elə gətirib ki, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlardan birinin hazırladığı hesabatla tanış olmuşam. Ölkəmizdə fəaliyyət göstərən KİV-lərin sayı, tirajları, jurnalistlərin sayı və sair barədə müfəssəl məlumat verən bir hesabatdır. Rəqəmi burada yazmıram, çünki təqdimat konfidensial olub, açıqlanmamasını rica ediblər, sadəcə ekspert qismində mövqeyimi soruşublar. Təkcə onu deyə bilərəm ki, aradakı uyğunsuzluq çox böyükdür, 10 dəfələrlə fərqlidir, təəccüb doğurur.

KİV-lərin, o cümlədən KİV-lərdə çalışanların uçotu ilə bağlı məlumatların bu cür bərbad şəkildə olması ciddi problemlərə yol açır; jurnalistlər üçün hansısa sosial proqramların hazırlanmasına, KİV-lərin reklam, elan və sair məsələləriunin həllinə təsir göstərir. Ən pisi isə, jurnalistika adından sui-istifadə edənlərə yol açır. Vahid uçot və vahid standartın olmaması imkan verir ki, hər kəs özünü “jurnalist” kimi təqdim edə bilsin. Bu baxımdan MEDİA Agentliyinin uçot sistemində səliqə-sahman yaratmaq təşəbbüsü təqdirəlayiqdir. Mən bu prosesi alqışlayıram”.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu...Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ